SON DƏQİQƏ! Twitter Əl-cəzirə kanalının profilini BLOKLADI

SON DƏQİQƏ! Twitter Əl-cəzirə kanalının profilini BLOKLADIBiG.AZ xəbər verir ki, Twitter sosial şəbəkəsinin administrasiyası heç bir xəbərdarlıq etmədən bugün Qətərin "Əl-cəzirə" telekanalının ərəb dilində yayımlanan rəsmi səhifəsini bloklayıb.

Səhifənin açılacağına ümid edən telekanalın rəhbəri Yasər Abu Hilal:

"Belə problemlər hələ çox olacaq, çünki həqiqət onları qorxudur" - deyə, fikrini bildirib.

Xatırladaq ki, iyunun əvvəlində bir neçə müsəlman ölkəsi Qətəri Yaxın Şərqdəki terrorizmə dəstəkdə günahlandıraraq, onunla əlaqələri kəsmişdi. Bundan əlavə həm də "Əl-cəzirə" kanalının da yayımı dayandırılmışdı.

SON DƏQİQƏ! Twitter Əl-cəzirə kanalının profilini BLOKLADI


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 800   Tarix: 17 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş