Cəbhədən XOŞ xəbər: düşmən məhv edilib

Cəbhədən XOŞ xəbər: düşmən məhv edilibAzərbaycan Respublikasının Müdafiə Nazirliyi dünən cəbhədə Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının ölümü ilə bağlı məlumatlara münasibət bildirib.
Nazirliyin Mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, düşmən tərəfi rəsmi açıqladığı kimi 3 hərbi qulluqçusunu deyil, ağır yaralanmış daha 2 əsgəri - Myasnik Ovanisyan və Vardan Harutyunyanı da ölü olaraq itirib: "Beləliklə də dünən cəbhədə düşmənin 5 hərbi qulluqçusu məhv edilib.
Bundan əlavə, ermənilərin bir neçə ağır yaralanmış hərbi qulluqçusu da yerli hospitallardan birinə yerləşdirilib.
Həmişə olduğu kimi Ermənistan tərəfi ictimaiyyətinin haqlı etirazından çəkinərək yenə də öz itkilərini gizlətməkdə davam edir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3104   Tarix: 17 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş