Azərbaycanda səhiyyə BİABIRÇILIĞI: Həkim qadını səhv müalicə etdi, AYAĞINI KƏSDİ - FOTOLAR

Azərbaycanda səhiyyə BİABIRÇILIĞI: Həkim qadını səhv müalicə etdi, AYAĞINI KƏSDİ - FOTOLARAzərbaycanda daha bir xəstə həkim səhlənkarlığının qurbanı olub.

BiG.AZ azxeber.com-a istinadən xəbər verir ki, Şaiq Şirinov adlı şikayətçi anasının "Medica Hospital"da müayinəyə getdiyini, daha sonra isə ayağını itirmək təhlükəsi ilə üz-zə gəldiyini deyir. Cərrah travmatoloq Emin Kazımdan şikayətçi olan Şaiq Şirinov deyir:

"Anam ayağındakı ağrılara görə 2017-ci ilin yanvarın 4-də "Medica Hospital" xəstəxanasına müraciət edib. Həmin gün anam müayinə olundu. Həkim bildirdi ki, diz qapağında qığırdaq yeyilib. Əməliyyat olunmalıdır. Həkimə dedim ki, anamın 64 yaşı var, acı fəsadlar ola bilər. Həkim təkidlə bildirdi ki, heç bir problem yoxdur. Əməliyyatdan 3 gün sonra yeriyəcək. Ödənişi də 7 min manat tələb etdi. Biz də dərhal ödədik. Ayın 7–si əməliyyat olundu. Əməliyyat zamanı anamın sinir sistemi kəsilib. Həkim sinirin ötəri hal olduğunu bildirdi. Dedi ki, müəyyən müalicələrdən ötüb keçəçək. Biz 1 aydan sonra gördük ki, sinir tərpənmir. Biz mərkəzi klinikaya apardıq, orada Lalə xanım diaqnoz qoydu ki, ayaq siniri kəsilərək tam məhv edilib".

Şikayətçinin sözlərinə görə, həkim onlara əməliyyatdan bir həftə sonra anasının ayağını tərpədə biləcəyini deyib:

"Həkim bildirmişdi ki, əməliyyatdan 1 gün sonra ayaq işləyəcək. Amma olmadı. Həkimə vəziyyəti bildirdik. Həkimə siniri kəsdiyini dedik. Qətiyyətlə təkzib etdi. Bizi xəstəxananın rəhbərliyinin yanına qalxmağa da imkan vermədi. Sonra ayağın günü-gündən çürüyüb, şişdiyini gördük".

Şikayətçi deyir ki, bütün həkimlər eyni sözü deyib: "Daha sonra başqa həkimlərə müraciət etdik. Dedilər ki, ayağa qoyulan implant keyfiyyət baxımından zəifdir. Ona görə ayaqda çürümə baş verib. Həkimə dedim ki, qoyduğun sinir çürümə verir, siniri də kəsmisən. Həkim cavabında "gedin nə istəyirsiz edin" dedi. Daha sonra anamı Türkiyəyə apardıq, çünki Azərbaycanda bildirmişdilər ki, ayaq kəsilməlidir. Anam Türkiyədə əməliyyat olundu. Hazırda ayağın kəsilmə təhlükəsi keçib, burada qoyulan keyfiyyətsiz implant çıxarılıb. Amma diz qapağı bir müddət qapanmayacaq. 1-2 gündən sonra sinir əməliyyatı olunacaq. 10 gün qaldıqdan sonra Azərbaycana gətirəcəyik. Oktyabr ayında bir dəfə də müayinə olunacaq. Daha sonra rahat yeriyə biləcək."

Şikayətçi həkim Emin Kazım bağlı Xətai rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət etdiyini bildirib. O, həkimin onlara dəymiş 40 min manatı ödəməsini tələb edir.

Məsələ ilə bağlı danışan həkim iddiaları qəbul etmir:

"Sinirin kəsilməsini yalnız Şaiq deyir. Sinir kəsilə bilməz. Protest qoyulanda mən vəziyyəti onlara dedim. 1000 xəstədən 14-də bu hal yarana bilər. Biz təkcə sol tərəfi əməliyyat etməmişik. Sağ ayağında hər şey normaldır. Birinci gün bəzi hərəkətlər oldu. Xəstə yaxınları səhlənkarlıq edib, fizioterapiyaya aparmayıblar. Nəticədə sinir ölüb".

Həkimin sözlərinə şikayətçilər ondan Türkiyədə çəkilən xərcin ödənilməsini tələb ediblər:

"Məndən əməliyyatın pulunu tələb edirlər. Xaricdə əməliyyat etdiriblər. Buna mənim gücüm çatmaz. Amma Azərbaycan daxili edəcəkləri müalicələrə müəyyən köməklik edərəm. Ümumilikdə, 7 min manat ödəniş olunub. Onun da 5 mini protezə, 1000 AZN-də klinikaya verilib. Mənə cəmi 1000 AZN qalıb. Onu da xəstəyə bir oğlu kimi verə bilərəm. Xəstənin yaxınları mənə qarşı təhqiramiz ifadələr işlədirlər. Mən özüm onlara dedim ki, gedin aidiyyatı qurumlara şikayət edin. Yox əgər onlar belə təhqirlərə davam edəcəklərsə, mən özüm onlardan şikayət edəcəm".

Azərbaycanda səhiyyə BİABIRÇILIĞI: Həkim qadını səhv müalicə etdi, AYAĞINI KƏSDİ - FOTOLARAzərbaycanda səhiyyə BİABIRÇILIĞI: Həkim qadını səhv müalicə etdi, AYAĞINI KƏSDİ - FOTOLARAzərbaycanda səhiyyə BİABIRÇILIĞI: Həkim qadını səhv müalicə etdi, AYAĞINI KƏSDİ - FOTOLARAzərbaycanda səhiyyə BİABIRÇILIĞI: Həkim qadını səhv müalicə etdi, AYAĞINI KƏSDİ - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6435   Tarix: 16 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İftar süfrəsi üçün dadlı reseptlər

İftar menyusunu təqdim edirik:. Pendirli əriştə şorbası. Ərzaqlar:. Süd - 2,5 st. Yumurta - 3 ədəd. Duru pendir - 3 st. Kərə yağı - 1 x Ət bulyonu. Duz zövqə görə. Un apardığı qədər. Soğan - 1 ədəd. Hazırlanması:. Süd, yumurta, 2 stəkan pendir və undan ibarət xəmir yoğur. Xəmirləri əriştə formasınd

28.03.2024 302
.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

28.03.2024 358
.

Şahmar Hüseynova yeni vəzifə verildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilən Şahmar Hüseynovun yeni iş yeri bəlli olub. SOCAR-dan "Qafqazinfo"ya verilən məlumata görə, o, fəaliyyətini bu şirkətdə davam etdirəcək. Belə ki, Ş.Hüseynov müvafiq əmrl

28.03.2024 199
.

Albaniyanın Azərbaycandan qaz idxal etmək istəyi haqqında

"Bu istək təzə deyil. Hələ 16 il əvvəl Albaniya bu istəyini 2008-ci ildə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş zirvə görüşündə bildirmişdir. Bunun üçün əla fürsət var. Çünki, Yunanıstanın Türkiyə ilə sərhədində yerləşən Kipoi kəndindən başlayan TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 21

28.03.2024 149
.

"Uçot dərəcələrinin real iqtisadiyyata təsiri yetərincə deyil"- Ekspert

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti (AMB) uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayıb.AMB uçot faiz dərəcəsini 7,75%-dən 7,5%-ə endirib. Faiz dəhlizinin aşağı həddi 6,25% saxlayıb. Faiz dəhlizinin yuxarı həddi isə 8,75%-dən 8,5%-ə endirilib. İqtisadçı ekspert Emin Qəribli -a bildirib ki

28.03.2024 238
.

İsrail qüvvələri 2 fələstinlini yaralayıb

İsrail əsgərlərinin işğal altındakı Şərqi Qüdsün şimalında yerləşən Kalendiya Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumda 2 fələstinli yaralanıb. xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamaya görə İsrail əsgərləri Kalendiya Qaçqınlar Düşərgəsinə basqın zamanı 2 fələstinlini güllələrl

28.03.2024 105
.

Bakıda restoran yanır - FOTO/VİDEO

Bakının İstiqlaliyyət küçəsində restoranın çöl divarından keçən elektrik kabeli yanır. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən restoranın çöl divarından keçən elektrik kabel

28.03.2024 280
.

ABŞ-da bıçaqlı hücum: 4 ölü

ABŞ-ın İllinoys ştatında bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həlak olub, 5 nəfər yaralanıb. Bildirilir ki, yaralılardan birinin vəziyyəti ağırdır. Polis hadisə yerinə gəlib və hücum edən şəxs saxlanılıb. Faktla bağlı araşdırma başladılıb

28.03.2024 144
.

Almaniyada avtobus avtomobil yolunda aşıb

Almaniyanın Leypsiq şəhərində avtobus magistral yolda aşıb. BİG.az xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həyatını itirib. 20-dən çox adam yaralanıb. Avtobusun İsveçrənin Sürix şəhərinə getdiyi bildirilib. Avtobusun hansı səbəbdən aşdığı məlum deyil. Sözügedən yolda nəqliyyat vasitələrinin hərəkət

28.03.2024 136