Azərbaycanda bu iki universitet BİRLƏŞDİRİLDİ

Azərbaycanda bu iki universitet BİRLƏŞDİRİLDİİki ali təhsil müəssisəsinin – Bakı Slavyan Universiteti və Azərbaycan Dillər Universitetinin birləşdiriləcəyi barədə xəbərlər dolaşmaqdadır.

O səbəbdən ki, hər iki universitet profil baxımından uyğundur.

Digər tərəfdən 1990-cı illərdən əvvəl bu universitetlər bir olub. Bəzi məlumatlara görə, belə bir rəsmi qərarın veriləcəyi gözlənilir.
Maraqlıdır, bu universitetlərin birləşməsi hansı meyarlar əsasında gerçək ola bilər?

Təhsil eksperti Kamran Əsədov modern.az-a açıqlamasında deyib ki, əslində, adıçəkilən universitetlərin birləşdirilməsi məsələsi zəruridir.

"İlk növbədə, qeyd etmək istəyirəm ki, hazırda Azərbaycanda 54 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Bu ali təhsil müəssisələrində mövcud olan bir sıra ixtisaslar bir-birlərini təkrar edir. Onlardan biri də, ADU və BSU arasındadır. Düzdür, biz tarixi və siyasi baxımdan slavyan ölkələri ilə münasibətlərimiz olduğuna görə bu ləğvin həyata keçirilməsi çətin prosesdir, amma nəzərə alsaq ki, slavyan dilləri Azərbaycanda xarici dil statusunu daşıyır və xarici dillərin tədrisi vahid bir təhsil ocağında həyata keçirilməlidir, o zaman bu birləşmə labüddür".

Təhsil ekspertinin sözlərinə görə, əgər universitetlər birləşsə, tədris prosesi BSU-da aparıla bilər.

"Bundan başqa, hər iki universitetin tədris binalarının yaxın olması, rəhbərliyin idarəçilik təcrübəsinin olması bu informasiyanı həmişə aktual edir. Xüsusi ilə qeyd etmək lazımdır ki, son bir il ərzində, Slavyan Universitetində həyata keçirilən yenidənqurulma, bərpa işləri BSU-ya yeni imic, maraq formalaşdırıb. Bütün bunlar onu deməyə əsas verir ki, birləşmə həyata keçirilsə, əsas tədris binası, mərkəzlər indiki BSU-nun inzibati binasında həyata keçirilə bilər. Çünki indi bunun üçün kifayət qədər böyük imkanlar yaradılıb".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3768   Tarix: 16 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib: YENİ TƏYİNAT - FOTO

Aydın Münsüf oğlu İbadov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. AZƏRTAC xəbər ki, dövlət başçısı İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyini

14:32 0
.

Prezidentin sədr təyin etdiyi Fərhad Adıgözəlov kimdir? - DOSYE

Prezident İlham Əliyevin sərəncamı ilə Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilib. yeni sədrin dosyesini təqdim edir:. Fərhad Adıgözəlov 1977-ci ildə Bakı şəhərində anadan olub. 199-cu ildə Azərbaycan Beynəlxalq Universitetində maliyy

14:33 0
.

Şakira Türkiyədə konsert verəcək

Müğənni Şakiranın Türkiyədə konsert verməsi gözlənilir. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Qeyd edək ki,müğənni dünya turu etməyi planlaşdırır

15.04.2024 179
.

Rəisi Pakistana gedir

İran Prezidenti İbrahim Rəisi Pakistana səfər edəcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb. Qeyd edilib ki, İbrahim Rəisinin səfəri aprelin 22-nə planlaşdırılıb. İki günlük səfər zamanı Yaxın Şərqdə baş verən son proseslər, o cümlədən ikitərəfl

15.04.2024 171
.

"Başıma bu cür faciə gəldi, reytinq yığdılar" - Mətanət İsgəndərli

"Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi gərək normasında edəsən. Məndə də elə bir xasiyyət var ki, bir insana yaxşılıq edəndə normadan artıq edirəm. Elə sənət dostlarım var ki, onları silmişəm. Onun üzünə deməyəcəyəm ki, sən niyə belə etdin? Amm

15.04.2024 440
.

"O gəlin gedəndə fikirdən sarılıq olmuşdum"

Müğənni Mətanət Əsədova "7 Tamam" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, proqram zamanı verilişə sənətçinin bacısı Səfayə xanım zəng edib. Müğənni onunla bağlı maraqlı məqamlara toxunub:. "Ən böyük bacım Səfayə xanım 5 yaşım olanda ailə qurub. O gəlin gedəndə mən fikirdən sarılı

09:29 0
.

Gəncə sakini itkin düşdü

Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Həsənov Osman Vahid oğlu itkin düşüb. Bu barədə "Qafqazinfo"ya onun yaxınları məlumat verib. İlkin məlumata görə, adıçəkilən şəxs Beyləqan rayonundan Gəncəyə gedərkən Nizami Məqbərə Kompleksi yaxınlığında "Vito" markalı mikroavtobusdan düşü

09:58 0
.

Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK

Məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyin pozulmasına görə cəzalar sərtləşdirilir, inzibati həbs tətbiq ediləcək. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, məişət zəminində iqtisadi xarakterli qanunsu

15.04.2024 463
.

"Cavab kartı yalnız şagirdə verilən zaman texniki səbəbdən yararsız olduqda dəyişdirilə bilər" - Elşən Qafarov

İmtahan prosesinin ən vacib hissəsi düzgün cavabların cavab kartına köçürülməsidir. Abituriyentlər bəzi sualları səhv köçürmək nəticəsində bal itirirlər. Cavab kartları hər şagirdin adına bir dəfə çıxarılır. Bəs alternativ cavab kartlarına ehtiyac varmı?. Mövzu ilə bağlı -a danışan təhsil eksperti Elşə

15.04.2024 352