"Biləyimdən tutaraq yatağa uzatdı" - Elmlər namizədinin zorlamaq istədiyi tələbə qız - xeberler

"Biləyimdən tutaraq yatağa uzatdı" - Elmlər namizədinin zorlamaq istədiyi tələbə qız

"Biləyimdən tutaraq yatağa uzatdı" - Elmlər namizədinin zorlamaq istədiyi tələbə qızTürkiyənin Bolu şəhərində tezis (çıxış) hazırlamaq üçün evində gələn 29 yaşlı N.D. adlı qızı zorlamaq iddiasıyla mühakimə olunan elmlər namizədi M.D. həbs olunub.

N.D. məhkəmə prosesində onu yatağa yıxan müəlliminin əlindən güclə xilas olduğunu deyib.

Hadisə keçən ilin iyun ayında baş verib. Psixologiya fakültəsində bakalavr təhsilini tamamlayaraq eyni ixtisas üzrə yüksək lisenziyasını əldə edən N.D. tezis məsləhətçisi olan elmlər namizədi M.D.-ya zəng edərək elmi işi ilə əlaqədar görüşmək istədiyini və bunun üçün müəlliminin evinə getdiyi geyilir. Evdə həyat yoldaşı da olan elmlər namizədi səhərə qədər N.D ilə birlikdə çalışdıqdan sonra otaqlarına keçib. İddiaya görə, elmlər namizədinin həyat yoldaşı səhər işə getdikdən sonra otağında paltarını geyinən tələbə qızı qapı arasından bir müddət izləyib, sonra zorlamaq üçün hücum çəkib. N.D. müəlliminə təpik ataraq evdən qaçıb.

Dos. Dr. M.D. tezis məsləhətçiliyini etdiyi tələbəsinin ona böhtan atdığını irəli sürüb.

N.D. isə müəllim ilə evdə səhərə kimi dərs çalışdığı sözlərini "Üzərimdə yalnız alt paltar var idi. Qapıdan mənə baxdığını gördüm və ona "Hocam, geyinirəm" dedim. Məni izləməyə davam etdi. "Geyinirəm, çıxa bilərsinizmi" dedim. Həmin an onu qarşımda gördüm. Məni yandakı otağa aparıb biləyimdən tutub yatağa uzatdı. Üzərimə çıxdı. "Müəllim, etməyin, qışqıracağam" dedim. Ayağına təpik vurduqdan sonra yana yıxıldı. Qalxıb çantamı götürərək qonaq otağına keçdim. Arxamdan gəlib çox peşman olduğunu söylədi" fikirlərinə əlavə edib.

Məhkəmə elmlər namizədinin həbs olunmasına qərar verib.

mənbə: milli.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4224   Tarix: 16 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş