Müğənnidən sensassiyalı açıqlama: "Ölənlərin sayı 150-yə yaxındır, məsələ ört-basdır edilir" - VİDEO

Müğənnidən sensassiyalı açıqlama: "Ölənlərin sayı 150-yə yaxındır, məsələ ört-basdır edilir" - VİDEOBritaniyanın məşhur müğənni, bəstəkar və aktrisası Lili Rouz Kuper Londonda baş verən faciə ilə bağlı sensasiyalı açıqlama verib.

Milli.az bildirir ki, Lili Allen adı ilə tanınan 32 yaşlı müğənni iddia edib ki, yanğın nəticəsində ölənlərin sayı 150-yə yaxındır və onların da çoxu uşaqlardır.

O, 4-cü kanala müsahibəsi zamanı, həmçinin höküməti və medianı dürüst olmamaqda, məsələnin ör- basdır etməkdə günahlandırıb.

Qeyd edək ki, Grenfell Tower-dəki yanğın nəticəsində rəsmi açıqlamaya görə, 17 nəfər ölüb, 11 nəfər isə binanın içərisindədir.

Müğənni daha sonra Tvitter-də status yazaraq bildirib ki, onun bu sensasiyalı açıqlamasından sonra BBC onun şou proqramını ləğv edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6230   Tarix: 16 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş