Bugün daha bir əsgərimiz ŞƏHİD oldu - FOTO

Bugün daha bir əsgərimiz ŞƏHİD oldu - FOTODaha bir əsgərimizin şəhid olması ilə bağlı xəbərlər yayılıb.

BiG.AZ əməkdaşının əldə etdiyi məlumata görə bu gün 1990-cı il təvəllüdlü müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Əhmədov Azər Əhməd oğlunun şəhid olması ilə bağlı məlumat yayılıb.

Məsələ ilə bağlı Müdafiə Nazirliyinin mətbuat xidməti Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Şahvələdov Sultan Niyaz oğlunun şəhid olma xəbərini yaysa da Əhmədov Azər Əhməd oğlu ilə bağlı heç bir məlumat verilməyib.

Bununla bağlı BiG.AZ-a danışan Müdafiə Nazirliyinin mətbuat xidməti nazirliyin rəsmi saytında məlumat veriləcəyini bildirib.

Qeyd edək ki, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Əhmədov Azər Əhməd oğlu Ağcabədi rayon Şahsevən kəndində torpağa tapşırılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 8684   Tarix: 16 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş