"Təyyarə uçuşlarında və Turizmdə mənfi nəticələr ola bilər" - QƏTƏR BÖHRANININ Azərbaycana TƏSİRİ

"Təyyarə uçuşlarında və Turizmdə mənfi nəticələr ola bilər" - QƏTƏR BÖHRANININ Azərbaycana TƏSİRİSon dönəm gündəmi zəbt edən Qətər böhranı və bunun ətrafında cərəyan edən proseslərlə bağlı, eləcə də bu proseslərin Azərbaycana və onun mövqeyinə təsirini öyrənmək istədik.

Bununla bağlı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh Institutunun sədri, politoloq Məhəmməd Əsədullazadə BiG.AZ-a bunları danışdı:

"ABŞ prezidenti D.Trampın Səudiyyə Ərəbistanında ötən ay "Ərəb-islam və Amerika" konfransında İrana və terrorizmə qarşı çıxışından sonra, körfəz ölkələrində siyasi böhran müşayiət olunmağa başladı.
Trampın İrana qarşı sərt siyasətinə loyal münasibət sərgiləyən Qətər əmiri İranla siyasi-iqtisadi əlaqələrin qurulmasını və regionda birgə əməkdaşlığı önə çəkməsi, Qətərə qarşı siyasi-iqtisadi sanksiyaları gerçəkləşdirdi. Regionda İranı özünün əsas ideoloji və siyasi rəqibi görən Səudiyyə Qətərin bu siyasətinə qarşı digər ərəb ölkələrini səfərbər etdi. Nəticədə Qətər quru, hava və dənizdən blokadaya alındı.
Qeyd edim ki, zaman-zaman Səudiyyə və Qətər arasında siyasi proseslərdə ciddi problemlər yaşanıb. Bura Qətərin "Müsəlman qardaşları təşkilatı"nı və "Həmas"ı dəstəkləməsi, həmçinin, Səudiyyənin Sələfi cərəyanına qarşı ixvanı qabardması, iki ölkə arasında ziddiyyətləri dərinləşdirir. Qətər rəsmi Ər-Riyadın ərəb ölkələrində liderliyini bir o qədər də qəbul etmir və öz siyasi ambisiyalarını qabarıq şəkildə ortaya qoyur. İranla Qətər Əmirinin telefon danışıqlarından sonra bu problem üzə çıxdı və rəsmi Dohanı İran yönümlü Husiləri və digər terror təşkilatlarını maliyyələşdirməkdə günahlandırdılar.
ABŞ prezidenti Tramp da Tvitterində Qətəri terrorizmin və ekstremizmin maliyyə mərkəzi olaraq qeyd etməsi, Səudiyyə Ərəbistanını daha da Qətərin üstünə getməyinə səbəb oldu. Səudiyyə Ərəbistanı çalışır ki, Qətər müstəqil siyasətə malik olmasın, digər körfəz ölkələri kimi Ər-Riyadın siyasi orbitində olsun".

Digər müsəlman ölkələrinin də bu baykota qoşulmasını, Türkiyənin isə əksinə Qətərə dəstək olmasını siyasi politoloq belə şərh etdi:

"Səudiyyə Ərəbistanından maliyyə cəhətdən asılı olan ərəb ölkələri, Qətərin blokadasında iştiraka məcbur idi. Burada diqqət çəkici olan Türkiyənin mövqeyi idi. Türkiyə həm Səudiyyə, həmdə Qətərlə sıx siyasi-iqtisadi əlaqələrə malik idi. Hətta Türkiyənin Qətərdə hərbi bazası və konflikt ortaya çıxdıqdan sonra yeni hərbiçilərini bu ölkəyə göndərməsinə qərar verdi. Ankara ilə Doha arasında hərbi müqavilə var və bu müqaviləyə görə türk hərbiçiləri burada yerləşir. Təbii ki, bu, üçüncü ölkənin işğalından qorumaq üçündür.
ABŞ-Ərəb koalisiyana qarşı Türkiyənin bu siyasəti Qətəri dəstəkləməsi, bu ölkənin milli maraqlarından irəli gəlir. Çünki Qətərin Türkiyədə 12 milyard dollar investisiyası var və iqtisadi əlaqələri inkişaf edir. Türkiyə burada neytral mövqe sərgiləsəydi, digər ərəb ölkələrinin dəstəyini alardı. Amma regional oyunçu olan rəsmi Ankara bir daha müstəqil şəkildə öz maraqlarına uyğun Qətəri dəstəklədi. Burada gələcəyə olan iqtisadi yanaşmalarda nəzərdə tutulub. Qətər problemi bitərsə, rəsmi Doha Türkiyəyə daha da investisiya yatıracaq. İqtisadi əlaqələri möhkəmləndirəcək.
Türkiyə - Səudiyyə Ərəbistanın geosiyasi oyunlarının iştirakçısına çevrilmədi.

Bu məsələdə Azərbaycanın mövqeyi haqda isə M.Əsədullazadə bunları dedi:

"Böhran başlayan ilk gündən Azərbaycan neytral mövqe sərgilədi. Bu, doğru siyasətdir.
Azərbaycan Yaxın Şərq regionunda konfliktlərdə maraqlı deyil və buradakı proseslərə qarışmaq ölkə üçün heç bir əhəmiyyət kəsb etmir. Azərbaycan kiçik ölkədir, Qafqazda gedən proseslər ölkəmiz üçün daha əhəmiyyətlidir.
Son iki ilə yaxındır ki, rəsmi Bakı körfəz ölkələri ilə xüsusilə, Qətərlə siyasi-iqtisadi əlaqələrə malikdir. Burada əsas Turizm sahəsi prioritet təşkil edir.

Yalnız Təyyarə uçuşlarında və Turizm sahəsində müəyyən mənfi nəticələr ola bilər.

Ümumi götürdükdə isə - coğrafi olaraq Qətər bizdən uzaqdır, buradakı konfliktlərdə həmçinin.

Azərbaycan Səudiyyə Ərəbistanı və Qətərlə iki tərəfli əlaqələri inkişaf etdirəcək. Baş verənlər, geosiyasi maraqlar uğrunda mübarizənin tərkib hissəsidir.

"Təyyarə uçuşlarında və Turizmdə mənfi nəticələr ola bilər" - QƏTƏR BÖHRANININ Azərbaycana TƏSİRİ


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2387   Tarix: 16 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Rəsmi nikah ancaq uşağın məktəbə və bağçaya qeydiyyatı aparılan zaman yada düşür" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. 2016-cı ildən bəri rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 200 minə yaxındır.Ümumi statistikaya baxsaq, vətəndaş nikahların

25.04.2024 467
.

Qazaxıstanda zəlzələ olub

Qazaxıstanda zəlzələ olub. BİG.AZ xəbər verir ki,zəlzələ 4,4 maqnitudalı zəlzələ baş verib. Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Zəlzələ Almatı şəhərindən 760 km şimal-şərqdə yerləşib. Hadisə zamanı xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb

25.04.2024 124
.

Nazir direktoru işdən çıxardı

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin direktoru İsmayıl Əliyev vəzifəsindən azad edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Hələlik direktor vəzifəsinə təyinat yoxdur

25.04.2024 470
.

İsrailin Qəzza zolağına hücumları nəticəsində daha bir jurnalist həlak olub

İsrailin Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hücum nəticəsində daha bir jurnalist ölüb. Bu barədə Qəzza hökuməti məlumat yayıb. Məlumata əsasən, Fələstin əl-Ən Xəbər Agentliyinin işçisi Məhəmməd Bisam əl-Cəməl İsrailin Rafah şəhərindəki evinə endirilən hava hücumu nəticəsind

25.04.2024 120
.

Evliliklərinin 7-ci ilini qeyd edirlər...

Aparıcı İlkin Həsəni və influenser xanımı Aysel Həsəni (icelinee) 7-ci evlilik ildönümlərini qeyd edirlər. OLAY yazır ki, bununla bağlı hər ikisi də paylaşım edib. İlkin toyundan fotonu "7 il" və ürək emojisi ilə paylaşıb. Aysel isə "25.04.2017" qeydi ilə "Bu gün toyumuzdan

25.04.2024 505
.

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - Video

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəlli olaraq təqdim olunan Ağdam Cümə məscidinin bir parça daşı məscidə qaytarılıb. "Qafqazinfo"nun məlumatına görə, həmin həssas anlar

25.04.2024 0
.

Niyamla Aynur barışıb? - VİDEO

Bir müddət küsülü olan müğənni Niyam Salami ilə duet ortağı Aynur Dadaşova barışıblar. xəbər verir ki, sənətçi Niyam Salami ATV-də yayımlanan "Günaylı Gün" verilişində telefonla canlı bağlantıya qoşularaq, Aynur Dadaşovanı salamlayıb. O yaxın günlərdə Aynurla yeniden duet oxuyacağını bildirib

25.04.2024 153
.

Qəzzada 34305 adam ölüb

İsrailin hücumlarını davam etdirdiyi Qəzzada 34305 insan ölüb. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 202 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda dah

25.04.2024 82
.

Avstraliyada 160-a yaxın balinadan 26-sı öldü

Avstraliyanın Qərbi Avstraliya ştatında yerləşən Tobis İnlet sahilində çoxlu balinalar ölüb. BİG.AZ xəbər verir ki, 160-a yaxın balinadan 26-sı ölüb. Bu barədə ştatın Biomüxtəliflik, Mühafizə və Attraksionlar Departamenti məlumat yayıb. Regionun zabiti Pia Courtis bu durumdan məyus olduğunu bildirib

25.04.2024 132