Azərbaycan millisi Ermənistanla qarşılaşacaq

Azərbaycan millisi Ermənistanla qarşılaşacaq

Bolqarıstanda keçirilən kişi həndbolçular arasında inkişaf etməkdə olan ölkələrin çempionatında qrup mərhələsinin oyunları başa çatıb.

BiG.AZ xəbər verir ki, millimizin sözügedən yarışda çıxışı uğursuz alınıb. Belə ki, aktivində 2 xalı olan millimiz qrup mərhələsini 3-cü yerdə başa vurub və 1/4 finala adlaya bilməyib. Yığmamız qrup mərhələsinin sonuncu matçında Kipr millisinə 28:32 hesabı ilə uduzub.

Qeyd edək ki, Hikmət Abdullayevin komandası 9-16-cı yerlər uğrunda Ermənistanla qarşılaşacaq. Millimiz bu gün saat 15:00-da keçiriləcək qarşılaşmada rəqibini məğlub etsə, İrlandiya – Malta cütünün qalibi ilə üz-üzə gələcək.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: İdman Oxunub: 1187 Tarix: 16.06.2017
Bu xəbərləri da oxuyun
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər