"Koroğlu"-da piyadalar üçün CƏRİMƏLƏR TƏTBİQ OLUNDU - RƏSMİ AÇIQLAMA

"Koroğlu"-da piyadalar üçün CƏRİMƏLƏR TƏTBİQ OLUNDU - RƏSMİ AÇIQLAMA
"Avtobus yolunu keçmə, cərimə tətbiq olunacaq!"

Bu xəbərdarlıq lövhəsi “Koroğlu” metrostansiyası ətrafında uzun müddət öncə salınmış, bir müddət fəaliyyəti dondurulduqdan sonra bu günlərdə yenidən sərnişinlərin istifadəsinə verilən dayanacaqlara yerləşdirilib.
Lövhələrin yerləşdirilməsinə baxmayaraq, hələ də piyadalar sarı xətti keçir və avtobusların hərəkəti üçün təhlükəli vəziyyət yaradır.

Tətbiq olunan cərimələrin miqdarı və cərimələrin nə zamandan qüvvəyə minəcəyi ilə bağlı BiG.AZ-a danışan Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məsələdən xəbərsiz olduğunu, araşdırıldıqdan sonra mətbuata məlumat veriləcəyini bildirib: “Sizin qeyd etdiyiniz məsələdən xəbərsizəm. Mən sözügedən məkanı qeyd etdim, hələlik “Formula1” lə bağlı başımız bəzi işlərə qarışıb. Biz sizə araşdırılmadan sonra cərimənin miqdarı ilə bağlı məlumat verəcəyik”.

"Koroğlu"-da piyadalar üçün CƏRİMƏLƏR TƏTBİQ OLUNDU - RƏSMİ AÇIQLAMA
"Koroğlu"-da piyadalar üçün CƏRİMƏLƏR TƏTBİQ OLUNDU - RƏSMİ AÇIQLAMA
Rövşən Əsədov

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1789 Tarix: 15.06.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
roman_kazim
roman_kazim 16.06.2017
Sürücülərdən yığılan cərimə pulları bəs eləmir indidə əl atıblar bu varianta???


 
HEC_KIM
HEC_KIM 15.06.2017
Keçid yoxdu orda, indi neyniyey göynen ucax?))


 


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər