Arvadını öldürdü, asdı, sonra isə... - Beyləqanda ər özündən 12 yaş kiçik həyat yoldaşını ÖLDÜRDÜ

Arvadını öldürdü, asdı, sonra isə... - Beyləqanda ər özündən 12 yaş kiçik həyat yoldaşını ÖLDÜRDÜArvadını öldürməkdə təqsirli bilinən Beyləqan rayon sakini, 1980-ci il təvəllüdlü Pərviz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BiG.AZ publika.az-a istinadən xəbər verir ki, Pərviz Məmmədov 2010-cu ilin noyabr ayında 1992-ci il təvəllüdlü Təhminə ilə rəsmi nikaһa girib. O, birgə yaşadığı dövrdə iki azyaşlı uşaqları olmasına baxmayaraq son zamanlar arvadı ilə məişət münasibətləri zəminində mübaһisə edib və onu döyüb.

Ailə mübahisəsi
Pərviz Məmmədov 5 aprel 2016-cı il tarixdə saat 17 radələrində yaşadıqları Beyləqan rayonu, Şərq qəsəbəsində yerləşən evinin һəyətindəki əkin saһəsində işləyərkən Təһminə Məmmədova ilə şəxsi münasibətlər zəminində növbəti dəfə mübaһisə edib.
Bu zaman Pərviz onun sifət naһiyəsinə bir dəfə şillə vurub. Onların səsinə һəyətə çıxmış atası Rəsul Məmmədov iradını bildirib. Rəsul Məmmədov Təһminə Məmmədovaya evə getməsini, Pərvizə isə bağda inəkləri otarmasına təkid edib.

İntihar, yoxsa qətl
Pərviz Məmmədov bağda inəkləri otaran zaman arvadının valideynlərinin yaşadıqları evin alt mərtəbəsində yerləşən iç-içə üç otaqdan ibarət olan saxlanc otaqlarına tərəf keçdiyini görüb. O da arvadının arxasınca ora gedib.
Saxlanc otağında Təһminəyə çataraq, onun əlində pərdə olduğunu görüb və һansı səbəbdən oraya gəldiyini soruşub. Təһminə Məmmədova "sən məni bezdirmisən özümü öldürəcəyəm" deyib.
Bunun eşidən Pərviz ona "gəl cəһənnəm ol çölə!" desə də, Təһminə Məmmədova onun sözlərinə məһəl qoymayaraq 3-cü saxlanc otağına keçib. O da Təһminənin arxasınca һəmin otağa daxil olub. Qadın özünü asmaq istəyən zaman Pərviz onunla mübahisə edib və onlar əlbəyaxa olublar.

Bu zaman o, Təhminəni öldürmək qərarına gəlib. Bu niyyətlə һəmin vaxt Təһminənin əlindəki ipi alaraq onun boğazına keçirib və onu boğaraq öldürüb.
Daha sonra Təhminəni otaqda asıb və sonra bayıra çıxaraq səs-küy salıb, Təһminənin özünü asaraq öldürməsini bildirib. Həyətdəki əkin saһəsində olan valideynlərini oraya çağırıb.
Amma istintaq zamanı məlum olub ki, Təhminə Məmmədova intihar etməyib. Onu Pərviz Məmmədov boğaraq öldürüb.
Pərviz Məmmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib. Onun barəsində olan cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Mehdixan Abdullayevin sədrlik etdiyi kollegiyada araşdırılıb.
"Uşağı beşiyin içində tək olduğunu gördüm"
Məhkəmədə ifadə verən Pərviz Məmmədov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, qeyd edib ki, aprelin 5-də arvadı Təhminə ilə mübahisə edib: "Atam Rəsul məni inəkləri otarmaq üçün bağa, Təhminəni isə evə göndərdi. Anam Minayə ilə bağlıq ərazidə inəkləri otaran zaman qonşuluqda yaşayan Vüqar Əliyev ilə öz çəpəri tərəfdən bizimlə təsərrüfat barədə söhbət etdik. Bu vaxt yanmızda olan 3 yaşlı oğlum Rəsul Vüqarın 8 yaşlı qızı Elyanəyə qoşularaq birlikdə yaşadığımız evin qarşısına getdilər. Sonra Vüqar və anam da getdi. Bağda təkbaşına işləyən zaman kiçik övladım Fəyyazın ağladığını eşidərək otağa getdim. Otağa daxil olanda Fəyyazın beşiyin içərisində tək olduğunu, otaqda başqa heç kimin olmadığını gördüm. Fəyyazı qucağıma alaraq sakitləşdirdim".

"Arvadımın asılmış meyitini gördüm"
Pərviz Məmmədovun sözlərinə görə, azyaşlı övladını sakitləşdirəndən sonra arvadı Təhminəni axtarmağa başlayıb: "Həmin vaxt onların evinin qarşısında oynayan Elyanə və Rəsuldan Təhminəni görüb-görmədiklərini soruşdum. Onlar isə Təhminəni görmədiklərini bildirdilər. Qucağımda Fəyyaz, əlimdəki alışqanın işığını yandırdım və saxlanc otağı kimi istifadə etdiyimiz otağa daxil oldum. İşığı saxlanc otağına salanda girişdən sağ tərəf küncdə Təhminənin üzü divara vəziyyətdə dizi üstə durduğunu, boğazında isə dolaqlı vəziyyətdə pərdə olduğunu gördüm. Fəyyaz qucağımda ola-ola Təhminəni qucağıma alaraq qaldırmaq istədim. Lakin ona gücüm çatmadı. Fəyyazı yerə qoyaraq yenidən Təhminəni yuxarı qaldırdım. Təhminəni dizimin üstünə qaldıraraq onun boğazında olan pərdəni açmağa çalışdım. Sonra yerdə metal materialdan olan yanacaq qabı (konisder) olduğunu gördüm. Pərdənin düyünləndiyi yeri tapa bilmədiyim aça bilmədim".

"Ürək masajı etsəm də, ayılmadı"
Təqsirləndirilən şəxs bildirib ki, sonra qışqıraraq atasıgili köməyə çağırıb: "Sonra ikinci dəfə pərdənin nisəbətən boşalmış yerindən iki düyünü açdım. Təhminənin boğazına 2-3 dəfə dolanmış pərdəni çıxardım. Təhminəni sürüyərək çölə çıxarmağa cəhd göstərsəm də, fiziki cəhətdən gücüm çatmadı. Tez həyətə qaçaraq valideynlərimi çağırdım. Həmin vaxt əkin sahəsində şitil sulayan valideynlərim səsimə gələrək mənimlə birlikdə hadisə olan otağa daxil olduq. Bu zaman səsimizə qonşuluqda yaşayan Bəsirə də gəldi. Təhminənin sifətini yusam da, o, tamamilə hərəkətsiz vəziyyətdə olub. Təhminəyə paltarların üstündən ürək masajı etsəm də, ayılmadı. Təhminənin bədən səthində olan qançır və sıyrıqların hansı şəraitdə yarandığını bilməmişəm. Öz əlimin üzərində olan xəsarətlər isə Təhminənin boğazındakı pərdəni açan zaman divardakı nahamar mişar daşlarına sürtülməsi nəticəsində yaranıb. Təhminəni həyətə çıxardıqdan sonra onun öldüyündən əmin olduq. Nə edəcəyimi bilmədiyimdən köynəyimin qabağını dartaraq cırdım. Hadisə yerindən aşkar edilərək götürülmüş 1 ədəd ot bağlamaq üçün istifadə edilən kəndirin oraya kim tərəfindən gətirildiyini, haradan götürüldüyünü bilməmişəm".
"Arvadımı öldürməmişəm"
Pərviz Məmmədov bildirib ki, 7 iyun 2016-cı il tarixdə verdiyi ifadəsində polis işçiləri tərəfindən ona işgəncə və təsir olduğundan Təhminə Məmmədovanı boğaraq öldürüyünü göstərib: "Lakin əslində Təhminəni öldürməmişəm, onu saxlanc otağında asılı vəziyyətdə tapmışam. Günahım ondadır ki, Təhminəni özünü asdığı pərdədən çıxararaq ona yardım etmişəm".

Məhkəmənin hökmü ilə Pərviz Məmmədov 12 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Bu hökmlə razılaşmayan Pərviz Məmmədov apelyasiya şikayəti verib.
O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Onun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Zəki Babayevin sədrliyi ilə keçirilən prosesdə Pərviz Məmmədovun apelyasiya şikayətinin dəlilləri araşdırılıb.
Hakim heyəti belə nəticəyə gəlib ki, Təhminə Məmmədova intihar etməyib, onu əri Pərviz Məmmədov öldürüb. Bu səbəbdən hakim heyəti Pərviz Məmmədovun şikayətini təmin etməyib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2700   Tarix: 15 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999