18 avtobusun istiqaməti dəyişdirildi - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ

18 avtobusun istiqaməti dəyişdirildi - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ

Bakıda keçiriləcək Formula 1 yarışları ilə bağlı bəzi avtobusların hərəkət istiqaməti dəyişdirilib.

Bakı Nəqliyyat Agentliyindən BiG.AZ-a verilən məlumata görə, Formula 1 Azərbaycan Qran Pri yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə 18 marşrut xətti üzrə avtobusların hərəkət traektoriyasında dəyişiklik edilib.

Artıq dəyişikliklə əlaqədar əvvəlcədən müvafiq marşrut xətti üzrə daşıyıcılara xəbərdarlıq edilib.

Qeyd edək ki, əvvəlcədən müəyyən edildiyi kimi marşrut xətləri üzrə dəyişikliklər 17.06.2017 tarixinə planlaşdırılsa da "Azneft” dairəsində yolda aparılan təcili təmir işləri ilə əlaqədar 5,6, 88 və 125 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkət traektoriyası artıq dəyişdirilib.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1016 Tarix: 15.06.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər