Eldarın öldürdüyü keçmiş deputat qızının son sözləri: "Yaxamı qurtara bilmirəm"

Eldarın öldürdüyü keçmiş deputat qızının son sözləri: "Yaxamı qurtara bilmirəm"

Ukraynada sevgilisi tərəfindən öldürülüb cəsədi çəmadana qoyularaq gölə atılan tələbə Ela Dişli haqda yeni detallar ortaya çıxıb.

Dəhşətə gətirən cinayət hadisəsinin TƏFƏRRÜATI

Türk mənşəli Bolqarıstan vətəndaşı olan 24 yaşlı Ela Dişli Ukraynanın İvano-Frankivsk Tibb Universitetində stomatologiya fakültəsində oxuyurdu. Dişli bu ilin 31 may tarixində itkin düşüb. 12 gün davam edən araşdırmalar nəticəsində qızın cəsədi iki gün əvvəl şəhər kənarındakı gölə atılan bir çamadanın içində tapılıb. Cinayətlə əlaqədar qızın Türkmənistan əsilli sevgilisi Eldar Astanov nəzarətə götürülüb.

Milli.az xəbər verir ki, Bolqarıstan Haqq və Azadlıq Hərəkatı Partiyasının (HÖH) keçmiş millət vəkili Ziya Dişlinin qızı olan Ela Dişlnin ölümü onun Bolqarıstanın Razqrad şəhərində yaşayan rəfiqəsini və ailəsini şok edib. Ela Dişlinin uşaqlıq rəfiqəsi olan Vesi Mehmedova onun haqda bunları deyib:

"Orta məktəbdən bəri rəfiqə idik. Dünya gözəli idi. 6 ay əvvəl Ukraynada biri ilə sevgili olduğunu demişdi. Son danışığımız zamanı ayrılmaq istəyini söyləyib: "Qarmaqarışıq bir vəziyyətdəyəm. Məni təhdid edir. Yaxamı qurtara bilmirəm", - dedi . Amma çox şeyi söyləməkdən qaçırdı. "Ora gəlincə üz-üzə hər şeyi izah edəcəyəm" dedi. Ancaq bir daha görüşə bilmədik".

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 3855 Tarix: 15.06.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Feminaimortalis
Feminaimortalis 15.06.2017
eybi yox sen ora gedenden sonra etrafli danisarsiz


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər