Oliqarxın Londonda sirli ölümü: Elmira ilə gizli eşq məcarasından dərhal sonra...

Oliqarxın Londonda sirli ölümü: Elmira ilə gizli eşq məcarasından dərhal sonra...Britaniya hökuməti 2012-ci ildə Londonda qəfil ürək tutmasından olan mühacir rusiyalı oliqarx-maliyyəçi Aleksandr Perepeliçniyin işi üzrə sensasion kəşfiyyat məlumatlarını məhkəmədən gizlədir. Virtualaz.org xəbər verir ki, bu barədə ABŞ-ın "BuzzFeed" nəşrinin sensasion araşdırmasında deyilir. Həmin kəşfiyyat məlumatlarına əsasən Perepeliçniy birbaşa Rusiya rəhbərliyinin göstərişi ilə öldürülüb.

Araşdırmada deyilir ki, ABŞ, Fransa və Böyük Britaniyanın 12 indiki və keçmiş əməkdaşlarının, hüquq-mühafizə orqanı işçilərinin təqdim etdikləri məxfi sənədlər, onların verdikləri ifadələr biznesmenin ölümündə Rusiya rəhbərliyinin əli olduğunu təsdiq edir. Habelə məlum olur ki, Britaniya xüsusi xidmət orqanları və hökuməti bu qətlin üstünün açılmasında maraqlı olmayıblar. Bunu ölkənin milli təhlükəsizliyi üçün təhdid yaratmamaqla izah ediblər.

Aleksandr Perepeliçniy kim idi, Londona niyə qaçmışdı...

Aleksandr Perepeliçniy Rusiya məmurlarına qarşı ABŞ və Avropa İttifaqı tərəfindən sanksiyaların tətbiq olunmasına gətirib çıxaran məşhur "Maqnitski işi" üzrə fiqurantlardan biri olub. O, biznesmen Vladlen Stepanovun partnyoru idi və Britaniyanın "Hermitage Capital Menecment" investisiya şirkətinin hüquqşünası, vəkil Sergey Maqnitski həmin Stepanovun yüksək vəzifəli vergi məmurları ilə büdcə vəsaitlərini necə taladığını üzə çıxarmışdı.

Oliqarxın Londonda sirli ölümü: Elmira ilə gizli eşq məcarasından dərhal sonra...Bundan sonra Maqnitskiyə qurama ittihamla cinayət işi qaldırdılar və vəkil həbsxanada məruz qaldığı işgəncələrdən öldü. Onun öldürülməsi böyük beynəlxalq rezonans yaratdı və sonda Rusiyaya qarşı sanksiyalara gətirib çıxardı. ABŞ Konqresi "Maqnitski Aktı" adlı qanun qəbul edib Rusiya məmurlarına qarşı sanksiyalar tətbiq etdi.

Perepeliçniy 2009-cu ildə isə xaricə qaçaraq keçmiş ortağının yüksək vəzifəli məmurlarla korrupsiya əlaqələrinə dair bütün məlumatları, milyardlarla rublluq mənimsəmə faktlarını, məmurlara bağlı offşor şirkətləri, bank hesablarını İsveçrə prokurorluğuna təqdim etdi. Və həmin faktlar əsasında İsveçrə prokurorluğu cinayət işi qaldırdı.

44 yaşlı oliqarxın qəfil ölümü: qaçarkən yıxıldı, ürəyi dayandı

Rusiyadan qaçandan sonra Londonda, Sürrey qraflığının milyonerlər məhəlləsindəki malikanəsində məskunlaşdı, ancaq çox keçmədən müəmmalı ölüm onu haqladı. 2012-ci ildə Perepeliçniy malikanəsinin qarşısında səhər yürüşü zamanı qəfildən yıxılıb öldü. Tanışları deyirdi ki, 44 yaşlı biznesmenin səhhətində heç bir problem yox idi və o, olduqca sağlam biriydi. Elə polis də Perepeliçniyin ölümündə şübhəli heç bir dəlilə rast gəlmədi, onun cəsədi üzərində aparılmış analizlərdə zəhər, yaxud radioaktiv maddə izləri tapılmadı.

Oliqarxın Londonda sirli ölümü: Elmira ilə gizli eşq məcarasından dərhal sonra...Lakin 2015-cü ildə bu müəmmalı ölümü yenidən araşdırmağa başladılar və Perepeliçniyin mədəsində olduqca nadir zəhərin izlərini tapdılar. Zəhərli maddələr üzrə nüfuzlu alim, professor Monik Simmondsun rəhbərliyi altında aparılan təhqiqatlar nəticəsində məlum oldu ki, biznesmen Asiyada bitən olduqca nadir, yüksək zəhərli bitki-"Gelsemium elegans"ın zəhərindən ölüb. Hansı ki, bu zəhər iysizdir, dadsızdır və onun olduqca cüzi dozası belə ürək fəaliyyətinin qəfil iflic olmasına, beləliklə də qəfil ölümə səbəb olur.

Beləliklə, Perepeliçniy Rusiyadan qaçıb Londona sığınan, ancaq ölümdən qaça bilməyən müxaliflərin siyahısını yenilədi. Böyük Britaniya kəşfiyyatı müəyyən etdi ki, biznesmeni rusiyalı killer zəhərləyib. Lakin sifarişi kim verib, bu qaranlıq qalırdı.

ABŞ kəşfiyyatı işin üstünü açıb

BuzzFeed-in yazdığına görə ABŞ xüsusi xidmət orqanlarının əməkdaşları bildiriblər ki, Britaniyanın Mİ-6 kəşfiyyat xidmətinə Perepeliçniyin "böyük ehtimalla Putinin, yaxud ona yaxın şəxslərin əmri əsasında" öldürüldüyünə dair "yüksək keyfiyyətli" kəşfiyyat məlumatları təqdim ediblər. Habelə amerikalı xüsusi xidmət əməkdaşları Britaniya polisini biznesmenin ölümünün təhqiqatında "xaltura" etməkdə günahlandırblar.
Oliqarxın Londonda sirli ölümü: Elmira ilə gizli eşq məcarasından dərhal sonra...Perepeliçniyin Rusiya dövləti tərəfindən qətlə yetirilməsi barədə olduqca məxfi hesabat ABŞ Milli Kəşfiyyat Agentliyinin direktorunun Katibliyi tərəfindən ötən il tərtib edilib. Jurnalın yazdığına görə Fransa polisi də britaniyalı həmkarlarının işin üstünü açmaq istəmədiyini düşünür.

Gənc model Elmira...

Bu işə ona görə fransızlar da cəlb olunub ki, Perepeliçniy Parisə səfər edəndən dərhal sonra keçinib. Onun məhz Parisdə zəhərləndiyi təxmin edilir. Belə ki, Perepeliçniy 22 yaşlı ukraynalı modellə görüşmək üçün Londonan Parisə gedib. Fransa polisi müəyyən edib ki, Parisin beşulduzlu Bristol otelində Perepeliçniy gənc ukraynalı model Elmira Medinska ilə görüşüb. İnternet mənbələrində Medinska məşhur Ukrayna modelyeri kimi göstərilir, onun Moskvada təhsil aldığı bildirilir. Otel sənədlərinə əsasən Perepeliçniy məhz Elmira Medinska ilə xəlvəti görüşmək üçün Parisə getmişdi. Cütlük oteldə iki gün keçirib, "romantik paket" sifariş verib və oteli noyabrın 10-da tərk ediblər. Həmin gün Pereeliçniy Londona dönüb və orada keçinib.

Fransa polisi hesab edir ki, Elmira Medinska Perepeliçniyin işində olduqca mühüm fiqurdur. Lakin o vaxt 22 yaşı olan bu ukraynalını dindirmək mümkün olmayıb, çünki Britaniya polisi təhqiqatı çox ləng aparıb.

Oliqarxın Londonda sirli ölümü: Elmira ilə gizli eşq məcarasından dərhal sonra...BuzzFeed-ə açıqlamasında Medinska Parisdə Perepeliçniylə görüşdüyünü təsdiq edib. Məlum olub ki, o, Parisə noyabrın 6-da gedib, iki gün sonra biznesmenlə görüşüb. Həmin qalan iki gündə Elmira Parisdə kimlərlə görüşüb, bu qaranlıq qalır. Modelyer deyib ki, Perepeliçniy ona Parisi göstərmək üçün dəvət etmişdi: "Mən onun çox gərgin olduğunu gördüm, hansısa sirli telefon zənglərinə cavab vermək üçün küçəyə çıxırdı, əsəbi görünürdü. Əlləri əsirdi, çoxlu şərab içdi və köynəyinə şərab töküldü".

"Tatyana məni söydü..."

Elmira danışır ki, Perepeliçniyin ölümü haqda ondan ayrılandan az sonra arvadı Tatyana elektron poçtla ona yazıb. Və Tatyana Elmiranı "pis sözlərlə" söyüb. "Mən onun nə işlə məşğul olduğunu bilmirdim. Google-də adını yazanda ölümündən təəcüblənmədim. Rusları Londonda bu cür öldürürlər. O, Rusiya haqda informasiyaları İsveçrəyə verib, buna görə isə onu öldürə bilərdilər"-ukraynalı model danışır.

Lakin maraqlıdır ki, Medinska Parisdə Perepeliçniylə görüşəndən sonra özünə moda firması açıb, öz brendini Elmira Medins olaraq dəyişib. Onun İnstagram hesabında Paris, Dubay və Milanda otellərdə, restoranlarda çəkilmiş çoxlu qlamur fotoları var. Və BuzzFeed-in əməkdaşları ilə danışandan sonra Elmira hesabını bağlayıb, yoxa çıxıb...

mənbə: virtualazorg


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2568   Tarix: 13 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - Siyahı

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. "Qafqazinfo" xəbər verir ki, imtahan iştirakçıları arasında 6 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Həmin şagirdlərin siyahısın

21:01 0
.

"Azərsun Holdinq" və "Hayat Kimya" uşaq evlərində sosial layihə həyata keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə "Azərsun Holdinq" və "Hayat Kimya" birgə sosial aksiya həyata keçirib. Aksiya çərçivəsində Bakı şəhəri və Abşeron rayonunda yerləşən körpələr evi, əlilliyi olan uşaqlar evi, həmçini

12:40 227
.

Sosial medianın zərərli təsirlərindən necə qorunmalıyıq ?

"Təssüflər olsun ki, sosial şəbəkələr həyatımızın ayrılmaz parçasına çevrilib.Son zamanlar cəzbedici, mistik platforma istifadəçilərini intihar və depresiyaya aparır.Az qala oradakı virtual dostlarımız ailə üzvlərimiz qədər yaxın olmağa başlayıb". Bu sözləri BİG.AZ-A deputat Ceyhun Məmmədo

17:49 106
.

BDU-nun tələbəsi intihar etdi

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksində kirayə yaşayan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onun meyiti eyvanda asılı hald

10:32 801
.

İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı

Ermənistanın işğalı altında olan Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbayca

17:29 354
.

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır. "Report" xəbər verir ki, bununla bağlı liseydə təhsil alan uşaqların valideynlərinə məktub göndərilib. Təhsil müəssisəsinin rəhbərliyi adından göndərilən məktubda orada təhsilin tədris müddəti bitənə qədər davam edəcəyi qeyd olunub. Yeni tədris ilində

14:28 312
.

Bakıda gecə intihara cəhd olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb . FHN-dən verilən məlumata görə, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində bir nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

09:54 338
.

Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: "Səs eşitdik, gələndə artıq gec idi" - VİDEO

Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada ana və atasını qətlə yetirməkdə şübhəli bilinən Fikrət Məmmədov taksi sürücüsü kimi çalışıb. Qonşuların bəziləri bildirirlər ki, ailə daxilində ara-sıra münaqişələr də baş verirmiş. Münaqişələrin sonuncusu da qətllə yekunlaşıb. Baku TV-yə danışa

11:37 882
.

"Ata və ananın sosial şəbəkədə çox vaxt keçirmələri uşaqlara qarşı diqqətin azalmasına səbəb olur" - Psixoloq

Hər il universitetə qəbul imtahanından sonra uğurlu nəticə göstərməyən abituriyentlərin intiharının şahidi oluruq. Bir çox hallarda onların intiharına səbəb valideyn təzyiqi olur. Mövzu ilə bağlı -a danışan psixoloq Ramidə Oqtayqızı bildirib ki, uşaqlara sevgi, qayğı göstərmək, onlarla ünsiyyət qurma

16:24 187