Moskvada bədbəxt hadisə: Azərbaycanlı uşaq 5-ci mərtəbədən yıxıldı

Moskvada bədbəxt hadisə: Azərbaycanlı uşaq 5-ci mərtəbədən yıxıldıMoskvada azərbaycanlı ailənin 3 yaşlı övladı 5-ci mərtəbədən yıxılıb. Hadisə Ketçerskaya küçəsində ötən gün baş verib.

BiG.AZ xəbər verir ki, bədbəxt hadisə baş verən vaxt uşağın anası hamamda olub. Körpənin pəncərədən yıxıldığını isə həmin vaxt təsadüfən küçədən keçənlər görüblər. Uşaq pəncərəyə vurulan toru cıraraq yerə düşüb.

Şahidlərin sözlərinə görə, 5-ci mərtəbədən yerə düşən uşaq bir müddət hərəkətsiz qalıb və onda heç bir həyat əlaməti görünməyib. Şahidlər təcili yardım çağırıblar. Həkimlər körpənin bud nahiyəsində çoxsaylı sınıqlar, başında və ağciyərində zədələr aşkarlayıblar.

Uşağın valideynləri Azərbaycan vətəndaşlarıdır və atası şəhərdə meyvə-tərəvəz alveri ilə məşğuldur. Onlar bədbəxt hadisənin baş verdiyi ünvana Moskva ətrafından qonaq gəliblər. Həmin vaxt ailənin dostu olan ev sahibi öz uşaqları ilə həyətdə gəzməyə çıxıbmış.

Hətta uşağın anası hadisədən bir neçə dəqiqə əvvəl pəncərənin torunun möhkəm olub-olmadığını yoxlayıb.

Körpənin atası jurnalistlərə bildirib ki, oğlu həddindən artıq hərəkətli uşaq olduğuna görə ona daim nəzarət ediblər:

"Oğlum çox aktiv uşaqdır. Bu hadisəyə görə həyat yoldaşımı günahlandırmıram, o heç vaxt uşaqları nəzarətsiz buraxmır. Bizim oğlandan bir yaş böyük qızımız da var", - deyə ata bildirib.

Hazırda körpə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib və həkimlər onu həyata qaytarmaq üçün mübarizə aparırlar.

mənbə: virtualaz.org


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1755   Tarix: 13 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Azərsun Holdinq" və "Hayat Kimya" uşaq evlərində sosial layihə həyata keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə "Azərsun Holdinq" və "Hayat Kimya" birgə sosial aksiya həyata keçirib. Aksiya çərçivəsində Bakı şəhəri və Abşeron rayonunda yerləşən körpələr evi, əlilliyi olan uşaqlar evi, həmçini

19.04.2024 236
.

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - Siyahı

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. "Qafqazinfo" xəbər verir ki, imtahan iştirakçıları arasında 6 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Həmin şagirdlərin siyahısın

19.04.2024 265
.

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Hindistanın "InterGlobe" şirkəti ABŞ-nin "Archer Aviation" şirkəti ilə birgə 2026-cı ildə ölkədə ilk hava taksisini istifadəyə verməyi planlaşdırır. "InterGlobe" Hindistanın ən böyük aviaşirkətlərindən biri olan "IndiGo"ya sahibdir və "Archer Aviation"

19.04.2024 117
.

Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. BİG.AZ report-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikd

19.04.2024 769
.

Rusiya: "Qərb Zelenskini aradan götürmək qərarına gəlib"

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərbin Ukrayna prezidenti Vladimir Zelenskini yox etməyə qərar verdiyini iddia edib. xəbər verir ki, Medvedev sosial media hesabından verdiyi açıqlamada Polşada Zelenskiyə qarşı sui-qəsd cəhdində istifadə oluna biləcək məlumatları sızdırmağ

19.04.2024 174
.

Ukrayna: Dnipropetrovskda Rusiyanın intensiv raket zərbəsi nəticəsində 8 nəfər həlak olub, 29 nəfər yaralanıb

Dnipropetrovskda Rusiyanın intensiv raket zərbəsi olub. BİG.AZ xəbər verir ki, hücum nəticəsində 8 nəfər ölüb, 29 nəfər yaralanıb. Bu barədə Ukraynanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Açıqlamada Dnipro şəhərində 5 mərtəbəli bir mənzilin vurulduğu bildirilib. Bu hücum nəticəsində 2 nəfərin öldüyü

19.04.2024 291
.

"Azərbaycan tərəfi sülhməramlıların missiyasına aid olmasa da,onların bu fəaliyyətinə anlaşıqlı şəkildə yanaşmışdır" - Politoloq

Rusiya sülhməramlı kontingenti Qarabağı tərk edib. Rusiyanın "Krasnaya Zvezda" qəzeti bildirib ki, Rusiya sülhməramlı kontingentinin fəaliyyəti bir vaxtlar münaqişə bölgəsinə sülh və sabitlik gətirib, aparılan əməliyyat məqsədlərinə çatıb və məntiqi nəticəyə gəlib. Mövzu ilə bağlı -a danışa

19.04.2024 340
.

Rusiya əhalisi azalır

2024-cü ilin fevral ayında Rusiyada əhalinin təbii azalması davam edib. Bu barədə Rosstatın saytında məlumat verilib. Məlumata görə, 2024-cü ilin fevral ayında 97,9 min uşaq doğulub. Maksimum doğum nisbəti Dağıstan Respublikasında (+29,6, Saxalin vilayətində (+23,9%) və Adıgey Respublikasında (+23,8%

19.04.2024 176
.

BDU-nun tələbəsi intihar etdi

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksində kirayə yaşayan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onun meyiti eyvanda asılı hald

19.04.2024 896