Bığlı, saqqallı Azərbaycan qadınları?! - "Bu Qərbin böhtan oyunudur"

Bığlı, saqqallı Azərbaycan qadınları?! - "Bu Qərbin böhtan oyunudur"Son vaxtlar sosial şəbəkələrdə yayılan informasiya və şəkillərlə vaxtilə İran şahı Nəsrəddin şah Qacarın hərəmxanasında bığlı- saqqallı qadınların olduğu sübut etməyə çalışılır. Qadın görkəmində kişi sifətli qadınların eybəcər şəkildə təqdim olunması bütövlükdə Şərq qadınına qarşı yönəlib.

Hətta, bir az da irəli gedilərək, həmin qadınların azərbaycanlı olması versiyası yanlış olaraq Azərbaycan oxucularına təqdim olunur.
Bığlı, saqqalı qadınları lağlağı obyektinə çevirərək Azərbaycan qadınlarının keçmişdəki görkəmini ələ salırlar.

Bu cür informasiyaların yayılması kimə və nəyə xidmət edir?

AMEA-nın Tarix İnstitutunun direktor müavini Cəbi Bəhrəmov Modern.az-a açıqlamasında mövzuya aydınlıq gətirib.

"Azərbaycan qadınları adı ilə belə təqdimatların edilməsinin kökü Qərbdən gəlir. Bu, qondarma gender problemi və insan haqlarının qorunması adı altında müxtəlif bəhanələrlə Qərbin çox gizli təcavüzünün nəticəsidir. Bu cür xəbərləri oxuyanda çox böyük təlaş və həyəcan keçirirəm. Azərbaycan tarixinə dair olan məsələlərinə, onun mədəniyyət, incəsənət teatr tarixinə baxsaq, görərik ki, orada ilk növbədə Azərbaycan xanımının gözəlliyi, ailəsinə, vətəninə, övladına olan sədaqəti hər zaman ön planda olub. Bununla bağlı çox saylı əsərlər var. Əgər elə olmasaydı, min il bundan əvvəl yaşayan böyük Nizaminin əsərlərinin qadın obazları gözəlliyi ilə seçilməzdi. Ağa Məhəmməd Şah Qacarın anası Ceyran xanım haqqında fransız yazıçısı Jan Kevrenin öz əsərində təqdimatı var. Əsərdə Ceyran xanımın gözəlliyi, cəsarəti adamı heyran edir".

Cəbi Bəhrəmov deyir ki, bu cür təqdimatların aparılması böhtandan başqa bir şey deyil.

"Bunlar çürümüş, əxlaqı, mənəviyyatı pozulmuş Qərbin müdaxiləsinin nəticəsidir. Dünya xəritəsində Azərbaycan kimi ikinci bir ölkə tapa bilməzsiz ki, ərazisi neçə yerə parçalanmasın. Bu dövlətə düşmən kəsilənlərə qarşı 99 il əvvəl dövlət yaratmaqla cavab verilib. Onlar öz təcavüzlərini ört-basdır etmək üçün belə çirkin işlərə əl atırlar.
Qadınlarımızın bığlı, saqqallı kimi təqdim olunması böhtandan başqa bir şey deyil. Bizə sırınan yamaqları həqiqət kimi qəbul etmək olmaz".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5076   Tarix: 11 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051