Terror törədən İŞİD-çilərlə bağlı ŞOK DETAL: "Bu daşın altından da ermənilər çıxdı"

Terror törədən İŞİD-çilərlə bağlı ŞOK DETAL: "Bu daşın altından da ermənilər çıxdı"

Ötən həftə Tehranda parlament binasına və Xomeyninin mavzoleyinə hücum edən İŞİD terrorçuları İran ərazisinə Ermənistandan keçib.

BiG.AZ xəbər verir ki, bunu Türkiyədə fəaliyyət göstərən Əsassız Erməni İddialarına qarşı Mübarizə Dərnəyi (ASİMDER) başqanı Göksel Gülbey deyib. Bundan əvvəl ASİMDER başqanı Ermənistanın Əfqanıstandan 8 min muzdlu gətirərək Qarabağda yerləşdirdiyini iddia etmişdi.

Əsassız erməni iddialarına qarşı elə ermənilərin öz taktikası ilə mübarizə aparan Göksel Gülbey bu dəfə deyib ki, onun bölgədəki xəbər qaynaqları Ermənistanın işğal etdiyi Qarabağ torpaqlarında terror qruplaşmalarının təlim düşərgələrini açdığını təsdiq edir. ASİMDER başqanı bundan əvvəl Ermənistanın Qarabağda PKK düşərgəsi açdığı haqda dediklərinin “təsdiqini tapdığını” bildirib. O, qeyd edib ki, Ermənistan 2016-cı ildə Suriyada yaşayan ermənilərin bir hissəsini təyyarə ilə İrəvana gətirib, oradan onları Qarabağda məskunlaşdırıb.

“Bu gələn Suriya erməniləri içərisində İŞİD-çilərin ola biləcəyini Rusiya kəşfiyyatı da bildirmişdi. Aylar əvvəl gəlib yerləşən və Ermənistan üzərindən İrana giriş-çıxışında problem yaranmayan bu Suriya vətəndaşları həmin terror hücumlarını həyata keçirib. İran Türkiyə ilə birlikdə Qətəri dəstəklədiyi üçün hədəf seçildi”-ASİMDER başqanı bildirib.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2336 Tarix: 11.06.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
olmus_arzular
olmus_arzular 13.06.2017



 
SDSDSD
SDSDSD 11.06.2017
-_-


 
Qaranliq_gunduz
Qaranliq_gunduz 11.06.2017
hmm
Lissa
Lissa 11.06.2017
Inamiram!
wekildeki uzu ekrana baxan ele terrorun ozudur!


 


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər