Azərbaycanda 20 yaşlı oğlanın başına gətirilən müsibətə baxın! Həkimlər ŞOKDA

Azərbaycanda 20 yaşlı oğlanın başına gətirilən müsibətə baxın! Həkimlər ŞOKDA

İyunun 10-u axşam saat 20:30 radələrində Şəkinin Qoxmuq kənd sakini, 1997-ci il təvəllüdlü Tural Firuz oğlu Qədirov bədənin qarın nahiyəsindən iki bıçaq yarası və döyülmə əlamətləri ilə xəstəxanaya daxil olub.

Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, T. Qədirovun üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə iyunun 10-u axşam saatlarında Qoxmuq kəndi ərazisində fəaliyyət göstərən çayxanalardan birində baş verib. T. Qədirov çayxanada çay içən zaman bir nəfər naməlum şəxs onu küçəyə çağırıb. T.l Qədirov küçəyə çıxan zaman naməlum şəxslər tərəfindən həm döyülüb, həm də bıçaqlanıb. Hazırda Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları T. Qədirovu döyərək bıçaqlayan şəxslərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi və tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 3832 Tarix: 11.06.2017
Bu xəbərləri da oxuyun
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Anaveten
Anaveten 11.06.2017
kimisə durduğu yerdə bıçaqlamazlar. doğrusunu Allah bilir


 
Qaranliq_gunduz
Qaranliq_gunduz 11.06.2017
vehsilik baw alib gedir


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər