14 yaşlı qızı qaçıran şəxs: "Yasda gördüm, xoşum gəldi..."

14 yaşlı qızı qaçıran şəxs: "Yasda gördüm, xoşum gəldi..."Şəki Apellyasiya Məhkəməsində adam oğurluğunda təqsirləndirilən Rəşad Hacıyevin barəsində olan bərəat hökmündən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

BiG.AZ report-a istinadən xəbər verir ki, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, prokurorun apellyasiya protesti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

İttiham aktına əsasən, Şəki rayon sakini R.Hacıyev 2015-ci il sentyabrın 27-dən 28-nə keçən gecə sevdiyi, yetkinlik yaşına çatmayan, 2001-ci il təvəllüdlü Günay Məmmədovanı (adı şərtidir) dini nikaha girib, evlənmək məqsədi ilə qaçırıb. O, G.Məmmədovanı Şəki rayonunun Aran kəndindən özünün yaşadığı qonşu Cəfərabad kəndində əmisi Cavanşir Hacıyevin evinə aparıb. R.Hacıyev polis əməkdaşlarının onları axtarmasını görüb G.Məmmədova ilə birlikdə evin pəncərəsindən qaçıb.
Məhkəmə iclasında R.Hacıyev ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilmədiyini deyib. O ifadəsində göstərib ki, G.Məmmədovanı ilk dəfə hadisədən iki il qabaq dostu Sərxanın atasının ildönümü ilə bağlı keçirilmiş yas mərasimində görüb: "Həmin qızdan xoşum gəldiyi üçün ona yanaşıb, kim olması ilə maraqlandım. Mənə məlum oldu ki, həmin qız dostum Sərxanın baldızıdır. Bundan sonra telefon nömrəmi qıza verdim. Təxminən bir ay sonra Günay qardaşı İbrahimin nömrəsi ilə mənə zəng vurub danışdı. Günayı sevdiyimi və onunla gələcəkdə evlənmək istədiyimi dostum Sərxana bildirdim. Sərxan isə qıza elçi göndərməyimi məsləhət gördü. Hətta bir dəfə Sərxanla birlikdə Günaygilə getdim. Son hadisədən təxminən bir ay əvvəl mobil telefonla danışan zaman Günay bidirdi ki, onu mənə verməyəcəklər. O, "məni Gəncə şəhərində olan başqa qohumlarıma vermək istəyirlər, mən səndən başqa heç kəslə ailə həyatı qurmaq istəmirəm" dedi. Sonra Günay onu qaçırmağımı istədi. Əvvəl Günayın bu təklifi ilə razılaşmadım, yaşının hələ az olduğunu və onu qaçıracağım halda, problem olacağını izah etməyə çalışdım".

R.Hacıyev qeyd edib ki, daha sonra G.Məmmədova ilə razılaşıb, onu qaçırmaq qərarına gəlib: "Həmin gün saat 20:00 radələrində Bakı şəhərində taksiyə minib, Şəkiyə, oradan isə rayonun Cəfərabad kəndinə gəldim. Tanışım, taksi sürücüsü Elşada Aran kəndinə aparmağı təklif etdim. Sonra onunla birgə həmin kəndə getdik. Gecə saat 02:00 radələrində Günay telefonundan mənə zəng etdi. O, mənə "hamı yatdı, mən çıxıram, sahədə gözlə" dedi. Bir az sonra Günay həmin sahəyə gəldi və avtomobilə minib Elşada maşını Sərxangilə sürməyi söylədim. Cəfərabad kəndinin ortasında, Günayın bacısının evlərinin yaxınlığında maşından düşüb, çöllük sahəyə gedib, səhərədək orda qaldıq. Ertəsi gün isə günorta saatlarında Günayı həmin kənddə yaşayan əmimin evinə apardım. Bizi əmim arvadı Şərafət qarşıladı. O, məndən həmin qızın kim olduğunu soruşdu. Əmimin yoldaşına bildirdm ki, "istədiyim qızdır, qaçırmışam". Təxminən 15-20 dəqiqə ərzində əmimgildə olarkən birdən evin qarşısına polis maşınının gəldiyini gördük. Həmin vaxt biz evin pəncərəsindən küçəyə tullanıb, üzü sahəyə doğru qaçdıq".

Onun sözlərinə görə, G.Məmmədova ilə birlikdə Kolaxlı kəndinin içərisindən keçib, "Dörd göz" adlanan gölə kimi yol gediblər: "Təxminən 3-4 saat orada oturub, aranın sakitləşməsini gözlədik, lakin sonra Günaya evlərinə qayıtmağı məsləhət bildim. Onu çətinliklə razı saldım. Birgə geriyə qayıdan vaxt biz Günayın bacısı və onun əri Sərxanla qarşılaşdıq. Günaya heç bir təsir göstərməmişəm və onu zorla qaçırmamışdım".

Məhkəmə iclasında qanuni nümayəndənin və pedaqoqun iştirakı ilə dindirilən zərərçəkmiş G.Məmmədova ifadəsində göstərib ki, o, R.Hacıyevi ilk dəfə bacısının qayınatasının yas mərasimində görüb: "Rəşad yas mərasimində mənə yaxınlaşıb salam verdi. Sonra məndən xoşu gəldiyini və sevdiyini bildirdi. Ona "fikirləşib bir söz deyərəm" cavabını verdim. Həmin gün Rəşad mobil telefon nömrəsini mənə verdi. Mənim də Rəşaddan xoşum gəlib. Daha sonra Rəşadı ara-sıra bacımgildə gördüm. Rəşadın 14 yaşım olmasından məlumatı olub. Ona bu barədə həm mən, həm də Sərxan deyib. Rəşad bu barədə bacıma və onun əri Sərxana da danışıb. Onunla həmişə qardaşım İbrahimin telefonu ilə əlaqə saxlamışdım. Bu barədə anam da bildi və o, söz etmişdi. Anam demişdi ki, "hələ yaşın azdır". Rəşada anamın məni qohumlarımızdan birinin oğluna ərə verəcəyini bildirdim. Ondan məni qaçırmağını istədim. O, əvvəl yaşımın az olduğunu deyərək razı olmadı. Evdən çıxmağa hazırlaşarkən doğum haqqında şəhadətnaməni özümlə götürdüm. Rəşadla qaçandan sonra onun əmisigilə getdik. Orada olanda isə evə polis gəldi. Bu zaman onunla birgə evin pəncərəsindən qaçıb getdik".

G.Məmmədova dindirilərkən bildirib ki, R.Hacıyevin təkidi ilə evlərinə qayıtmağa razılıq verib. "Geriyə qayıdarkən bacım və onun əri Sərxanla qarşılaşdıq. Sonra polis əməkdaşlarının yanına getdik. Həmin gün axşam saatlarında polis əməkdaşları bizi oradan polis şöbəsinə apardılar. Rəşadı sevdiyim üçün könüllü olaraq ona qoşulub qaçmışam. Onun bu işdə heç bir təqsiri olmayıb. Rəşada qarşı heç bir şikayət və tələbim yoxdur".

Qeyd edək ki, R.Hacıyev Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu, bu Məcəllənin 144.1 və 144.2-ci maddələrində göstərilən əməllər yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham olunub.

Şəki Ağır Cinayətlər Məhkəməsinin 19 yanvar 2017-ci il tarixli hökmü ilə R.Hacıyevin barəsində bəraət hökmü çıxarılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3378   Tarix: 10 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bakıda gecə intihara cəhd olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb . FHN-dən verilən məlumata görə, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində bir nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

09:54 324
.

Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. BİG.AZ report-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikd

13:28 563
.

Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: "Səs eşitdik, gələndə artıq gec idi" - VİDEO

Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada ana və atasını qətlə yetirməkdə şübhəli bilinən Fikrət Məmmədov taksi sürücüsü kimi çalışıb. Qonşuların bəziləri bildirirlər ki, ailə daxilində ara-sıra münaqişələr də baş verirmiş. Münaqişələrin sonuncusu da qətllə yekunlaşıb. Baku TV-yə danışa

11:37 778
.

Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir

"MTN işi"nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi arasında məhkəmə çəkişməsi davam edir. "Qaynarinfo" xəbər verir ki, birinci məhkəm

18.04.2024 553
.

UNICEF: "Qəzzada hər 3 evdən 2-si dağılıb və ya zədələnib"

UNICEF-in sözçüsü Ceyms Elder, İsrailin intensiv hücumları altında olan Qəzzada hər 3 evdən 2-nin dağıldığını və ya zədələndiyini açıqlayıb. xəbər verir ki, bir müddətdir Qəzzada çalışan Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder X sosial media platformasında İsraili

18.04.2024 205
.

Kişi əqrəb yeyib özünü öldürdü

Türkiyədə əqrəb yeyən kişi ölüb. Türkiyə mediasına istinadən xəbər verir ki, Kayserinin Hasancık kəndində yaşayan 56 yaşlı Bilal Yiğit depressiyaya düşməsi nəticəsində 2 əqrəb yeyib. Avtobusla Artvinə gedən Bilal Yiğitin Samsunda avtobusda ikən vəziyyəti pisləşib. Xəstəxanaya aparılan Yiğit 2 əqrəb yediyin

18.04.2024 573
.

BDU-nun tələbəsi intihar etdi

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksində kirayə yaşayan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onun meyiti eyvanda asılı hald

10:32 718
.

Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO

"Hazırda məktəblərdə servis xidmətinin yaradılması məsələsi müzakirə olunmur". Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib. "Bizim istəyimiz və arzumuz ondan ibarətdir ki, bütün vətəndaşları öz evlərini

18.04.2024 520
.

Türkiyədə güclü zəlzələ oldu - FOTO

Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda zəlzələ baş verib. Bu barədə Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyindən (AFAD) məlumat verilib. Məlumata görə, yeraltı təkanların gücü 5,6 bal olub. Zəlzələnin ocağı 6 km dərinlikdə yerləşib

18.04.2024 647