"Qurşaqdan aşağı söyürdü, mən də baltaladım" - Azərbaycanda DƏHŞƏTLİ QƏTL

"Qurşaqdan aşağı söyürdü, mən də baltaladım" - Azərbaycanda DƏHŞƏTLİ QƏTLCoratda birlikdə cəza çəkdiyi tanışını söyüşə görə qətlə yetirməkdə təqsirləndirilən 1979-cu il təvəllüdlü Rüfət Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

BiG.AZ lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib. Söz dövlət ittihamçısı Ramin Nağdalıyevə verilib.

Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib.

Verilən ittihama münasibət bildirən Rüfət Quliyev özünü təqsirli bilib. Məhkəmə ona sərbəst ifadə verməyi təklif edib. Təqsirləndirilən cinayəti söyüş üstündə törətdiyini etiraf edib:

"Səhər evimə qonaq gəldi. Durduq yerə başladı məni söyməyə. Səbəbini soruşdum davam elədi. Onu bir neçə dəfə xəbərdarlıq etsəm də, buna xeyri olmadı. Söyüş söyməyə davam elədi. Qurşaqdan aşağı söyürdü. Səbrim daşdı. Otaqdan baltanı götürdüm. Balta ilə onun başından bir zərbə vurdum. Əməlimdən peşmanam. Gərək belə olmazdı".

Prosesdə daha sonra zərərçəkmiş şəxsin hüquqi varisi qismində anası Cəmilə Əhmədova ifadə verib. O, bildirib ki, hadisənin şahidi olmayıb: "Oğlum bunu boş yerə söyməyib. Oğlumun qatilinə ən ağır cəzanın verilməsini istəyirəm. Bunu siz hakimlərdən oğlu öldürülən bir ana kimi xahiş edirəm".

Cəmilə Əhmədova ifadəsində oğlunun əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək məhkum olunduğunu bildirib: "Oğlum xəstə idi, narkotik aludəçisi olub".

Ölən şəxsin bacısı Sədaqət Hətəmova qeyd edib ki, qardaşının qətlə yetirilməsini müstəntiqdən eşidib. O, qardaşının təqsirləndirilən şəxslə eyni cəza çəkmə müəssisəsində cəza çəkməsini, həbsdən azad olunandan sonra dostluq etmələrindən xəbərsiz olduğunu deyib.

Şahid qismində ifadə verən təqsirləndirilən şəxsin qardaşı Abbasqulu Quliyev bildirib ki, hadisə baş verən günü qardaşı ona zəng edib və qətl hadisəsi törətdiyini deyib: "Ona bildirdim ki, gözlə, gəlim səni polisə aparım. Qardaşım ehtiyac olmadığının, özünün polisə gedəcəyini söylədi. Sonra işdən icazə aldım və evə gəldim. Bu vaxt polislər qardaşımı qolu qandallı evə gətirdiklərini, hadisə yerində araşdırma apardıqlarını gördüm".

Proses iyunun 13-də davam edəcək.

Qeyd edək ki, qətl bu il fevralın 7-də saat 22.30 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsində baş verib. Qəsəbə sakini Rüfət Quliyev yaşadığı evin yaxınlığında tanışı, 34 yaşlı Ramiz Hətəmov və onunla birlikdə olan tanışları ilə rastlaşıb.

Bu zaman Rüfət Quliyevlə Ramiz Hətəmovun arasında mübahisə yaranıb. Mübahisə zamanı onlar bir-birlərinin ünvanına söyüş söyüblər.

Daha sonra Ramiz Hətəmov və digərləri oranı tərk edib. Fevralın 8-də, səhər saat 09.00 radələrində sərxoş vəziyyətdə Rüfət Quliyevin evinə gələn Ramiz Hətəmov bir gün əvvəlki söyüşə görə, öz iradını bildirib. Köhnə tanışlar arasında yenidən mübahisə yaranıb.
Bu zaman Ramiz Hətəmov Rüfət Quliyevin ünvanına təhqiredici ifadələr işlədib. Təhqiredici söyüşlərə dözməyən Ruslan Quliyev baltaya əl atıb. O, balta ilə Ramiz Hətəmovun başına zərbələr endirib. Aldığı zərbələrin təsirindən Ramiz Hətəmov hadisə yerində ölüb. Cinayəti törədən Rüfət Quliyev könüllü olaraq polisə gələrək təslim olub.
Araşdırmalar zamanı məlum olub ki, hər iki təqsirləndirilən şəxs əvvəllər narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək məhkumluq həyatı yaşayıblar.
Onlar 3 saylı cəza çəkmə müəssisəsində bir yerdə cəza çəkiblər. Onlar cəza çəkdikləri müddətdə də tanış olublar.
Rüfət Quliyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2533   Tarix: 08 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən hadisə ilə bağlı RƏSMİ CAVAB - FOTO/VİDEO

Aparıcı Şəbnəm Naibli evinin yandırıldığını iddia edib. -in məlumatına görə aparıcı, sosial şəbəkədə video yayımlayaraq hadisənin qəsdən törədildiyini və kiminsə bununla ona gözdağı vermək istədiyini qeyd edib. Hadisənin 5 gün əvvəl yaşandığı vurğulanıb:. "Martın 24-də evim yandırıldı. Hansı ki

13:03 0
.

Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO

Bakı şəhəri 279 nömrəli tam orta məktəbin məzunu Qəndab Məmmədova Harvard Universitetinə qəbul olunub. Bu barədə təhsil müəssisəsi öz sosial şəbəkə hesabında məlumat yayıb. Q.Məmmədovanın 2022-23-cü tədris ilində məktəbin məzunu olduğu bildirilir. Qeyd edək ki, Q.Məmmədova daha əvvəl bir sıra nüfuzl

13:09 0
.

"Divanımızın olması üçün dua etmişəm" - Aşıq Zülfiyyə

Aşıq Zülfiyyə İbadova maraqlı açıqlaması ilə diqqət çəkib. -ın xəbərinə görə, o yeni ailə quranda çox kasıb olduqlarını bildirib. "İndi yalan danışmağın heç bir mənası yoxdur. Hətta gecə-gündüz dua edirdim ki, divanımız olsun. Çünki evə divan ala bilmirdik", - o bildirib. Zülfiyyə deyib ki

28.03.2024 207
.

DİN-dən vətəndaşlara MÜRACİƏT: "Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın"

Daxili İşlər Nazirliyi (DİN) bir daha vətəndaşlara müraciət edərək, hesab məlumatlarını naməlum şəxslərlə paylaşmamağı tövsiyə edib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib. "30 00, 17 00, 26 700, 9 00, 270, 500, 678, 852, 310, 400 manat məbləğlərind

28.03.2024 198
.

Azərbaycanda ana 16 yaşlı qızına işgəncə verib - VİDEO

Azərbaycanda 16 yaşlı qız anası tərəfindən vəhşicəsinə döyülüb. xəbər verir ki, bu barədə ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan və anası tərəfindən döyülən Aytacın babası bildirib. Babası bildirib ki, nəvəm anası tərəfindən işgəncələrə məruz qalıb. Aparıcı Aytacı

13:35 0
.

Bu dəfə Şəbnəm Nigara söz atdı

Müğənni Şəbnəm Tovuzlu ünvanına tənqid səsləndirən həmkarı Nigar Camalla bağlı sualı cavablandırıb. Axşam.az xəbər verir ki, "Qonaqcanlı" proqramında qonaq olan ifaçıya aparıcı "Şəkillərdə gördüyün bu xanımlardan hansının sözü sənin üçün külək kimi əsir gedir" sualını ünvanlayıb

10:14 0
.

"WhatsApp" istifadəçilərini sevindirəcək daha bir YENİLİK

"WhatsApp" messenceri istifadəçilərinə ünsiyyət qurmaq üçün yeni imkan tanıyacaq. Belə ki, mesajlaşma şəbəkəsi istifadəçinin yeni kontaktlarını müəyyənləşdirəcək və onlarla söhbətə başlamağı istifadəçiyə təklif edəcək. Bu barədə "WABetaInfo" portalı məlumat yayıb. Məlumata görə, "WhatsApp"

15:03 0
.

Ebru Şallının əri ilə bağlı qərar verildi

Türkiyəli model Ebru Şallının həyat yoldaşı Uğur Akkuşun məhkəməsi başa çatıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Akkuşun dələduzluğa görə 4 il 2 ay həbsi tələb olunub. Uğurun həbsi 83 min 320 lirə pul cəzası ilə əvəz olunub

28.03.2024 204
.

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki..." - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki, biz ona öz aramızda "Doktor" ləqəbi qoymuşduq. Onda həkim dəqiqliyi var idi". Bu sözləri Milli Qəhrəman Elbrus Allahverdiyev haqqında İctimati TV-ə danışan döyüş yoldaşları deyib. Döyüş yoldaşları Milli Qərhəmanın şücaətlərindən danışarkə

28.03.2024 232