Anar Nağılbazı işə düzəltmək adı ilə ALDATDILAR

Anar Nağılbazı işə düzəltmək adı ilə ALDATDILAR

Bir müddət öncə borclarına görə intihar etmək istəyən repçi Nağılbazdan xəbər var.

BiG.AZ-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişində qonaq olan repçi bildirib ki, dostlarının köməyi ilə borclarını ödəyib:

“Dostlarımın sayəsində borclarımı bağladım. Vaxtı ilə oturub-durduğum, kömək əlini uzatdığım 100 dostdan biri mənə kömək olmadı. Ancaq yeni dostlarım mənə kömək oldu, borclarımı bağladım. Ona görə də həyat bizə çox şeyləri öyrədir”.

Repçi qeyd edib ki, hazırda işsizliyi davam edir:

“İxtisasca televiziya rejissoruyam. Düz 10 il iş təcrübəm var. AzTV və İTV-də işləmişəm. Amma hazırda işsiz qalmışam. Həyatımda gərginliyi yaradan da işsizliyimdir. Əvvəlki kimi imkanım yoxdur ki, özüm üçün “studio” açım, nəsə pul qazanım”.

A.Nağılbaz bildirib ki, ona yalançı iş təklifləri ediblər:

“İşləmək istəyimlə bağlı statusu paylaşndan sonra 50 yerdən iş təklifi aldım, hətta çağırdıqları yerlərə də getdim. Amma sonda məlum oldu ki, yalan, fırıldaq imiş. Deməli mənə iş təklif edən 50 yerin əllisi də yalan çıxdı. Amma yenə də dostlarım sağ olsunlar ki, ruhdan düşməyə qoymurlar. Televiziya rejissoruyam, amma indi gəlib rejissor köməkçisi də işləməyə hazıram”.


Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1826 Tarix: 08.06.2017
Bu xəbərləri da oxuyun
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Qaranliq_gunduz
Qaranliq_gunduz 09.06.2017
narkotikin axiri budu
vetenperver
vetenperver 08.06.2017
bunun agli olmadi zamaninda atasi millet vekili idi,,xarici dillerde sehv etmirems eders deyirdi bu dusud repin dalinca deyirman bele geldi xose ele getdi derya bele oldu kim xnadi kim qazdi gij gij seylerle basin qatdi narkotika indide bele
ama sevinmirme halini bir aileli kisinin ishsiz olub imdad dilemeyi menimcun en boyukbir acidir Allah cc yardimcisi olsun amin


 
ALiCo
ALiCo 08.06.2017
budaki adam olmadida ...ozunu qoyub temiz gijdiyee


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər