Türkiyə Baş prokurorunun müavinindən Azərbaycandakı "FETÖ"-çülərlə bağlı AÇIQLAMA

Türkiyə Baş prokurorunun müavinindən Azərbaycandakı "FETÖ"-çülərlə bağlı AÇIQLAMA"Ötən ilin 15 iyul qiyama cəhd hadisələri zamanı Türkiyə xalqını dəstəkləyən ilk dövlət Azərbaycan olub".

BiG.AZ xəbər verir ki, bunu ölkə.az-a açıqlamasında Türkiyə Baş prokurorunun müavini Halil Adıgüzel bildirib.

Halil Adıgüzel deyib ki, 15 iyul hadisələri zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edən ilk dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyev olub:

"Cənab Ərdoğana ilk telefon zəngi açan dövlət başçısı cənab İlham Əliyevdir. Onsuz da biz qardaş Azərbaycandan məhz bunu gözləyirdik. Cənab İlham Əliyevdən sonra Türkiyəni dəstəkləyən ikinci dövlət başçısı Qətər kralı olub. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir".

Baş prokurorun müavini Azərbaycanda "FETÖ" üzvlərinin zərərsizləşdirilməsi ilə bağlı məsələyə də toxunub:

"İndi dəqiq deyə bilmərəm ki, Azərbaycanda "FETÖ"-çülər var, ya yox! Çünki "FETÖ"-çülər ifşa olunandan sonra xarici ölkələrə qaçaraq, gizlənməyə çalışır. Həmin günahkarların cəzalandırılması üçün Türkiyə dövləti olaraq biz əlimizdən gələni edirik. Onu da deyim ki, "FETÖ"-çuların saxlanılması ilə bağlı görülən işlər tam qanun çərçivəsində həyata keçirilir. Yəni, hər kəsə vəkil tutulur, qanunun və hüququn tələblərinə uyğun formada addımlar atılır. Ancaq Azərbaycanın bu istiqamətdə atdığı addımlar bizi çox sevindirib. Bu məsələ ilə bağlı Azərbaycan dövləti nə lazımdırsa, edib. Bildiyimə görə, Fətullah Gülənə bağlı olan təşkilatlar bağlanıb, "FETÖ" üzvləri ölkədən çıxarılıb. Bütün bunlar Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsidir".

Halil Adıgüzel Azərbaycana səfər etməkdən böyük məmnunluq hissi keçirdiyini söyləyib:

"Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumlarının rəhbərliyi və ombudsmanların 3-cü iclasında iştirak edirəm. Bura gəlməmişdən öncə Türkiyənin Baş prokuroru mənə dedi ki, Azərbaycanda belə bir toplantı var və həmin tədbirə nümayəndə heyəti ilə gedə bilərsənmi? Mən isə dərhal bildirdim ki, əgər məsələ Azərbaycandırsa, müzakirəsiz Bakıya getməyə hazıram. Sonra sevinə-sevinə qardaş Azərbaycana gəldim. Mən ötən il də Azərbaycana səfər etmişdim. Azərbaycan bizim qardaşımızdır. Mən Bakıya gələndə, özümü Ankaradan İzmirə, Bursaya və digər şəhərlərə getmiş kimi hiss edirəm. Biz eyni dildə danışırıq. Ona görə də bizim bir-birimizdən fərqimiz yoxdur. Biz hər zaman Azərbaycanda da bu qardaşlığı, qonaqpərvərliyi görürük. Mən ötən il Naxçıvana, Qubaya səfər etmişdim. Özümü öz Vətənimdəki kimi his edirəm. Azərbaycana iki gündür gəlmişəm, buradakı qardaşlarımız mənə deyir ki, ailənlə bərabər qonağımız olun, burada yay tətili edək və sairə. Bu təklifi mənə doğma qardaşım etməz? Bundan daha gözəl nə isə ola bilərmi? Ona görə də mən Azərbaycanda özümü Vətənimdəki kimi hiss edirəm".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 608   Tarix: 07 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb. Bu barədə AZƏRTAC xəbər verib

00:22 234
.

Tavuşda keçirilən etiraz aksiyalarında yeddi Ermənistan vətəndaşı saxlanıldı - YENİLƏNİB

Tavuşda keçirilən etiraz aksiyalarında yeddi Ermənistan vətəndaşı xuliqanlıqda şübhəli bilinərək saxlanılıb. Bu barədə Ermənistan İstintaq Komitəsi xəbər verib. Saxlanılanlar arasında "Hayastan" fraksiyasından olan deputat Qarnik Danielyanla dalaşan M.A. da var. 11:29. Ermənistanın "Döyü

22.04.2024 325
.

İran prezidenti Rəisi Pakistana rəsmi səfərə gedib

İran prezidenti İbrahim Rəisi Pakistanın paytaxtı İslamabada gəlib. xəbər verir ki, Rəisi Pakistanın Baş naziri Şahbaz Şərif və prezident Asif Əli Zərdari ilə görüşəcək. İran prezidenti həmçinin Pakistanın mədəni və iqtisadi mərkəzi sayılan Lahor və Kəraçi şəhərlərinə də səfər etməyi planlaşdırır. Onu

22.04.2024 217
.

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + VİDEO

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü olub. Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbua

22.04.2024 328
.

Nigeriyada atışmalarda 21 nəfər öldü

Nigeriyanın Plateau ştatında yerli əhaliyə qarşı hücumlar olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 21 nəfər ölüb. Hücumun fermerlərə qarşı olduğu bildirilib. Gənclər Hərəkatının milli sədri Sunday Dankaka müxbirlərə bildirib ki, hücum ştatın Manqu və Kuru vilayətlərində qeydə alınıb. Hücumlard

22.04.2024 189
.

Türkiyədə metro stansiyasını su basdı - VİDEO

Türkiyənin İstanbul şəhərində metronu su basıb. BİG.AZ xəbər verir ki, leysan yağışı nəticəsində "Yenibosna" metro stansiyası su altında qalıb. Həmin görüntüləri təqdim edirik:

22.04.2024 276
.

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - FOTO

Əməkdar artist, Prezident təqaüdçüsü, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru Faiq Sadıqovun vəziyyəti pisləşib. Bu barədə onun qızı Əminə Sadıqova Manşet.az-a məlumat verib. Onun dediyinə görə, F.Sadıqov təcili paytaxtda yerləşən özəl xəstəxanalardan birin

22.04.2024 729
.

300 min manatlıq dələduzluqda təqsirləndirilən sabiq məktəb direktoruna hökm oxundu

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə S.Əkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəs

22.04.2024 405
.

MEDİA çağırış etdi

"Sosial şəbəkə seqmentində cəmiyyətdə tanınmış şəxslər barədə, xüsusən də onların şəxsi həyatına dair dəqiqləşdirilməmiş məlumatların yayılması ictimaiyyət tərəfindən narazılıqla qarşılanır və eyni zamanda, birmənalı qəbul olunmur". Bu barədə "Qafqazinfo"ya Medianın İnkişafı Agentliyində

22.04.2024 288