"Kanal-13″-ü mən bağlamışam" – AÇIQLAMA

"Kanal-13″-ü mən bağlamışam" – AÇIQLAMA"Kanal-13″-ü şəxsən mən özüm bağlamışam. Mənim üçün həyat yoldaşım Əziz Orucovdan vacib heç nə yoxdur".

Bunu toplum.tv-yə "Kanal-13" internet televiziyasının rəhbəri Əziz Orucovun həyat yoldaşı Lamiyə Çerpanova deyib.
O bildirib ki, kanalı Əziz Orucova görə bağlayıb: "Nə azad söz, nə jurnalistika, nə də "Kanal 13" ondan önəmlidir. Əgər kanalın bağlanmasının Əziz Orucova bir xeyri olacaqsa, mən qurban eləyirəm. Yenə deyirəm, "Kanal-13″ mənim üçün Əziz Orucov qədər əziz deyil. Sırf həyat yoldaşıma görə kanalı bağlamışam".

Demokratik Jurnalistlər Liqasının sədri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Yadigar Məmmədli deyir ki, o, Əziz Orucovun həbs edilməyəcəyini düşünür:

"Kanal-13″-ü mən bağlamışam" – AÇIQLAMA"Bildiyiniz kimi, kanalın rəhbəri Əziz bəy 4 aylıq azadlıqdan məhrum edilib. Ümid edirəm ki, onu ciddi həbs gözləməyəcək. Biz də bir jurnalist kimi onu dəstəkləməyə hər zaman hazırıq".
Media eksperti, tele-jurnalist Qulu Məhərrəmli isə bildirir ki, bu hadisələr söz və ifadə azadlığına mənfi təsir edir:

"Kanal-13″-ü mən bağlamışam" – AÇIQLAMA"Hesab edirəm ki, alternativ fikir yayan media orqanlarının fəaliyyətlərinin məhdudlaşdırılması bu və ya başqa formada söz və mətbuat azadlığına mənfi təsir göstərir. O cümlədən də, "Kanal-13″-ün fəaliyyətinin məhdudlaşdırılmasını pis qiymətləndirirəm. Arzu edərdim ki, istər iqtidaryönümlü, istərsə də müxalifyönümlü media orqanları yazdıqları, toxunduqları məsələlərdə obyektiv, dürüst və qərəzsiz olsunlar. Öz peşə fəaliyyətlərinə bu və ya başqa mənada təhlükə yaratmasınlar. Azərbaycan dünyanın tərkib hissəsidir və bu dünyada söz və mətbuat azadlığı mühüm dəyər sayılır. Bizim ümumi məqsədimiz bu dəyəri qorumaqdır. Bunun üçün də cəmiyyət bütün resurslardan istifadə etməlidir".

Mayın 2-də "Kanal-13" internet-televiziyasının rəhbəri Əziz Orucov saxlanılıb. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə ittiham olunaraq, Nəsimi rayon Məhkəməsinin qərarı ilə 30 sutka azadlıqdan məhrum edilib.

"Kanal-13″-ü mən bağlamışam" – AÇIQLAMABaş redaktor iyunun 1-də azadlığa çıxmalı idi. Amma iyunun 1-də Tv-nin rəhbəri Əziz Orucov barəsində Cinayət Məcəlləsinin 192.2 (qanunsuz sahibkarlıq və külli miqdarda gəlir əldə etmə) və 308.2 (vəzifə saxtakarlığı ağır nəticələrinə səbəb olması) maddələri ilə cinayət işi açılıb və qanunsuz sahibkarlıqda və vəzifə saxtakarlığında təqsirləndirilərək barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

İyunun 3-də Baş Prokurorluğun əməkdaşları "Kanal-13″ün ofisində axtarış aparıblar. TV-dən verilən məlumata görə kompüter və bəzi sənədləri götürüblər.
Vəkil Elçin Sadıqov bildirib ki, Əziz Orucova qarşı qaldırılan cinayət işi "Kanal-13″ün fəaliyyəti və "Qafqaz Media Təhqiqatları Mərkəzi" İctimai Birliyinin fəaliyyətinə görə irəli sürülüb.
"Kanal 13" internet televiziyası 2010-cu ildən fəaliyyət göstərir. Kanalın təsisçisi Anar Orucov Almaniyada yaşayır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2374   Tarix: 06 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497