Yol Polisi çəkərək geyinən sürücülərə MÜRACİƏT ETDİ: "Ayaq tərləyir və sürüşür"

Yol Polisi çəkərək geyinən sürücülərə MÜRACİƏT ETDİ: "Ayaq tərləyir və sürüşür"Yayda insanların çoxu mövsümə uyğun olaraq, daban hissəsi açıq ayaqqabılar, barmaqarası tərlik ("vyetnamka"), çəkərək geyməyə üstünlük verir. Bəzi sürücülər isə, hətta avtomobili də yay ayaqqabıları geyərək idarə edirlər.

Mütəxəssislərə görə, belə ayaq geyimləri qəzaların baş vermə riskini artırır. Qanunvericilikdə ayaq geyimi ilə bağlı heç bir qadağa olmasa da, Dövlət Yol Polisi sürücülərə tövsiyə edir ki, avtomobil idarə edən zaman rahat, qapalı ayaqqabılara üstünlük versinlər. Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, DYP sürücülərə nəqliyyat vasitəsini dabanı açıq ayaqqabılarla idarə etməməyi tövsiyə edir:

"Nəqliyyat vasitəsini ayaqyalın idarə etmək də təhlükə yaradır. Çünki sürücünün özünün də xəbəri olmadan ayağının altında kiçik daş qırığı, şüşə qırığı qala bilər. Həmin qırıntı pedalla ayağın altı arasında qalsa, sürücü ekstremal vəziyyətdə əyləci bassa, həmin qırıntı onun ayağına batacaq və sürücü özündən asılı olmayaraq ayağını pedaldan çəkəcək. Bu da qəza vəziyyəti yarada bilər".

K. Əliyevin sözlərinə görə, dabanı açıq ayaqqabılarla nəqliyyat vasitəsi idarə edərkən ayaqqabının hər an ayaqdan çıxma, pedala ilişib qalma ehtimalı artır. DYP-nin sürücülərə tövsiyəsi də bundan irəli gəlir: "Sürücü avtomobil idarə edərkən dabanını yerə dirəyir. Açıq ayaqqabıda sürücü dabanını elə saxlayanda açıq ayaqqabı ayaqdan sürüşür, bu da sürücünün çaşmasına və qəzanın baş verməsinə səbəb ola bilər. Amma konkret olaraq qanunvericilikdə ayaq geyimi ilə bağlı hər-hansı bir qadağa yoxdur. Buna görə də, heç kim cərimə edilə bilməz". "Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyinin sədri Elməddin Muradlının sözlərinə görə, daban hissəsi açıq ayaqqabılar, "vyetnamkalar", çəkələklər və s. bu kimi ayaqqabılarla avtomobil idarə etməklə bağlı qanunvericilikdə heç bir qadağa yoxdur:

"Amma sükan arxasında olan sürücünün ayaq geyiminin onun çevikliyinə böyük təsiri var. Açıq ayaqqabılarda ayaq sürüşə bilər, müəyyən hərəkətlərə mane ola bilər. Qəza zamanı saniyənin belə böyük hökmü olur. Yəni saniyə içində sürücü ayağı ilə əyləci sıxa bilməsə, qəza baş verəcək. "Vyetnamkada" və çəkələkdə ayaq tərləyir və sürüşür, bu da çevikliyə mane olur".

Ekspert bildirir ki, insanlar təhlükəsizliyi düşünürsə, avtomobil idarə edərkən belə ayaqqabılar geyməməlidir. Muradlı deyir ki, bu tip ayaq geyimləri ilə adətən qadın sürücülər avtomobil idarə edir: "Ümumiyyətlə, alimlər sübut edib ki, qadınlar qəza zamanı gecikir. Bir az bu gecikmə, bir az ayaq geyiminin təsiri qəzanın baş verməsinə səbəb olur. Buna görə də, istər qadın, istərsə də kişi sürücülər avtomobil idarə edərkən qapalı, rahat ayaq geyiminə üstünlük verməlidir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1458   Tarix: 05 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137