Bakıya qaçıb, Xocalı abidəsində baş əyən erməni satqın çıxdı

Bakıya qaçıb, Xocalı abidəsində baş əyən erməni satqın çıxdıErmənistan və Azərbaycan Sülh Platformanın iştirakçısı olmuş, hazırda Ukrayna ərazisində gizlənən Vahan Martirosyan, erməni xüsusi xidmət orqanları ilə əməkdaşlığa daxil olub, xalq diplomatiyasına qarşı silsilə bəyanatlarla çıxış edib. Bu, Sarkisyan rejiminin işğalçılıq siyasətinin əsl niyyətlərini bir daha ortaya qoyur, hansı ki, bütün üsullarla Azərbaycan siyasi rəhbərliyinin xalqların barışığına və Qarabağda sülhün bərqərar olmasına yönəldilmiş istənilən səylərini əngəlləyir.

Ermənistan hökuməti vətəndaş diplomatiyasının səylərini dəstəkləmək əvəzinə, öz gizli xidmətlərinin əli ilə sülh qrupunun iştirakçılarından birini ələ alaraq, bütün səylərini sülh təşəbbüsünün dağıdılmasına yönəldib.

BiG.AZ-ın virtualaz-a istinadla verdiyi məlumata görə, bu bəyanatla məşhur erməni hüquq müdafiəçisi Vahe Avetyan çıxış edib.

V.Avetyan öz "Facebook" səhifəsində erməni xüsusi xidmət orqanlarını cəlb edilmiş aktivist Vahan Martirosyan vasitəsi ilə təxribatlarda ittiham edib. "Vahan Martirosyanın çıxışları yaxşı quraşdırılıb. Rus dilinə tərcümə olunmuş versiyada əhəmiyyətli bir hissə yoxdur – Martirosyan danışır ki, erməni xüsusi xidmət orqanları onu sülh qrupuna daxil edərək düşmənin arxasına göndərib.

Bu əclaf aylardır arxamca mənim haqqımda, qızım, uşaqlarım barəsində iyrənc şeylər danışır, şər atır və Platformanı, onun iştirakçılarını biabır edir. Bu haqda mən yalnız bir həftə öncə bildim, məndən hətta dostlar da gizlədirdilər ki,"məyus olmayım". Bu çekisti tutun!" – deyə hüquq müdafiəçisi öz müraciətində yazıb.

"Azərbaycan-Ermənistan Sülh Platformasının yaradılmasının birinci günündən, Vahan Martirosyanla tanış olandan sonra mənə aydın oldu ki, o, pula görə işləyir. O, çoxlarını şantaj edir, bizim işimizə pəl vurmağa çalışır və Platformanın üzvləri arasında intriqa yaradırdı. O məndən daim pul xahiş edirdi. Görünür, güman edirdi ki, Azərbaycanda sülhməramlılıqda iştirak üçün mənə nəsə ödəyiblər".

Bunu isə Platformanın aktiv iştirakçılarından biri, bu yaxınlarda Bakıda olmuş Erik Xaçaturov deyib.

"Platformamızın başqa üzvləri ilə danışıqlardan anladım ki, Vahan Martirosyan başqa insanlarla münasibətdə də elə hərəkət edib. O yalnız Azərbaycan xalqına yox, həm də Ermənistan xalqına, hansı ki, sülh içində yaşamağa ehtiyac duyur, ziyan vurub.

Biz qonşuyuq, əvvəl də qonşu olmuşuq, bundan sonra da qonşu olacağıq və sülh prosesinin reallaşdırması nə qədər sürətlə və daha müvəffəqiyyətlə gedəcəksə, bizim torpaqlarımızda sülh və sabitlik də bir o qədər tez bərqərar olacaq. Əgər bizim Platformamızın hədəfləri Vahanın maraqlarına cavab vermirsə, qoy o öz yolu ilə getsin".

Ermənistanda təqib olunduğu üçün təxminən iki il əvvəl Azərbaycana sığınan və haqqin.az saytı üzərindən Serj Sərkisyanın cinayətkar rejimini ifşa edən, Bakıda Xocalı abidəsi qarşısında baş əyib bu insanlıq cinayətinə görə ermənilər adından üzr istəyən Vahan Martirosyan dünən "peşimançılıq bəyanatı" yayıb.

Və belə məlum olur ki, Martirosyan iki ilə yaxın Azərbaycanın çörəyini yeyib suyunu içəndən sonra birdən səhv etdiyini başa düşüb və "erməni olduğunu" dərk edib. Əlbətdə, Martirosyan əsl erməni kimi də hərəkət edib və iki ilə yaxın çörəyini yediyi Azərbaycana arxa çevirib, "Azərbaycanın işğalçılıq siyasəti" haqda boşboğazlıq edərək bu dəfə Ermənistan hakimiyyətindən aman diləyib.

Adıçəkilən erməni 2015-ci ildə həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə Ermənistandan qaçaraq Azərbaycana gəlib. Ermənistan "Milli Azadlıq Hərəkatı" təşkilatının rəhbəri V. Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib. O, rəhbərlik etdiyi müxalif yönümlü qurumun fəaliyyətinə görə Ermənistanda dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərin təzyiqlərinə məruz qalıb. V. Martirosyan özünün və ailəsinin şəxsi təhlükəsizliyi ilə əlaqədar həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə Ermənistandan qaçaraq Azərbaycana gəlib.

O, üçüncü ölkəyə yola salınıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5524   Tarix: 29 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Artıq tək olmaq istəmirəm, gəncəm"- Aynur Dadaşova

Müğənni Aynur Dadaşova imicində kəskin dəyişiklik edib. O, 35 il sonra saçlarını kəsdirib və sarı rəngə boyadıb. -ın xəbərinə görə, Aynur Dadaşova saçları kimi həyatında da yenilik etmək istədiyini bildirib. "Yeni bir limana başlamaq istəyirəm. Artıq tək olmaq istməriməm. Gəncəm, hələ 50 yaşım yoxdur

18.04.2024 431
.

Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir

"MTN işi"nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi arasında məhkəmə çəkişməsi davam edir. "Qaynarinfo" xəbər verir ki, birinci məhkəm

18.04.2024 391
.

Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfər ölüb

Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfər ölüb, 2 nəfər itkin düşənlərin axtarışları davam edir. xəbər verir ki, Qazaxıstan daxili işlər nazirinin birinci müavini Marat Kocayev Senatın ümumi iclasından sonra jurnalistlərə açıqlama verib. Kocayev ölkədə davam edən daşqınlar səbəbilə Atrau bölgəsind

18.04.2024 210
.

Qəzzada ölənlərin sayı 33970-yə çatıb

İsrail ordusunun Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda ölənlərin sayı 33970-yə çatıb. xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 195 gündür Qəzza zolağına hücumları ilə bağlı məlumat verilib. Açıqlamaya görə, İsrail ordusunu

18.04.2024 156
.

Birinci ledi haqqında serial çəkilir

Fransanın birinci xanımı Bricit Makronun həyatı yeni serialın mövzusu olacaq. xarici mediaya istinadən xəbər verir ki, "Bridget, a free woman" adlı altı hissədən ibarət serial Emmanuel Makronun həyat yoldaşının həyatından bəhs edəcək. Serial cütlüyün ilk görüşü ilə başlayacaq. Bricit Makro

17.04.2024 391
.

Sumqayıtda itin insanlardan su istəməsi görüntüsü gündəm oldu - VİDEO

Sumqayıt şəhərində maraqlı hadisə baş verib. xəbər verir ki, şəhərdə itlərdən biri ağzında qab gətirərək insanlardan su istəyib. Görüntülər sosial şəbəkədə izlənmə rekordu qırıb. Deyilənə görə, həmin it hər gün eyni formada gələrək insanlardan su istəyir. Videonu BURADAN izləyin

18.04.2024 2314
.

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq. Axşam.az "Xəzərxəbər.az"a istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib. Onun sözlərinə görə, bununla bağlı ilin sonuna kimi qanunvericiliyə dəyişikliklər ediləcək. Nazir qey

18.04.2024 1043
.

"Google" İsrailə görə 28 əməkdaşını işdən çıxardı

"Google" İsrail hakimiyyəti ilə müqaviləsinə etiraz edən 28 əməkdaşını işdən çıxarıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. Bildirilib ki, etiraz aksiyaları şirkətin Nyu-York və Kaliforniyanın Sanniveyl şəhərindəki ofislərində keçirilib

18.04.2024 207
.

"Azərbaycanın div insanı"nın güc nümayişi - VİDEO

Azərbaycanlı pəhləvan Elmin Mehdiyev "AStar" layihəsinə qonaq olub. xəbər verir ki, 145 kiloqram çəkisi olan Elmin "Azərbaycanın div insanı" kimi təqdim edilib. O ağır tonnajlı yük maşınlarını çəkmə qabiliyyətinə malikdir. Bundan başqa bir neçə armaturu birlikdə əyir və üst-üstə qoyula

18.04.2024 446