İntihar edən Mövludun SON SÖZÜ: "Dedi ki, özümü öldürəcəm, amma əvvəlcə oğluma məktub yazacam ki..."

İntihar edən Mövludun SON SÖZÜ: "Dedi ki, özümü öldürəcəm, amma əvvəlcə oğluma məktub yazacam ki..."BiG.AZ xəbər verir ki, ARB TV-nin "Yolun sonu" verilişi bu dəfə mərhum yazar Mövlud Mövluda həsr olunub.

Naibə Qurbanova - Jurnalist: "Mövlud əslində bilirsiniz necə idi, cavan oğlan, ancaq mənə görə 70-80 yaşında bir oğlan idi. Fikirləri sanki, çox yaşlı insana məxsus idi. Amma mən deyirdim ki, mütləq 30 yaşın olmalıdır, böyüməlisən sən. O yaşda elə adam görməmişdim. Sanki uşaqlığından qopa bilmirdi, küsəyən, emosional. Keçmişi ilə yaşayırdı. Uşaq vaxtı eşitdiyi hansısa mahnı onu ağlada bilirdi. Çox duyğusal idi. Onun bir yazısı var idi "Ahmet Kaya çocukları". Vaxtı ilə qulaq asdığı Ahmet Kaya mahnılarını unuda bilmirdi. Möhkəm bir travması var idi. Mövlud kimi adam üçün onlar cılız söhbətlərdi ki, maaş, iş falan. Mövlud sevgi acı idi. Mövlud kiçik bir ömür yaşadı, amma nə yaşadısa, o 3 ildə Sevinclə yaşadı. Biz deyirdik ki, yorularsan onunla. Buna baxmayaraq, onlar arasında sevgidən də ötə bir bağlılıq var idi. Mövluda dözmək çox çətin bir şey idi. Heç kim istəməzdi ki, qızını Mövlud kimi bir insana ərə versin. Mövludla yaşamaq qəhrəmanlıq idi. Bir saniyənin içində dəyişə bilirdi. Mövludun daxili üsyanı, Sevinc gedəndən sonra partladı. Sevincin gedişi, onun özünü təsdiqləməsi oldu. Binada yanğın hadisələrində, təsəvvür edirsiniz 14-cü mərtəbədən sənin yanından meyitlər gedir, biz oradan salamat ana-bala gözləyirik. Mövlud yanımızda nə vəziyyətlərə düşürdü. Yalandan deyirdik ki, indicə danışmışıq. Mən Mövludu aldadırdım. Sevinclə ayrılandan sonra yenə o binanın yanından keçirdik, yağış yağırdı. Arxaya çönüb gördüm ki, Mövlud üzünü tutub ağlayır. Sevincə qarşı kinim var idi. Dolayı yolla çatdırmışdım ki, Mövluda nəsə olsa, Sevinc mən səninlə bitirirəm hər şeyi. Mənə dedi ki, intihar edəcəyəm, anama, oğluma məktub yazacağam. Mən də zarafatla dedim ki, kəndirin qırılar biabır olarıq. Səhər işə gedəndə gördüm ki, zəng gəldi. Vüsalə hiss elədim ki, ağlayır. Dedi ki, xəbərin yoxdur? Mövlud dedi, qışqırırdım ki, yalan deyirsən, zarafat edirsən".

Kənan Hacı - Yazıçı: "Mövludla bağlı həqiqəti hələ də qəbul edə bilmirəm ki, Mövlud yoxdur. Onun yoxluğu heç bir ağıla sığmır. Gözlənilməz nəticələr çıxarırdı mətnlərdən, başqaların görə bilmədiyi həssas məqamları görürdü. Görünür bu da onun həyatda rahat yaşamağına mane olan səbəblərdən biri idi. Mövludun içində yırtıcı bir yaradıcılıq var idi. Vaxt azlığından gileylənirdi, çox şeylər yazmaq istəyirdi, yaza bilmədi. Can atırdı ki, yazsın".

Sevinc Fədai - Həyat yoldaşı: "Danışırdı ki, mən həmişə xəyanət görmüşəm, sevgi görməmişəm, qayğı görməmişəm. Bir dəfə xəstələnəndə mən ona şəkər, limon, su qarışdırıb içizdirmişdim, yaxşı təsir etmişdi. Mənə işdən yazırdı ki, mənə gətir də ondan. Sonra mənə deyirdi ki, əslində onu içmək üçün yox, səni görmək üçün çağırmışdım. Bir dəfə mənə yazdı ki, mənlə evlənərsən? Yazdım ki, Mövlud biz yaxşı dostuq, belə söhbətlərlə dostluğumuzu pozmaq istəmirəm. Dedi ki, az vaxtdır səni tanıyıram, amma sən də mənim kimisən. O təklifdən sonra neçə ay danışmadıq, küsülü olduq, sevgi yaşamadıq. Ondan sonra məndən qaçırdı ki, mən səni bədbəxt edəcəm, məndən uzaq dur. Deyirdim ki, dərdini mənimlə bölüş. Gecə vaxtı zəng vururdu. Bir neçə şeir, mahnı sözlərini deyirdi. Məsələn: "Karanlık gecələrə ortak edəməm səni, kıyamam, kıyamam sana". Qəfil zəng vurdu, dedim ki, mən də sənə zəng vurmaq istəyirdim, amma edə bilmirdim. Dedi ki, yaxşı elədin, sən zəng eləməli deyildin ki, mən eləməliydim. Yanvar ayında barışdıq, qəfildən dedi ki, biz evlənməliyik. Adi bir şeydən də depressiyaya düşürdü. Elə bilirdi ki, dünyanın axırıdır. Görürdük ki, əslində kiçik bir şey imiş, böyüdüb. Görürdü ki, kiçik bir şey imiş, axırda deyirdi ki, sənə qurban olum ay Sevinc, məni çıxardın bu şeydən, sən olmasaydın mən nə edərdim. Bir gün ayrı-ayrı yerlərdə hərəmiz öz dostumuzla oturmuşduq. Birdən telefona mesaj gəldi, gördüm yazıb ki, Ucal. Bildim söhbət nədən gedir. Yazdım ki, hə, bax budur. Hara gedirdi, Mövludla gedirdim. Hətta deyirdilər ki, bu nədir, Sevinc bütün kişi məclislərində oturur, hər yerə Mövludla gedir. Onu qoruyurdum. Sonra Ucal oldu. Məni Ucala da qısqanırdı. Ucal təzə olmuşdu, işdən gələndə mən qapını açmayanda əsəbləşirdi ki, Sevinc açsın. Son aylarda psixoloq da təklif elədim, uzun müddətli müalicə almasını istədim. Ağlayırdı ki, filan dostum mənə niyə belə elədi? 1 həftəyə, 2 həftəyə özünə gəlirdi. Hər şeyin acığını məndən çıxırdı, deyirdi ki, bağışla, sənə gücüm çatır. Mənə deyirdi ki, sən necə bu qədər yaxşı ola bilərsən? Elə bil nəsə axtarırdı. Dedim ki, Mövlud o qədər axtardın ki, özünü bu vəziyyətə saldın. Mən o vaxt getdim ki, içimdə çox ağır bir hiss var idi. Deyirdim ki, mən getməsəm, çox pis şeylər olacaq. Boşanmaq sözünü bizim nikahda görmürdüm, sadəcə getmək istəyirdim. Dedilər ki, Mövludla bağlı xəbər var, bildim ki, yaxşı şey olmayıb. Açıb şəklini gördüm, 17-ci mərtəbədən özünü atıb. Axırını oxumadım. Mən çox küsəyən adamam. Amma Mövluddan küsəndə tez barışırdım. İndi belə bir şey elədiyi üçün küsmüşəm ondan".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4042   Tarix: 27 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949