Azərbaycanda benzin alan sürücülər belə aldadılır

Azərbaycanda benzin alan sürücülər belə aldadılırAzərbaycanda fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrindən (YDM) daxil olan şikayətlər səngimək bilmir, sürücülər aldıqları yanacağın kəmiyyət və keyfiyyətinə şübhə ilə yanaşırlar. Bəzilərinin iddialarına görə, YDM-lərdə avtomobilin çəninə vurulan benzinin həcmi monitorda göstərildiyindən 1-2 litr az olur.

Maraqlı məqam şikayətçilər arasında yeni alınmış avtomobil sahiblərinin də olmasıdır. Onlar bildirir ki, hətta yanacaqdoldurma məntəqəsində vurulan yanacaq həcmə uyğun gələn məsafəni qət etməyə imkan vermir...

Ekspertlər deyir ki, şəhər şəraitində hərəkətə görə avtomobil üçün əlavə 5-10% yanacaq sərfi norma olaraq nəzərdə tutulur. Çünki şəhərdə hərəkət intensivliyi, tıxaclarda dayanma, kəsişmələrdə, işıqforlarda ləngimələrə görə əlavə yanacaq sərf oluna bilər.

Bakuws xəbər verir ki, məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov modern.az-a deyib ki, yanacaq sərfinə benzinin keyfiyyəti də təsir göstərir:

"Hər gün yanacaqdoldurma məntəqlərindən şikayətlər alırıq. Əhali əsasən avtomobilin "forsunka"sının tez bir zamanda sıradan çıxmasından şikayətçidir. Problem hətta zəmanətlə götürülmüş yeni avtomobillərdə özünü biruzə verir. Servislərdə "forsunka"nın tez sıradan çıxmasının səbəbini benzində görürlər".

"Çənə benzin əvəzinə hava vururlar"

AİB rəsmisi eyni zamanda, yanacaq doldurarkən kəmiyyət və keyfiyyətdə aldadılma ilə bağlı narazılıqlar olduğunu qeyd edib:

"Çox təəssüflər olsun ki, bu sfera çox qeyri-şəffafdır. Yanacaqdoldurma məntəqlərinin heç birində ictimai nəzarət yoxdur. Yanacaqdoldurma məntəqələrində üzərində bölgü olan menzurka olmalıdır. Vətəndaş alacağı benzini birinci növbədə o qaba tökdürməlidir. Menzurka ilə benzin vurularkən onun həcmini açıq şəkildə görə biləcək. Məsələn, 70 qəpik verib bir litr benzin almaq istəyirsənsə, həmin menzurka ilə onun həcmini ölçə bilərsən. Amma təəssüf ki, heç bir məntəqədə menzurka qoyulmur. Uzun şlanqların içərisində qalan benzin avtomobilin çəninə yox, geri qayıdır. Bu səbəbdən də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi menzurkanın açıq yerə qoyulmasına şərait yaratmalıdır".

"YDM-lərdə Azərbaycanda olmayan benzin satılıb"

E.Hüseynov bildirib ki, daha çox SOCAR, "Lukoyl"dan şifahi şikayətlər alır:

"Rövnəq Abdullayev bir müddət əvvəl açıqlamışdı ki, Azərbaycanda Aİ-95 markalı benzin istehsalı yoxdur. Amma həmin açıqlama verilən ərəfədə yanacaqdoldurma məntəqələrinin bəzilərində Aİ-95 markalı yerli benzin satılırdı. Bizə daxil olan şikayətlərdə benzinin oktanının yüksək göstərilməsi də yer alır. Etiraf etmək lazımdır ki, benzinə "solyarka" və su qarışdırılması erası bitib. Hazırda avtomobil çənlərinə benzin əvəzinə hava vurulması faktları var. Benzin nəzərdə tutulan təzyiqdən çox vurulanda hava da daxil olur. Bu da avtomobil motorlarının, "forsunka"ların tez sıradan çıxmasına gətirib çıxarır. Təəssüflər olsun ki, servislər motor və "forsunka"nın hansı səbəbdən sıradan çıxmasına dair rəsmi kağız vermir".

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsininmətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə modern.az-a deyib ki, bu sahədən kütləvi şikayət almayıblar:

"Biz səlahiyyətimiz çatan bütün sahələrdə şəffaflığın təmin olunmasında maraqlıyıq. Məhz bu səbəbdən də yanacaqdoldurma məntəqələrindən cəmi 1 şikayət almışıq. Bu da yanacaqdoldurma məntəqəində avtomobilin çəninə vurulan benzinin həcmi ilə bağlı olub".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2960   Tarix: 26 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Evə seyf arzusu ilə girib sazla gitara oğurladılar - Foto

Lerikdə evdən musiqi alətləri oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. DİN-in Mətbuat Xidmətindən BİG.AZ-a verilən məlumata görə, Lerikdə evdən gecə saatlarında gitara, saz və məişət əşyalarını oğurlaması barədə məlumat daxil olub. Lerik RPŞ-nin keçirdiyi tədbirlərlə cinayətdə şübhəli bilinə

10:12 258
.

Sumqayıtda ərini öldürməkdə təqsirləndirilən qadınla bağlı YENİ XƏBƏR

Sumqayıtda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Əfsanə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Sumqayıt şəhər Məhkəməsində keçirilən prosesdə bildirilib ki, Əfsanə Məmmədova barəsində keçirilmiş komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizanın rəyin

16:43 264
.

Pensiyaların gecikməsi ilə bağlı rəsmi - AÇIQLAMA

"Bəzi sosial şəbəkə və internet resurslarında aprel ayının pensiyalarının yubanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir". Bu sözləri -a açıqlamasında Dövlət Sosial Müdafiə Fondun (DSMF) mətbuat katibi Rəşad Mehdili ödənişlərin aprelin 19-da yekunlaşacağını bildirib. "Pensiyaları

14:31 401
.

Türkiyədə plastik məhsullar istehsal edən fabrikdə baş verib - VİDEO

Türkiyənin İzmir şəhərində plastik məhsullar istehsal edən fabrikdə yanğın olub. BİG.AZ xəbər verir ki, hadisənin baş vermə səbəbi məlum deyil. Əraziyə axtarış-xilasetmə əməkdaşları cəlb olunub. Yanğın söndürülüb. Həmin videonu təqdim edirik:

11:58 98
.

"Qarabağda elə genişmiqyaslı işlər görülür ki, bunun dünyada misli-bərabəri yoxdur" - POLİTOLOQ

"Son dövrdə ölkəmizdə qlobal iqlim dəyişmələri və suya tələbatın artması şəraitində su ehtiyatlarından səmərəli istifadə sahəsində bir sıra davamlı tədbirlər həyata keçirilir. Xüsusilə su nəqledici kanalların suvarma qabiliyyətinin artırılması, su anbarlarının istismar şəraitinin yaxşılaşdırılması

13:55 285
.

"Xəstəliklərin yaranması həm də su ilə bağlıdır"

"İnsanlarda baş verən xəstəliklərin 25 %-dən çoxu bilavasitə ətraf mühitlə bağlıdır". qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirləri deputat Əhliman Əmiraslanov Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin "Sağlam ailə modelini

17.04.2024 1118
.

Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxanın - Fotoları

Xəbər veriyimiz kimi, bu gün səhər saatlarında Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi "Hyundai İX-35" markalı avtomobillə aparıcı Aytən Piriyevanın (Səfərova) idarə etdiyi avtomobil toqquşub, İ.Məmmədovun idarə etdiyi avtomobild

17.04.2024 1714
.

Məşhurlar şişmanlaşıb belə oldu

Süni intellekt vasitəsilə bir çox məşhurların şişman halları "yaradılıb". -ın xəbərinə görə, sosial şəbəkələrdə türkiyəli məşhur aktyor və aktrisaların süni intellekt vasitəsilə kökəldilmiş hallarının şəkilləri paylaşılıb. Görünüşləri dəyişən məşhurlar heç də xarizmatik görünməyiblər

22:15 1
.

Omanda daşqın nəticəsində ölənlərin sayı 21-ə çatıb

Omanda daşqın nəticəsində ölənlərin sayı 21-ə çatıb. xəbər verir ki, ölkənin Mahut və Səham əyalətlərində daşqınlar nəticəsində həyatını itirən 2 nəfərin cəsədinin tapıldığı bildirilib. Sel fəlakətində ölənlərin sayının 21-ə yüksəldiyi, itkin düşən iki nəfərin axtarış-xilasetmə işlərinin davam etdiy

21:15 0