Vidadi Zeynalov: "Protokola söyüşdən başqa hər şey yazdım..."

Vidadi Zeynalov: "Protokola söyüşdən başqa hər şey yazdım..."Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, Aztelekom MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, Birliyin sabiq baş mühasibi Anar Mustafayev, AzİnTelekom MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, Azərpoçt MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, Optik Rabitə, Tikinti və Quraşdırma MMC-nin baş mühasibi Səhrab Hümbətov, Rabitə Mülki Tikinti MMC-nin direktoru Emin Məmmədov, Aztelekom MMC-nin baş mühasibi Oqtay Rüstəmov, Təmir-Təchizat Servis MMC-nin direktoru Bayram Vəliyev və Optik Qurğular İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

BiG.AZ xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə Vidadi Zeynalov ifadə verib.
O bildirib ki, ittiham aktında istintaq orqanı tərəfindən 37,9 milyon manatın necə hesablanaraq yazılması bu günədək ona məlum deyil: "Eyni rəqəmləri həm "Azintelekom"dan, həm "Aztelekom"dan köçürülən məbləğlərə şamil edirlər. Bu materiallar gələcəkdə arxiv materialları olmaqla yanaşı, eyni zamanda baş vermiş hadisəyə istintaq orqanının yanaşmasını da əks etdirir. Rəqəm istintaqda verdiyimiz ifadədəki kimi olub. Mən olanı deyirəm. Əslində, verilənlər dollarla hesablanırdı və məbləğ mənim ilkin ifadəmdə dediyim kimi 30 milyon dollar və ya 23,5 milyon manat olub. Həmin məbləğin 5,5 milyon dollarını, yəni 4,3 milyon manatını mən görməmişəm. Mənə deyilib ki, həmin borcun ATK-dən silinməsini təmin edin. Mən də demişəm, aidiyyəti üzrə silsinlər".

Vidadi Zeynalov ibtidai istintaqı aparılan cinayət işində çoxlu ziddiyyətlərin olduğunu deyib:
"İstintaq insan taleyinə niyə biganə yanaşır? Axı mən rəhbərliyin tapşırıqlarını sədaqətlə icra etmişəm. Tapşırığın digər icraçıları heç də vəzifədə məndən kiçik şəxslər deyillər. Mən heç kimə heç bir məbləğ təyin etməmişəm. Mənim nə belə bir səlahiyyətim, nə də belə bir niyyətim olub. Mən tutduğum vəzifəyə görə həvalə edilmiş tapşırıqları icra etmişəm. Mənim yerimə bu işi qapıçıya tapşırsaydılar, o da edəcəkdi. Belə çıxır ki, həmin vəzifədə başqa bir şəxs olsaydı, ona bu tapşırıqlar verilməyəcəkdi? Müəyyən olunmuş xəzinənin mədaxil və məxaricinə aparat rəhbəri, büdcə və lisenziya üzrə mən yox, İltimas Məmmədov məsul edilib. Bu dövr ərzində Aztelekom MMC tərəfindən nazirliyin xəzinəsinə 19,2 milyon manat vəsait verilib".

Vidadi Zeynalov bildirib ki, istintaqa çağırılan gün onu tutublar: "Mən inanmazdım ki, məni yasa getmək adı ilə dəvət edib tələ quracaqlar. Prokuror burada qeyd etdi ki, ifadələr verib, sonra imzalamışıq. Həyəcanlı olduğum və müstəntiqi tanıdığım üçün ona inanmışam. Buna görə də həmin ifadəyə imza atmışam. Şokdan 2 ay sonra çıxa bildim, ayılanda vəsatətlər verdim. Xahiş etdim ki, Namazalı Məmmədov, Cəlil Cəfərov, Məhəmməd Məmmədov, Qənbər Bəybalayev və Oqtay Rüstəmov ilə məni üzləşdirin. Bir ildən sonra müstəntiqlər bu ittihamı bizə tanış olmaq üçün verdilər. İttihamla tanış olandan sonra protokola söyüşdən başqa hər şey yazdım. Yalnız bir dəfə məni Əli Abbasovla təqsirləndirilən şəxs kimi yox, şahid kimi üzləşdirdilər. Orada da hər ikimiz öz ilkin ifadələrimizi təsdiq etdik".

Vidadi Zeynalov bildirib ki, vəkili Elxan Süleymanlı onun əmlakına müştəri tapıb:
"Həmin müştəri hazırda bankda gözləyir. Hörmətli hakim, siz yoldaşımın adına olan əmlakın üzərindən həbsi götürün, dövlətə dəymiş və boynuma qoyulan ziyanı ödəyim".
Hakim bildirib ki, əmlaklarla bağlı məsələyə sonda qiymət veriləcək. Bu zaman Vidadi Zeynalovun vəkilləri Ceyhun Yusifov və Elxan Süleymanlı buna etiraz ediblər.

Bundan sonra çıxış edən Qəmbər Bəybalayev deyib ki, nədə təqsirləndirildiyi ona məlum deyil:
"Vidadi Zeynalov da ifadəsində bildirdi ki, sabiq nazir Əli Abbasovun tapşırığına əsasən, bizim idarədə bəzi əməkdaşlar "paket" alıb. Mən heç zaman "paket" almamışam. Alan şəxslərin də işinə qarışmamışam".
Növbəti proses mayın 19-da davam edəcək.

mənbə: teleqraf.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1096   Tarix: 18 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qəzzada ölənlərin sayı 32623 nəfərə çatıb

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı artıb. Bu barədə Fələstinin Qəzzadakı Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Kudra məlumat yayıb. Kudra bildirib ki, son 24 saat ərzində İsrail ordusunun Qəzza zolağın

13:26 0
.

Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən hadisə ilə bağlı RƏSMİ CAVAB - FOTO/VİDEO

Aparıcı Şəbnəm Naibli evinin yandırıldığını iddia edib. -in məlumatına görə aparıcı, sosial şəbəkədə video yayımlayaraq hadisənin qəsdən törədildiyini və kiminsə bununla ona gözdağı vermək istədiyini qeyd edib. Hadisənin 5 gün əvvəl yaşandığı vurğulanıb:. "Martın 24-də evim yandırıldı. Hansı ki

13:03 0
.

Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO

Əslən Qubadan olan Xaçmaz sakini çəngəl udub. Bu barədə "Şimal news" məlumat yayıb. Belə ki, 44 yaşlı A.Ağayev bədənində ağrılar səbəbindən Quba Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Qastroenteroloqun müayinəsindən sonra onun qarnında çəngəl olduğu aşkarlanıb. Həkim bildirib ki, yad cisi

13:01 0
.

"Rusiya Azərbaycana silah satırdı, Ermənistana isə hədiyyə edirdi" - Politoloq

Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib ki, Rusiya Ermənistanı dəfələrlə aldadıb. O qeyd edib ki. Rusiya Ermənistanı "ən çətin dövrdə" tək qoyub. Aİ-yə üzvlük Ermənistan üçün ən məqbul variantdır. Mövzu ilə bağlı -a danışan politoloq Turan Rzayev bildirib ki, 44 günlük İkinci Qaraba

13:54 0
.

"Simpsonlar" bunu da bildi - Davamı gəlsə bütün dünyada fəlakət yaşanacaq - FOTO

Böyük hadisələri baş verməmişdən öncə proqnozlaşdırmağı ilə məşhurlaşan cizgi filmi Simpsonlar yeni proqnozları ilə gündəmdədir. -ə istinadən bildirir ki, cizgi filmdə bu dəfə yaxın keçmişdə baş verən Günəşdəki güclü partlayışlar öncədən müəyyən edilib. Son illərin ən güclü geomaqnit qasırğası olara

28.03.2024 344
.

Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı

Fələstin administrasiyası yeni kabinetin formalaşdığını açıqlayıb. Prezident Mahmud Abbas cümə axşamı prezident fərmanı ilə yeni hökumətin tərkibini açıqlayıb. Məlumata görə, kabinetdə digərləri ilə yanaşı, erməni qadın nazir də təmsil olunur. Fələstinin yeni hökumətinin üzvlərindən biri Varsen Ağabekyandır

14:28 0
.

ABŞ Qəzzadakı soyqırımı qəbul etməyib

Amerika Birləşmiş Ştatları BMT-nin İsrailin Qəzzada soyqırım törətdiyinə dair hesabatını rədd edib. xəbər verir ki, ABŞ Dövlət Departamenti İsrailin soyqırım törətmədiyini iddia edib. Nazirliyin sözçüsü Metyu Miller, Tel-Əviv rəhbərliyinə dəstəyin davam etdiyini açıqlayıb. Birləşmiş Millətlər Təşkilatını

28.03.2024 127
.

Azərbaycanda bu qadınlar pensiyaya tez çıxa biləcək

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. BİG.AZ xəbər verir ki, bu barədə məsələ Milli Məclisi

14:22 0
.

Kart hesablarınız bu yolla OĞURLANIR - Əhalinin DİQQƏTİNƏ!

Smartfonlar həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bununla belə, bu qurğular kiberhücumların və zərərli proqramların hədəf nöqtəsi olub. Kiberhücumçular və zərərli proqramlar tez-tez Android əməliyyat sisteminə üstünlük verirlər. Çünki bu smartfonlardan məlumatları oğurlamaq daha asandır. Lakin so

14:42 0