Azərbaycan məmurlarının bu işlərindən XƏBƏRİNİZ VARMI? - VİDEO

Azərbaycan məmurlarının bu işlərindən XƏBƏRİNİZ VARMI? - VİDEOBiz onları hər zaman Milli Məclisdəki ciddi müzakirələrdə, sosial yönümlü proqramlarda görürük. Amma onların da işdən sonrakı özünəməxsus yaşam tərzləri var.

BiG.AZ olaraq düşündük ki, bu bizim oxuyucularımıza da maraqlı olar.

Azərbaycanlı ictimai xadim, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, Baku jurnalının təsisçisi və baş redaktoru, Heydər Əliyev Fondunun vitse-prezidenti - Leyla Əliyeva. L.Əliyeva incəsənətin bir çox sahələrinə olan marağı ilə tanınır. Belə ki, o, şeir yazır, rəsm çəkir. Eyni zamanda Azərbaycan ilə bağlı bir çox tanıtım çarxlarında model kimi çəkilir.

Azərbaycan məmurlarının bu işlərindən XƏBƏRİNİZ VARMI? - VİDEO

Azərbaycan Respublikasının I fövqəladə hallar naziri, general-polkovnik, Azərbaycan Taekvondo və Boks federasiyalarının prezidenti, Dünya Taekvondo Federasiyasının vitse-prezidenti - Kəmaləddin Heydərov. Bir çox məşhur müğənnilər nazirin bəstəsini oxuyub.

Azərbaycan məmurlarının bu işlərindən XƏBƏRİNİZ VARMI? - VİDEO

Azərbaycan Milli Məclisinin deputatı, Beynəlxalq Ekologiya-Energetika Akademiyasının fəlsəfə doktoru, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti - Novruz Aslanov. Onun da eyni zamanda bəstəkar kimi fəaliyyəti var.

Azərbaycan məmurlarının bu işlərindən XƏBƏRİNİZ VARMI? - VİDEO

Azərbaycan Respublikası Milli Məclisinin deputatı - Qənirə Paşayeva. Əməkdar artistlər Elza Seyidcahan və Tünzalə Ağayeva daha çox bəstələrində Q.Paşayevanın şeirlərinə müraciət edib.

Azərbaycan məmurlarının bu işlərindən XƏBƏRİNİZ VARMI? - VİDEOMillət vəkilinin söylədiyi "Əslində mən" verilişində söylədiyi "Ana" şeiri hətta aparıcı Ülviyyə Alovlunu ağlatmışdı.

"Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü, "Kaspi" qəzetininin təsisçi, "Tərəqqi" medalı laureatı - Sona Vəliyeva. Sona xanımın şeiriyyəti öz zərafəti ilə ürəklərə yol tapıb.
Onun ən təsirli şeiri isə həyat yoldaşı, Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova həsr etdiyi "İlləri əl-ələ verib gəlmişik" şeiridir.

Sona xanım şeirlə bağlı bunları deyib:
"Mənim Əli müəllimə həsr etdiyim çox şeir var. Adamın bir enerji mənbəyi olur, ələnib-dolanıb yenə qayıdırsan ora. O mənada Əli müəllim mənim enerji mənbəyimdir.

"İlləri əl-ələ verib gəlmişik" şeirini də ona həsr etmişəm.

Durmusan əllinin astanasında
Hələ qarşımızda bir ömür durur.
İlləri əl-ələ verib gəlmişik,
Əlini əlimdən çəkmə noolur.

Beş dənə onluğun sadə misalın
Əzaba, zəhmətə bölünməyi var.
Vətəndaş ömründən alim ömrünə
Hesaba gəlməyən qayğılar durar.

Bir ailə ömrünün ötən anları,
Yarı kitabxana, yarı yollarda.
Dünyanın çalışqan tələbəsi sən,
Nigaran qadını mən idim onda.

Soyuğu, istisi uzaq ellərin
Əlimə, üzümə gəlib çatardı.
Bir evin, ocağın əziz tikəsi,
Sən gələn zamana, vaxta qalardı.

Biz varlı deyildik, qibtə yeriydik,
Dövlətli qonşuya, pullu dostlara.
Bu evdə heç nəyin olmayan vaxtı,
Sevgi bəxş edərdik pay umanlara.

Nə deyim, hərdən də küsdüm, incidim,
Üzünə gəlmədim, qəlbə yük olar.
Bəzən qayğılara bələnən ömrün
İtmiş ayı, günü bizi haraylar.

Bəzən də içimdən asılan giley
Ünvana yetişməz havada qalar.
Birtəhər yaşadım indiyə qədər,
Sənə bundan sonra ehtiyacım var.

Sən bildin, mən bildim,
bir də dörd divar,
Olub-olmayanı kimsə bilmədi.
Yarıya böldüyün popirosların
Kül yeri, köz yeri ürəyimdədi.

Neyniyim izahı yoxdur bu sirrin,
Haqq yazan, bəxt yazan sevgi payımsan.
Bəzən uşaqların ən ərköyünü,
Ən əziz, ən sözə baxmayanısan.

Durmusan əllinin astanasında
Hələ qarşımızda bir ömür durur.
İlləri əl-ələ verib gəlmişik,
Əlini əlimdən çəkmə, noolur.

Azərbaycan məmurlarının bu işlərindən XƏBƏRİNİZ VARMI? - VİDEOBakı Metropoliteninin sabiq rəisi, Azərbaycan Dama Federasiyasının vitse-prezidenti, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri - Tağı Əhmədov. Heç bilirdiniz onun da şairlik bacarığı var. Özü də şeirləri Tağı Sadiq təxəllüsi ilə yazır.

Azərbaycan məmurlarının bu işlərindən XƏBƏRİNİZ VARMI? - VİDEOGülağa Tənha adı ilə tanınan azərbaycanlı şair və iş adamı. "Gülaga Qəmbərov Fondu"nun prezidentidir.

Azərbaycan məmurlarının bu işlərindən XƏBƏRİNİZ VARMI? - VİDEO

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (25 iyul 2006-31 may 2012), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının 1-ci dərəcə dövlət müşaviri, Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri (27 dekabr 2012-ci ildən) - Hidayət Orucov həm də şair-dramaturq kimi tanınır.

Azərbaycan məmurlarının bu işlərindən XƏBƏRİNİZ VARMI? - VİDEOOnun yazdığı əsərlər arasında ən populyarı Xumar Qədimovanın repertuarından "Məktub" mahnısıdır:

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Milli Məclisinin deputatı - Cavid Qurbanov. O da son vaxtlar yazdığı şeirlərlə gündəmdədir.

Azərbaycan məmurlarının bu işlərindən XƏBƏRİNİZ VARMI? - VİDEO

Gömrük Komitəsinin işçisi Cəlal Qurbanov da məşğulluq dərəcəsinə baxmayaraq son illər estrada ulduzları üçün yazdığı mahnı sözləri ilə tanınır. Hazırda Yazıçılar Birliyinin üzvü olan şairin sözlərinə yazılmış mahnıları Aygün Kazımova, Zülfiyyə Xanbabayeva və Röya kimi məşhur səslər ifa edir.

Azərbaycan məmurlarının bu işlərindən XƏBƏRİNİZ VARMI? - VİDEO

Ruslan Əhmədoğlu - hamı onu bəstəkar kimi tanısada, onun əsl peşəsi hüquqşünasdır.

Azərbaycan məmurlarının bu işlərindən XƏBƏRİNİZ VARMI? - VİDEOMüğənni Samir Priyev isə onun bəstələdiyi mahnılara tez-tez müraciət edir.

Son zamanlar əməkdar artist Röya Ayxana bəslədiyi sevgi ilə gündəmə gələn gənc müğənni Jay Hun, sən demə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində Leytenant rütbəli inspektor imiş.

Azərbaycan məmurlarının bu işlərindən XƏBƏRİNİZ VARMI? - VİDEOOnu da əlavə edək ki, Jay Hun "Sevgilim" mahnısını Röyaya həsr edib.

Sabiq deputat Hüseyn Abdullayev daha çox bəstəkarlığı ilə tanınır.

Azərbaycan məmurlarının bu işlərindən XƏBƏRİNİZ VARMI? - VİDEOBir zamanlar xalq artisti Zülfiyyə Xanbabayevanın dillər əzbəri olan "Sənsiz" mahnısı da məhz H.Abdullayevə məxsusudur. Bura həmçinin Röyanın ifasında olan "Sənə görə" mahnısını da əlavə etmək olar.

Əməkdar artist Cabir İmanov

Planet "Parni iz Baku" KVN Teatrının aktyoru olan Cabir İmanov həm də Daxili İşlər Nazirliyinin işçisi, polkovnik-leytenantdır.

Azərbaycan məmurlarının bu işlərindən XƏBƏRİNİZ VARMI? - VİDEO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 20893   Tarix: 19 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?

Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən

16.09.2021 1870
.

Toyunda ürəkdən "hə" deməsi minlərlə baxış sayı topladı - VİDEO

4 ilə yaxındır sevgili olan tanınmış müğənni Ece Seçkin və pilot Çağrı Terlemez cütlüyü özünə toy edib. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında bildirib. Seçkinin toyda geyindiyi iki fərqli gəlinlik böyük marağa səbəb olub. Bundan başqa, müğənninin nikah mərasimində "Çağrı Terlemezl

16.09.2021 1693
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690
.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371