Şou Biznes Xəbərləri

[img=default]uploads/1206634687_tar.jpg[/img]

Tarkanın Bakıda konsertinə bilet 350 manat olacaq !

Türkiyənin meqa-starı Tarkanın "Vay, anam, vay" adı altında Bakıda verəcəyi konsertin biletləri martın 30-dan Yaşıl Teatrın kassalarında satışda olacaq.
Biletlərin qiyməti 50-350 manat arasındadır. Konsertin təşkilatçısı "Səs Organization"un rəhbəri Nahid Emiloğlunun sözlərinə görə, tədbir mayın 9-u və 10-da Yaşıl Teatr Bakı Konsert Kompleksində keçiriləcək: "Martın 26-dan etibarən konsertin afişaları vurulacaq və reklam çarxları nümayiş olunacaq. Tarkandan əvvəl Krımdan olan tanınmış müğənni səhnəyə çıxacaq".
Qeyd edək ki, konsertin informasiya dəstəyi APA-ya məxsusdur.

[img=default]uploads/1206634667_mugenni.jpg[/img]

Bizim Müğənnilərdən kimlərin xaricdə villası var

Əksər əcnəbi müğənnilər dünyanın müxtəlif ölkələrində özlərinə malikanələr alır. Bu, məşhurlar arasında bir növ hobbiyə çevrilib. Amerikanın, Avropanın şou-biznes ulduzlarının demək olar ki, əksəriyyətinin 10, 20, hətta 50, 100 milyon dollarlıq sarayları, özəl təyyarələri, gəmiləri, yaxtaları var.

Ümumiyyətlə, dünyanın inkişaf etmiş ölkələrinin müğənniləri həddən artıq zəngin həyat tərzinə malikdir. Həmin məşhurlar qazandıqları pulların bir qismini yeri düşəndə xeyriyyəçilik işlərinə də sərf edir.
Məsələn, ərəb əsilli ünlü Kolumbiya müğənnisi Şakira bu məqsədlə 40 milyon dollar xərcləyib.
Mətləbdən çox uzaqlaşmayaq. Bu mövzunu ortaya atmaqda məqsədimiz başqadır. Əcəba, görəsən, Azərbaycan müğənnilərindən kimlərin xaricdə mülkü var? Məsələn, onlar da hansısa ölkədə, adada saraya, villaya, malikanəyə malikdirmi? Özəl təyyarələri, gəmiləri, restoranları varmı?
Bu sualları verməkdə məqsədimiz odur ki, son vaxtlar ölkə şou-biznesində üzdə olan əksər müğənnilərin həyat tərzində ciddi dəyişiklik müşahidə olunur. Bir də tez-tez eşidirik ki, səhnəyə yenicə çıxan bir xanım müğənni özünə 150 min dollarlıq maşın alıb, digər aktrisa bir neçə yüz min dollarlıq villaya köçüb. Şübhəsiz ki, ölkə ictimaiyyəti bu var-dövlətin mənbəyini təxmini də olsa bilir. Tutaq ki, yaxın-uzaq xaricdə, lap elə qonşu Türkiyədə hansısa müğənni kaset və disk satışından, konsert proqramlarından, çəkildiyi reklam çarxlarından pul qazanıb onu biznesə yatırırsa, bizdə bu sahə hələ inkişaf etməyib. Ardıcıl toya getməklə də bu cür zənginləşmək mümkünsüzdür.

Ədalətin nəinki yerdə, hətta göydə də mülkü var

Amma bizim elə müğənnilərimiz var ki, nəinki Yer planetində daşınar və daşınmaz əmlaka sahibdir, müğənni Ədalət Şükürovun timsalında hətta Ayda da torpaq sahibidirlər. Məlum olduğu kimi, 7 il əvvəl Moskvadakı dostları Ədalət bəyə ad günü münasibətilə Ayda torpaq sahəsi hədiyyə ediblər. Özü də nə az, nə çox - 1 hektar! Onun dediyinə görə, bir çox azərbaycanlılar da Ayda torpaq sahibidir. Ədalət bəy vaxtilə Sankt-Peterburqda evinin olduğunu desə də sorğumuza cavabında yenidən xarici ölkədə ev almaq fikrinə düşmədiyini bildirdi. Səbəb kimi qiymətlərin bahalığını göstərdi.

Teymur Əmrah hələ Bakıdan təzə ev alıb...

Elə müğənnilərimiz də var ki, heç Bakının özündə ev-eşik yiyəsi deyillər. Məsələn, müğənni Teymur Əmrah neçə ildir "evim yoxdur" deyib ah-nalə çəkir. Teymur müəllim o qədər ağlayıb-sızladı ki, axırda kimsə bir ürəkli insan tapıldı və ona ev alıb bağışladı. İndi də deyir təmir etdirib içinə köçməyə pulu yoxdur. Bizdən bircə onu demək qalır ki, Allah sizə çoxlu pul yetirsin, Teymur Əmrah.
Bəs görəsən, mənəm-mənəm iddialı, efirə çıxanda forsundan, ədasından, hikkəsindən az qala televizorun monitorunu çatladan müğənnilərdən kimlərin xaricdə evi var?

Xumar Qədimovanın pulu olsa, yəqin boş dayanmazdı

Xumar Qədimova ilə birbaşa əlaqə yarada bilməsək də bacısı Mətanət Qədimova Xumar xanımın xaricdə hələ ki, evinin olmadığını söylədi. Mətanət xanım bunu sırf maddi imkansızlıqla əlaqələndirdi.

Səməd Səmədov: * Bakılı balasıyam, neynirəm xaricdən ev alıb?! *

Toylar kralı Səməd Səmədov xaricdən ev almaq niyyətinin olmadığını dedi: "Mən bakılı balasıyam, Bakıda qalasıyam. Məni bura möhkəm bağlayan tellər var, neynirəm xaricdən ev alıb?!"

Aygünün xaricdə evi olmasa da qızını xaricdə oxutmaq istəyir

Aygün Kazımovanın mətbuat katibi Samirə müğənninin hələ ki belə bir fikrinin olmadığını söylədi: "Aygün xanım çox zövqlüdür. Bəlkə də haradasa hansısa bir ev çox xoşuna gələr və onu alar. Amma onun hazırda belə bir planı yoxdur".
Samirə xanım Aygün Kazımovanı düşündürən birinci dərəcəli məsələnin qızının xaricdə təhsil alması oduğunu söylədi.

Mətanəti vətən sevgisi qoymur xaricdə villa almağa

Çoxdandır səs-sorağı gəlməyən müğənni Mətanət İsgəndərlinin meneceri Roland hazırda Mətanət xanımın qonağının olduğunu söylədi və müğənninin adından sualımızı cavablandırdı. Meneceri Mətanət xanımın Azərbaycanı çox sevdiyini, bu səbəbdən də müğənninin xaricə meylli insan olmadığını bildirdi

Nazpəriyə Almaniyada ev veriblər, götürməyib

Nazpəri Dostəliyeva ev sarıdan başının çox ağrı çəkdiyini bildirdi: "İndiyə qədər 40-dan çox ölkədə olmuşam. Mənə Almaniyada ev verirdilər, üstəlik orada işləməyim üçün şərait də yaradılmışdı. Amma bundan imtina etdim. Mən azərbaycanlı balasıyam. Çörəyimi də Azərbaycanda qazanıram".
Nazpəri xanımın dediyinə görə, xaric bir yana qalsın, Azərbaycanın özündə onun adına indiyədək 200-dən artıq ev çıxarıblar: "Guya mənim onlarla evim, bağım var. Halbuki bunlar yalandır".
Əslən Yardımlıdan olan Moskva Şəhər Yaşıllaşdırma İdarəsinin rəisi Mirəşrəf Fətiyevin Nazpəri Dostəliyevaya Rusiya paytaxtında üçotaqlı ev alması xəbəri haqda müğənni xanıma sual verdikdə o bu cür xəbərlərin hamısının şayiə olduğunu söylədi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 11468   Tarix: 29 mart 2008  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875
.

"Həmin Xalq artistlərinə pullar vermişəm"

Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım

16.09.2021 1964
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR

"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar

17.09.2021 2305
.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690
.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16.09.2021 2120
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207