Azərbaycanlı məşhuru soyub pulunu əlindən aldılar - MƏHKƏMƏ

Azərbaycanlı məşhuru soyub pulunu əlindən aldılar - MƏHKƏMƏBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Şeron" musiqi qrupunun keçmiş üzvü, "Şadan" qrupunun rəhbəri və solisti İntizar Məmmədov və Ramin Qasımovdan hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Vazeh Bağırov, Gündüz Xəlilov, İlqar Həsənov, Emin Bağırov və Ariz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

BiG.AZ Report-a istinadən xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Ramin Nağdəliyev ittiham aktını elan edib.

E.Bağırov elan olunan ittiham üzrə özünü qismən təqsirli bilib. O, tanımadığı nömrədən ona zəng gəldiyini söyləyib:

"Sonra zəng edən şəxsin Ramin Qasımov olduğunu bildim. O, məndən Tahiri soruşdu. Həmin vaxt Tahirdə mənim yanımda idi. Buna görə də telefonu Tahirə verdim. Ramin Qasımovdan pul tələb etməmişəm. Ondan da kiminsə pul tələb etməsinin şahidi olmamışam".

O, 2017-ci ilin yanvarın 6-da 7-ci mikrorayonda çay evində R.Qasımovla görüşdüyünü deyib:

"Orada görüşməkdə məqsədimiz Tahir ilə Ramini barışdırmaq idi. Amma az sonra polislər ora gəldi və bizi tutaraq polis bölməsinə apardılar. Bundan əvvəl də Ramin və İntizar Məmmədovu Tahirin toy məclisində görmüşdüm. Sonradan bildim ki, Ramin və İntizarın Tahirlə aralarında mübahisə olub. Onların arasında hansı mübahisənin olmasının şahidi olmamışam".

Digər təqsirləndirilən Vazeh Bağırov ittiham üzrə özünü qismən təqsirli bilib və istintaqa verdiyi ifadəsini təsdiqləmədiyini qeyd edib.

Zərərçəkmiş Ramin Qasımov dindirilərkən qeyd edib ki, 2013-cü ildə Rəşad Əhmədovun yaratdığı "Şadan" qrupunun üzvü olub: "Qrupun inkişaf etməsi üçün pul lazım idi. Buna görə də Rəşad razılıq əsasında atasına məxsus səsyazma studiyasını satdı və pulunu qrupun reklam və digər xərclərinə qoydu. Toylarda qazanılan pullardan 15 min manatı Rəşad Əhmədova ödənilib. Sonradan aramızda yaranan anlaşılmazlıqla bağlı qrupdan ayrılmağa qərar verdim. Bu zaman Rəşad pul söhbəti etdi".

Məhkəmənin növbəti prosesi mayın 18-nə təyin edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1300   Tarix: 11 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

"Bu missiyam da tamamlandı" - Afaq Gəncəli

"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd

16.09.2021 1999
.

Türkiyədə yaşayan azərbaycanlı aktrisa AİLƏSİ İLƏ - FOTOLAR

Ailə qurandan sonra Türkiyədə yaşamağa başlayan aktrisa Cəmilə Tağızadədən xəbər var. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını paylaşıb. Fotolarda onun həyat yoldaşı Murad Təmiz və oğlu da yer alıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Fotolara çoxsaylı bəyəni gəlib. Qey

18.09.2021 4262
.

Pandemiyada ikinci restoranını açdı

Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını

17.09.2021 3697