"Məni soyundurub şəkillərimi internetdə yaydı, "fahişəni tanıyın" yazdı" - FOTOLAR

"Məni soyundurub şəkillərimi internetdə yaydı, "fahişəni tanıyın" yazdı" - FOTOLARBir müddət əvvəl qeyri-rəsmi nikahda yaşadığı əri Ceyhun Mehrəliyev tərəfindən bıçaqlanan qadının həyatı yenidən təhlükədədir. İşgəncələrə məruz qalan qadın evdən qaçdıqdan sonra qadın sığınacağına gəlib.

BiG.AZ xəbər verir ki, Nazilə Şirinovanı bıçaqladığı üçün Ceyhun Mehrəliyevə Cinayət Məcəlləsinin 127.1 maddəsi ilə (Qəsdən sağlamlığa az ağır zərər vurma) ilə cinayət işi açılıb. Hazırda istintaq gedir.

İşgəncələrə məruz qalan qadın ərinin əlindən çətinliklə qurtulduğunu deyir:

"Məni lüt soyunmağa məcbur etdi. Sonra döydü, bıçaqla xəsarətlər yetirdi. Başı qarışan kimi qaçdım. Ayağımdan qan axdığından sürünürdüm. Bu vəziyyətdə yola qədər gedə bildim. Bəlkə də Allah ölməyimə imkan vermədi, yolda qarşıma bir nəfər çıxdı. Həmin adam öz paltarını mənə verdi, mənim polisə gəlməyimə kömək elədi. Polislər məni xəstəxanaya apardılar, bir müddət müalicə olundum. Yenidən sığınacağa gəldim. Yara izlərini ekspertiza etdilər, az ağır xəsarət aldığımı deyirlər. Hazırda araşdırma gedir. Fevraldan indiyədək sığınacaqdan bayıra çıxa bilmirəm, məni öldürəcəyindən qorxuram. İndi də sığınacaqda çalışanları təhdid edir. Bu yaxınlarda məhkəmə başlayacaq. Məhkəmənin hökmündən sonra nə olacağını bilmirəm. Sosial şəbəkədə şəkillərimi paylaşıb, "fahişəni tanıyın" yazıb. Sonra da barışmaq üşün adamlar göndərir. O, heç kimdən qorxmur, indi də gecə-gündüz Mehriban Zeynalovanı, sığınacaqda çalışanları təhdid edir."

Femida.az-a daxil olan məlumata görə hazırda azadlıqda olan keçmiş ər qadını və sığınacağın direktoru, hüquq müdafiəçisi Mehriban Zeynalovanı açıq-aşkar təhdid edir. Hüquq müdafiəçisinin verdiyi məlumata görə, Ceyhun Mehrəliyev ona sosial şəbəkələr vasitəsi ilə və birbaşa təyziqlər edir.

Femida.az məsələ ilə bağlı DİN-in müstəntiqi Rafiq Qənbərovla ilə əlaqə saxlayıb. Onun sözlərinə görə, Ceyhun Mehrəliyevə Cinayət Məcəlləsinin 127.1 maddəsi ilə cinayət işi açılıb. Hazırda istintaq prosesi davam edir.

Ceyhun Mehrəliyevin sosial şəbəkələrdə təhdid dolu mesajlarını təqdim edirik:

"Məni soyundurub şəkillərimi internetdə yaydı, "fahişəni tanıyın" yazdı" - FOTOLAR"Məni soyundurub şəkillərimi internetdə yaydı, "fahişəni tanıyın" yazdı" - FOTOLAR"Məni soyundurub şəkillərimi internetdə yaydı, "fahişəni tanıyın" yazdı" - FOTOLAR"Məni soyundurub şəkillərimi internetdə yaydı, "fahişəni tanıyın" yazdı" - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 28438   Tarix: 10 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə Egey dənizində İzmir şəhərində zəlzələ baş verib. BİG.AZ xəbər verir ki, zəlzələ 4,5 bal gücündə olub. Bu barədə AFAD məlumat yayıb. Qeyd edilib ki, zəlzələ yerin 6,97 kilometr dərinliyində baş verib

17:50 260
.

"Azərbaycan tərəfi sülhməramlıların missiyasına aid olmasa da,onların bu fəaliyyətinə anlaşıqlı şəkildə yanaşmışdır" - Politoloq

Rusiya sülhməramlı kontingenti Qarabağı tərk edib. Rusiyanın "Krasnaya Zvezda" qəzeti bildirib ki, Rusiya sülhməramlı kontingentinin fəaliyyəti bir vaxtlar münaqişə bölgəsinə sülh və sabitlik gətirib, aparılan əməliyyat məqsədlərinə çatıb və məntiqi nəticəyə gəlib. Mövzu ilə bağlı -a danışa

14:57 287
.

Millət vəkilləri arasında gərgin anlar yaşandı - VİDEO

Milli Məclisin aprelin 19-da keçirilən iclasında deputat Qüdrət Həsənquliyev Hesablama Palatasının açıqladığı rəqəmlərin ölkədə maliyyə intizamı ilə bağlı vəziyyətin acınacaqlı olduğunu göstərdiyini deyib. Milli Məclisin iqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə bu fikirlərl

21:30 0
.

Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. BİG.AZ report-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikd

13:28 702
.

Paşinyan Almaniyanın KfW Bankının nümayəndə heyətini qəbul edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniya İnkişaf Bankının (KfW) nümayəndə heyətini qəbul edib. xəbər verir ki, müzakirələr bankın iştirakı ilə Ermənistanda yeni enerji sektoru layihələrinin potensial reallaşdırılması ətrafında gedib. Paşinyan Ermənistan və Almaniya arasında əməkdaşlığın davaml

20:15 35
.

BDU-nun tələbəsi intihar etdi

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksində kirayə yaşayan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onun meyiti eyvanda asılı hald

10:32 801
.

Britaniyanın Baş naziri Sunak: "İsrail-İran gərginliyinin artması heç kimin xeyrinə deyil"

Böyük Britaniyanın Baş naziri Rişi Sunak bildirib ki, İranın keçən həftə hava hücumundan sonra İsrailin şübhəsiz ki, özünü müdafiə etmək hüququ var, lakin gərginliyin artması heç kimin xeyrinə deyil. xəbər verir ki, Sunak paytaxt Londonda "Center for Social Justice" beyin mərkəzindəki çıxışınd

21:00 0
.

İran dövlət televiziyası: İsfahanda 3 dron məhv edilib

İran dövlət televiziyası İsfahan üzərində səmada üç dron müşahidə edildikdən sonra məhv edildiyi açıqlayıb. BİG.AZ xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb. Həmçinin Fars xəbər agentliyi İsfahanın beynəlxalq hava limanı yaxınlığında partlayışların eşidildiyini bildirmişdi. İranın dövlə

17:49 126
.

Ukrayna: Dnipropetrovskda Rusiyanın intensiv raket zərbəsi nəticəsində 8 nəfər həlak olub, 29 nəfər yaralanıb

Dnipropetrovskda Rusiyanın intensiv raket zərbəsi olub. BİG.AZ xəbər verir ki, hücum nəticəsində 8 nəfər ölüb, 29 nəfər yaralanıb. Bu barədə Ukraynanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Açıqlamada Dnipro şəhərində 5 mərtəbəli bir mənzilin vurulduğu bildirilib. Bu hücum nəticəsində 2 nəfərin öldüyü

17:52 141