"Konsertimdən sonra münasibətə mən son qoymuşam" - Natəvandan Röyaya

"Konsertimdən sonra münasibətə mən son qoymuşam" - Natəvandan Röyaya

Müğənni Natəvan Həbibi "ATV maqazin onlarla" verilişinə açıqlama verib.

BiG.AZ xəbər verir ki, sənətçi küsülü olduğu həmkarı əməkdar artist Röya Ayxana ismarıc göndərib:

"Hər şeyin öz yeri var. Yaş ötdükcə, insanın istəyi, zövqü dəyişir. Hər zaman uzun paltarları xoşlamışam. Mənə qısa geyinməyə heç kim qadağa qoymayıb. Özümü 25 yaşımda başqa görürdümsə, indi tam başqa cür görmək istəyirəm. Bizdə uzun müddətdir belə dəb var: instaqramda, efirdə cavab verirlər. Bu, yox olsun. Əgər kiminsə fikri varsa, efir vasitəsilə yox, zəng edib desin. Mənim haqqımda məndən icazəsiz danışmasın. Biz də çox şey deyə bilərik, çox şey danışarıq. Mənimlə danışmır yox, mən onunla danışmaya bilərəm. Konsertimdən sonra münasibətə mən son qoymuşam".

Qeyd edək ki, R.Ayxanla N.Həbibi arasında qalmaqal ötən il baş verib. Röya "V element" verilişində həmkarlarının ünvanına "Əvvəl mənə "çuşka" deyirdilər. İndi mən onların geyiminə baxıb gülürəm" - söyləmişdi.
Natəvan isə "Biz indi də ona "çuşka" deyirik" - cavabını vermişdi.


Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1465 Tarix: 17.04.2017



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
CoNuR
CoNuR 17.04.2017
)))