"Eurovision"da 3 dəqiqə oxumaq onun üçün heç nədir" - Səbinə

"Eurovision"da 3 dəqiqə oxumaq onun üçün heç nədir" - Səbinə

"Onun haqda fikirlərim müsbətdir. Keyfiyyətli iş görən, sənətini gözəl şəkildə nümayiş etdirən ifaçıdır".

Bu sözləri BiG.AZ-a açıqlamasında müğənni Səbinə Babayeva söyləyib. O bu il ölkəmizi "Eurovision"da təmsil edəcək "Dijah" haqda danışıb:

"O, uşaqlıqdan oxuyur, təcrübəsi böyükdür. Düşünürəm ki, "Eurovision"da 3 dəqiqə oxumaq onun üçün heç nədir. Mahnısı da müsabiqənin formatına uyğundur. Uğurlar arzulayıram. "Eurovision" gözlənilməz müsabiqədir. Kimin neçənci olacağı bilinmir. Müsabiqə zamanı hər şey bilinəcək. Bizə də gözləmək düşür.

Sənətçi yenidən təklif gələrsə yenidən sözügedən müsabiqəyə qatılacağını bildirib:

"Əlbəttə, razılaşaram. Vətənimlə bağlı hər işdə varam".

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1036 Tarix: 17.04.2017



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol