Yardımlıda 23 yaşlı qızın dəhşətli QƏTLİ: "3 uşaq atası onu qaçırıb və..."/YENİLƏNİB

Yardımlıda 23 yaşlı qızın dəhşətli QƏTLİ: "3 uşaq atası onu qaçırıb və..."/YENİLƏNİBYardımlı rayonunda törədilmiş qətlin təfərrüatı üzə çıxıb. Lent.az-ın əldə etdiyi məlumata görə, Telavar kəndində qətlə yetirilən Natəvan Babayevanın 23 yaşı olub. O, təxminən 10 gün əvvəl itkin düşüb və ailəsi Natəvanın yoxa çıxması ilə bağlı polisə müraciət edib.

Araşdırmalar nəticəsində məlum olub ki, N.Babayeva anası və 3 bacısı ilə birgə yaşayıb. Subay qadının bir müddət əvvəl 3 uşaq atası olan kənd sakini, 37 yaşlı Niyazi Təhməzovla münasibəti yaranıb. 10 gün əvvəl onlar kənd ərazisində heç kimin yaşamadığı evdə görüşüblər və burada aralarında mübahisə yaranıb. Mübahisə zəminində N.Təhməzov 23 yaşlı qadını boğaraq öldürüb. Daha sonra isə meyiti samanlıqda gizlədərək, heç nə olmamış kimi evinə qayıdıb.

Öldürülən qadının N.Təhməzovla münasibəti üzə çıxan kimi o, saxlanılıb. N.Təhməzov törətdiyi əməli etiraf edib və meyiti gizlətdiyi yeri göstərib.

Faktla bağlı Yardımlı rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

14:07

Yardımlı rayonunun Telavar kəndinin ərazisində kənd sakini Natavan Babayevanın üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmkəndlisi Niyazi Təhməzov tutulub.

BiG.AZ xəbər verir ki, Natəvan Babayevanın ölümünün təfərrüatları barədə kənd sakinləri publika.az-a məlumat verib. Sakinlər bildirib ki, N.Babayeva ilə onu öldürməkdə şübhəli bilinən Niyazi Təhməzov qohum deyil.

Natavanın ölümündə onun şübhəli bilinməsi səbəbi axırıncı dəfə evlərinə gələn yad adamın N.Təhməzov olmasıdır: "9 gün əvvəl Natəvan itkin düşüb, ailəsi axtarış üçün polisə müraciət edib. Əvvəlcə ailə onun qaçırıldığını düşünüb, sonra polis hadisədə cinayət ehtimalının ola biləcəyini nəzərə alaraq axtarışları genişləndirib, onun meyiti evlərindən kənarda kənd ərazisində tapılıb".

Sakinlər deyir ki, 23 yaşlı N.Babayeva anası və bacısı ilə birlikdə qalırmış. Atası isə kənddə deyildi: "Niyazi kənddə taksi sürür, axırıncı dəfə də onların evinə un gətirib. Həmin gündən də Natəvan itkin düşüb. Natəvan itkin düşəndən sonra Niyazinin tez-tez huşu gedirdi. Bütün bunlar şübhələri onun üzərinə yönəldib. Ailə də polisə qızlarını onun qaçırdığından şübhələndiyini deyib. 34 yaşlı Niyazi Təhməzov ailələlidir, 3 övladı var".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6357   Tarix: 14 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459