Ulduzluq, dəlilik, narkomaniya və QURBANLARI

Ulduzluq, dəlilik, narkomaniya və QURBANLARIİnsanları ölümə aparan narkomaniya bütün dövrlərdə həyat və cəmiyyət üçün ən böyük təhlükə, bəla sayılıb.
Çox təəssüf ki, "ağ ölüm"ə aludə olanların sayı gündən-günə artmaqdadır. Narkomaniya - insanın kimliyindən, sosial mənşəyindən, maddi durumundan, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq, onu çox asanlıqla öz ağuşuna ala bilir.

Hətta dünyada bir çox tanınmış məşhurlar da narkotik vasitələrdən asılı vəziyyətə düşüb. Bu siyahıya azərbaycanlı tanınmışları da əlavə etmək olar.

Məsələn, götürək Azərbaycan şou-biznesini, müğənnilər, aktyorlar arasında da narkotik istifadəçiləri az deyil.

Məşhur gitara ifaçısı, xalq artisti Rəmiş (Rafiq Hüseynov), mərhum repçi Hüseyn Dərya, "repin atası" hesab olunan Anar Nağılbaz, repçi Elşad Xose, mərhum müğənni Elçin Cəlilov və başqalarının adları bu konteksdə daha çox hallanır.

Ulduzluq, dəlilik, narkomaniya və QURBANLARIOnlardan xalq artisti Rəmiş uzun müddət narkotik istifadəçisi olub. Müsahibələrindən birində "Uşaqlıqdan narkotik istifadə edirəm. "Kubinka"da, "Dağlı məhəlləsi"ndə olduğum üçün istifadə etməyə məcbur olurdum. Narkotik səhhətimə çox pis təsir edib, bu, həqiqətdir. Kim mənim qədər narkotik istifadə etsəydi, çoxdan yox idi".

Ulduzluq, dəlilik, narkomaniya və QURBANLARIMərhum repçi Hüseyn Dərya da narkotik istifadə edən məşhurların sırasında olub. Buna görə də sənətçinin ailəsi dağılıb, həbsə də düşüb. Repçi bunu etiraf da etmişdi: "Millət qarşısında açıq-aşkar etiraf etmişəm ki, narkotik istifadə etmişəm. Bir qələtdir, səhvdir etmişəm".

Ulduzluq, dəlilik, narkomaniya və QURBANLARIDigər rep ifaçıları Anar Nağılbaz və Elşad Xosenin narkotikdən istifadə etmələrinə dair mətbuatda yazılar yer alır, eləcə də müğənni Elçin Cəlilovun ölümünə səbəb kimi narkotikdən istifadə etməsi göstərilir. Skipkaçı Natiq Nuriyevin də cavanlıqda narkotikdən asılılığının olduğu bildirilir. Ümumiyyətlə, əksər meyxanaçıların adının narkotik istifadəçisi kimi hallanması vəziyyətin nə qədər ürəkağrıdıcı olmasından xəbər verir.

Ulduzluq, dəlilik, narkomaniya və QURBANLARIMeyxanaçı Bayram Kürdəxanlı da narkotik istifadəçisidir:
"22 yaşımdan, nəşə çəkirəm. Məclislərdə mənə narkotik təkli edirlər ki, təbim gəlsin".

Ulduzluq, dəlilik, narkomaniya və QURBANLARIƏməkdar artist Rəhman Rəhmanovun müğənni oğlu Emil Rəhmanov da narkotik istifadə etdiyi üçün hazırda həbsdədir.

Psixoloq Rəşad Rəhimbəyli BiG.AZ-ın müxbiri ilə söhbətində bu mövzu ilə bağlı danışır:

- Burada belə bir sual meydana çıxır: narkotik maddələrdən istifadə edən insanlar hansı ehtiyaclarını ödəyirlər? İnsanın özünü xöşbəxt hiss etməsi üçün beyində dopamin və serotonin hormonları istehsalı, ifrazı normada olmadır. Yaxud bu hormonlar normadan artıq olduqda insan özünü çox xoşbəxt və hüzurlu hesab edir. Bu zaman qan-damar sistemi, beyin qidalanması, onun işləmə mexanizmi də sürətlənir. Yəni xoşbəxt, problemsiz insan daha sağlam düşünə bilir.

Beyin narkotik vasitələrin qəbulunda dopamin və serotonin hormonlarının istehsalını artırmır. Çünki hər birimizin beynində depo olaraq, dopamin və serotonin hormonları mövcuddur. Narkotikə aludə olunan insanlarda bu hormonların normadan artıq istifadəsi prosesi baş verir. Bu da insanın özünü həddindən artıq xoşbəxt və enerjili hiss etməsinə səbəb olur.

Məşhur insanlar populyarlaşdıqdan sonra bir müddətdən sonra onlarda həyatdan zövq almaq duyğusu azalır.

Yəni şou-biznesdə olan insanlar sadə adamlardan fərqli olaraq, hər xırda şeydən əylənmir, zövq almırlar. Yəni onların həyat tərzi, əyləncələri, içki məclisləri ulduzlar üçün darıxdırıcı olur, mənasını itirir.

Artıq məşhur insan xoşbəxt olmaq üçün səbəblər tapa bilmir. Bu məsələnin bir tərəfi...
Başqa faktorlara da toxunmaq istəyirəm. Məşhur simalar, adətən, şou-biznesdə olan insanların həzz alma duyğusundan məhrum olmaq səbəblərindən biri də odur ki, ətrafındakı insanların böyük əksəriyyətinin onların statuslarına görə yanlarında olduğunu hiss edirlər. Onlarda zamanla belə bir duyğu yaranır: məni həqiqətən, səmimi sevən yoxdur... Bu insanlar məhz statusuma görə yanımdadırlar.
Beləliklə, həzz alma duyğusu itirilir. Və narkotik vasitələrdən istifadə edirlər, bu duyğunu doldurmağa, sanki dondurmağa çalışırlar. Narkotik vasitələrdən alınan zövq duyğusu, insanın ən təbii həzz duyğusu olan orqazmdan 3 min dəfə çoxdur.

Aysel.Ş


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 27257   Tarix: 23 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Dünya gözəli ikinci dəfə ana oldu- FOTO

2002-ci il dünya gözəli seçilən türkiyəli model Azra Akın ikinci dəfə ana olib. xəbər verir ki, bu barədə Azra Akın sosial şəbəkədə paylaşım edib. "14 aprel bazar günü Demirə bir bacı gəldi. Bizə də çox gözəl surpriz oldu. Adı Aryadır " ,- deyə o bildirib

18.04.2024 1455
.

Plastik əməliyyat olunan Türkan Vəlizadə İLK DƏFƏ EFİRDƏ - VİDEO

Müğənni Türkan Vəlizadə "7 tamam" verilişinə qonaq olub. xəbər verir ki, bir müddət əvvəl plastik əməliyyat olunan sənətçi ilk dəfə canlı efirə qonaq olub. Türkan bildirib ki, əməliyyatdan sonra daha da gözəlləşib və özgüvəni yerinə qayıdıb. Ətraflı videoda:

18.04.2024 5994
.

Burak Özçivit yeni filmdə çəkiləcək

Məşhur aktyor Burak Özçivit yeni ekran işində rol alacaq. xəbər verir ki, "Kuruluş Osman" serialının Osmanı "Halit Bin Velid" adlı filmdə çəkiləcək. Yayılan məlumatlara görə, aktyor hazırda filmi çəkən şirkətlə razılığa gəlib. "Halit Bin Velid" filminin ssenarisi uzun müddə

17.04.2024 486
.

İbrahim Tatlısesin qızının 11 yaşı tamam olub- FOTO

Müğənni İbrahim Tatlısesin aktrisa Ayşegül Yıldızdan olan qızı Elif Ada Tatlısesin 11 yaşı tamam olub. xəbər verir ki, Ayşegül Yıldız qızının ad günündən şəkilləri sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, İbrahim Tatlıses Ayşegül Yıldızla 2011-ci ildə evlənib. Onlar 2013-cü ildə qarşlıqlı anlaşma il

16.04.2024 785
.

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb. Axşam.az xəbər verir ki, bu barədə sənətçi ilk dəfə "Tarixin bir günü" verilişində danışıb:. "Xalq artisti Faiq Ağayevin "Gülüstan" sarayında toyu idi

19.04.2024 662
.

"Gələcəkdə Ajda Pekkan kimi olacağam" - Xoşqədəm

Aparıcı Xoşqədəm Hidayətqızı "Günaydın, Azərbaycan" verilişindəki açıqlaması ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, aparıcı türkiyəli müğənni Ajda Pekkan kimi olmaq istədiyini etiraf edib. "Ajda Pekkanı çox sevirəm. Bilirsiniz niyə? Mən də elə olacağam. İndidən deyirəm. Çünki ekrand

15.04.2024 1124
.

"Nəslimdə TikTok işlədən yoxdur"

Xalq artisti Afaq Bəşirqızı TikTok-la bağlı açıqlaması ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, aktrisa sözügedən sosial şəbəkədən istifadə etmədiyini bildirib. O qeyd edib ki, ailə üzvləri belə TikTok işlətmir. "Mənim nəslimdə TikTok işlədən yoxdur" deyə, Bəşirqızı söyləyib

19.04.2024 659
.

Azərbaycanlı prodüserin qızı xərçəngdən vəfat etdi

Prodüser Rövşən Cəfərovun qızı Nərmin Həsənli vəfat edib. Axşam.az xəbər verir ki, 31 yaşı olan Nərmin uzun müddətdir xərçəngdən əziyyət çəkirmiş. O, ailə qurub və Almaniyada yaşayırdı. Vəziyyəti pisləşən Nərmini Azərbaycana gətiriblər. O, bu gün dünyasını dəyişib. Qeyd edək ki, Rövşən uzun illər mərhu

18.04.2024 1468
.

"Xanbabayeva" soyadından heç xoşum gəlmirdi"

"Atamgil ailədə 10 uşaq olublar. Uşaqlardan səkkizinin soyadı Hacıyev, ikisi isə, yəni əmim Akif və atam Güloğlanın soyadı Xanbabayevdir. Amma bu niyə belədir, xəbərim yoxdur. Öyrənib deyərəm". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva "Söhbət var" verilişind

17.04.2024 1425