"Azərbaycanda bir ifaçının konsert verməsinə 150 min lazımdır"- Murad Arif

"Azərbaycanda bir ifaçının konsert verməsinə 150 min lazımdır"- Murad Arif"Böyük əksəriyyəti cibindən pul xərcləyir. Bu fədakərlıqdır. Halaldır ki, övladının və özünün boğazından kəsir, 20 min məkana, 30 min reklama, 40 min səhnə və işığa, 10 min ansambla, 15-20 min geyimə ödəyir, konsert verirlər".

BiG.AZ xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Murad Arif "ATV maqazin onlarla" verilişinə açıqlamasında deyib.

Sənətçi həmkarlarının konsert verə bilməmə səbəbindən danışıb:

"Azərbaycanda bir ifaçının konsert verməsinə 150 min lazımdır. Bu gün şou-biznesdə səhnələr çatışmır. Sənətçi məclisdən qazanır. Müğənni sponsor, təşkilatçı olmasa, konsert verə bilməz. Bu sistem axsayır. Fədakar müğənnilər konsert verə bilir: Faiq Ağayev, Röya, Tünzalə Ağayeva, Aygün Kazımova. Bu ürək və dəstək istəyir. Bizdə konsert verib qazanmaq olmur, ən uzağı başabaş alınır. Tamaşaçı bilet almaq istəmir, çevrəmiz dəvətnamə tələb edir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 861   Tarix: 04 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş