"Elariz toya havayı getsə, yenə də bahadı" - Elton "baltaladı"

"Elariz toya havayı getsə, yenə də bahadı" - Elton "baltaladı""Allah sizə rəhmət eləsin Habil Əliyev. Deyirdi ki, Elariz toya havayı getsə də, yenə bahadı" .

BiG.AZ xəbər verir ki, bu sözləri müğənni Elton Hüseynəliyev həmkarı Elariz Məmmədoğlu barəsində deyib.

E.Məmmədoğlundan cavab gecikməyib. O "ATV maqazin onlarla" verilişinə açıqlamasında deyib ki, Elton onun adından istifadə edib, gündəmə gəlmək istəyir:

"Bu düşmənçilik etmək, çörəyə bais olmaq, toylarımın azaldılmasına gətirib çıxarmaqdır. Habil Əliyevlə bir dəfə qardaş kanalların birində qonaq olmuşam. Yaxınlaşdım ki, Habil müəllim, mən Elariz. Məni tanımadı. O, rəhmətə gedəndən sonra paxıl müğənnilər bu sözü ortaya atdılar. Elton onu İnstaqramda paylaşandan sonra elə bildi ki, toyum azalacaq. Amma əksinə, toyumun sayı da artdı, qonorarı da. Eltonun özü uduzdu, ona söydülər. Mən oxuyanda o uşaq idi. İndi dedin, Elarizə sataşım nəsə qazanaram? Amma qazanmadın, səni baltaladılar. Kimsə məndən baha toya gedə bilər, amma mənim kimi toy apara bilməz".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 5662   Tarix: 04 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş