"Oğlumun müğənni olmasına heç vaxt imkan vermərəm" - Elçin

"Oğlumun müğənni olmasına heç vaxt imkan vermərəm" - Elçin"Oğlumun müğənni olmasına heç vaxt imkan vermərəm. İstəyirəm başqa sahədə olsun".

BiG.AZ xəbər verir ki, bu sözləri müğənni Elçin Hüseynov "Lider maqazin"ə açıqlamasında deyib.

Sənətçi bildirib ki, oğlunun müğənni olmasına icazə verməyəcək. E.Hüseynov ünvanına deyilən "Ancaq övladları ilə gündəmə gəlir" sözlərinə cavab verib:

"Hər kəsə arzu edirəm ki, öz övladları ilə fəxr etsin. Bu sənətin çətinlikləri çoxdur. Etibar edilməyəcək insanlar var. Hətta başqa ifaçıların övladlarının da bu sənətə gəlməsini istəmərəm. Əvvəl yaxşı insan, sonra sənətkar kimi ad qoymalısan. Bu aləmdə paxıl, insanlıqdan uzaq olanlar var. Hər zaman çalışmışam hər kəsin cavabını efirdən kənarda verim".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1046   Tarix: 03 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Ustalar.az ustalar sayti