Prezident İlham Əliyev Rumıniyanın "Şərəf diplomu" ilə təltif edilib
Azərbaycan Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti Trayan Besesku Qara dəniz-Xəzər dənizi Əməkdaşlığı və Tərəfdaşlığı üzrə Beynəlxalq Fondun "Şərəf diplomu" ilə təltif olunub. Bu barədə Fondun 2011-ci ilin yekunlarına həsr olunmuş iclasında məlumat verilib. Həmçinin bildirilib ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, fondun hazırkı prezidenti Viktor Xmarin və vitse-prezidenti Yulian Fota da bu diploma layiq görülüblər.
Tədbirdə Rumıniya tərəfinin təmsilçisi, fondun vitse-prezidenti, Rumıniya Prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Yulian Fota qurumun fəaliyyətinin nəticələri haqqında danışıb. Hesabat dövründə fondun fəaliyyətində fəal iştirak etmiş Azərbaycanın müstəsna xidmətlərinə toxunan Y.Fota ölkəmizdə həyata keçirilən islahatlar və müşahidə olunan hərtərəfli inkişaf haqqında da məlumat verib.
Fondun Azərbaycan tərəfindən vitse-prezidenti, qurumun baş katibi, ölkəmizin Rumıniyadakı səfiri Eldar Həsənov qısa müddət ərzində təşkilatın əldə etdiyi nailiyyətlərdən danışıb. Diplomat vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı ilə Fondun Qara və Xəzər dənizləri regionlarının yaxınlaşması və mədəni körpülərin qurulması, ölkələr arasında sülh, dialoq və dözümlülüyün təşviq olunmasında, eləcə də Avropa dəyərlərinə inteqrasiya yolunda həyata keçirilən müxtəlif layihələrin nəticələrindən bəhs edib.
Avropa Komissiyasının prezidenti Xose Manuel Barrozu və Rumıniyanın xarici işlər naziri Teodor Bakonski də Qara və Xəzər dənizləri regionları xalqları və ölkələri arasında əməkdaşlığın inkişafına verdikləri töhfəyə görə "Şərəf diplomu" ilə təltif ediliblər.
Yerli və xarici kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılmış tədbirdə fondun Direktorlar Şurasının üzvləri, ekspertləri, rəsmi şəxslər, vətəndaş cəmiyyəti təşkilatlarının təmsilçiləri, Rumıniyada akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və s. iştirak ediblər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1753 Tarix: 16 dekabr 2011
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTəhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR
Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:
18.09.2021 2497 MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO
2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar
18.09.2021 245 Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18.09.2021 988 Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18.09.2021 3544 Paşinyan Batumidə "yoxa çıxdı"
Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy
18.09.2021 774 Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18.09.2021 862 FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18.09.2021 523 Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO
Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini
17.09.2021 1467 İstirahət gününün havası açıqlandı
Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti
18.09.2021 459