Azərbaycanda son həftə baş verən kriminal xəbərlərdən agah olaq.

Azərbaycanda son həftə baş verən kriminal xəbərlərdən agah olaq.45 min manata ali məktəbə tələbə düzəltmək adı ilə dələduzluq edən dəstəyə cəza verilib
Bakı Ağır Cinayətlər Məhkəməsində ali məktəbə qanunsuz yolla tələbə qəbulu adı altında dələduzluqda təqsirləndirilən Nəriman Kakayev, Əli Məmmədov və Cəmaləddin Mirzəyevə hökm oxunub.

Gün.Az-ın məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən Nəriman Kakayev 10 il, Əli Məmmədov 8 il və Cəmaləddin Mirzəyev 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama görə, təqsirləndirilən şəxslər Bakı şəhəri sakini Hafiz Ağamalıyevin oğlunu ali məktəbə düzəldəcəyi adı ilə ondan 45 min manat pul alaraq mənimsəyiblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs edilən Nəriman Kakayev, Əli Məmmədov və Cəmaləddin Mirzəyevin eyni üsulla daha 10-dan çox vətəndaşı aldatmaları məlum olub.

Azərbaycanda son həftə baş verən kriminal xəbərlərdən agah olaq.MTN adından istifadə edərək dələduzluq edən şəxsə hökm oxunub
Bakı Ağır Cinayətlər Məhkəməsində özünü Milli Təhlükəsizlik Nazirliyinin (MTN) polkovniki kimi təqdim edərək, dələduzluqla məşğul olmaqda təqsirləndirilən Əlixan Əliyevin məhkəməsi başa çatıb.

Gün.Az-ın məlumatına görə, "polkovnik" Əlixan Əliyev vətəndaşları dövlət orqanlarına işə düzəltmək adı ilə aldadaraq onların külli miqdarda pullarını mənimsəyib.

O, Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.

Məhkəmənin hökmü ilə Əlixan Əliyev 13 il müddətinə azadlıqdan məhrum edilib.
Azərbaycanda son həftə baş verən kriminal xəbərlərdən agah olaq.Saxta jurnalist vəsiqəsi verən şəxs polis tərəfindən saxlanılıb
Sabirabad rayon sakininə saxta jurnalist vəsiqəsi verən şəxs saxlanılıb.

Rayon polis şöbəsindən Gün.Az-ın Aran bürosuna verilən məlumata görə, Seymur Ağayev ərizə ilə müraciət edərək cari ilin sentyabr ayında rayon sakini Elxan Niftəliyevin "Nicat Yolu" qəzetinə müxbir düzəldəcəyi adı ilə ondan 500 manat aldığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Elxan Niftəliyev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda son həftə baş verən kriminal xəbərlərdən agah olaq.Bakıda həbsxanada məhkumlar arasında insident olub: bir məhbus özünü öldürüb, biri isə qaçıb
Bakıda cəzaçəkmə müəssisəsində baş verən insident nəticəsində bir nəfər ölüb, bir məhkum isə qaçıb.

Gün.Az xəbər verir ki, bu barədə Qaradağ rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, dünən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qaradağ rayonunda yerləşən 2 saylı Cəzaçəkmə Müəssisəsində məhkumlar arasında insident yaranıb.

Hadisə nəticəsində bir nəfər özünü öldürüb, daha bir məhkum isə həbsxanadan qaçıb.

Hazırda faktla bağlı araşdırma aparılır. Cinayət işinin istintaqını Bakı şəhər Prokurorluğu aparır.
Bakıda cəzaçəkmə müəssisəsindən qaçan məhkumun axtarışları davam etdirilir.

Gün.Az xəbər verir ki, bu barədə Qaradağ Rayon Polis İdarəsindən məlumat verilib.

İdarədən bildirilib ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qaradağ rayonunda yerləşən 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, 1988-ci il təvəllüdlü Dadaşov Fərid Cavid oğlu və 1983-cü il təvəllüdlü Fərəcov Faiq Fuad oğlu müəssisədən qaçmaq istəyiblər. Bu zaman müəssisənin əməkdaşları məhkumların hərəkətlərindən şübhələnərək onlara xəbərdarlıq ediblər.

Lakin məhkumlar müəssisə əməkdaşlarının xəbərdarlığına məhəl qoymadan onlara hücum çəkiblər. Nəticədə cəzaçəkmə müəssisəsinin əməkdaşları - Seymur Məhərrəmov və Ramiz Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

"Hadisədən dərhal sonra həyəcan siqnalı çalınıb və cəzaçəkmə müəssisəsinin əməliyyat qrupu hadisə yerinə gəlib. Həyata keçirilən tədbirlər nəticəsində Fərid Dadaşov zərərsizləşdirilərək kameraya salınıb. Az keçməmiş F.Dadaşov kamerada özünü öldürüb. Digər məhkum Faiq Fərəcov isə müəssisədən qaçmağa müvəffəq olub" – deyə, məlumatda bildirilir.

Qeyd edək ki, baş vermiş hadisə ilə bağlı Bakı Şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma), 315.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmə) və 304.2-ci (həbsdən qaçma) maddələri ilə cinayət işi başlanıb, F.Fərəcovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri davam etdirilir.

Azərbaycanda son həftə baş verən kriminal xəbərlərdən agah olaq.Qaradağ rayonunda yerləşən açıq tipli cəzaçəkmə müəssisəsindən qaçmağa nail olmuş məhbus artıq tutulub.

Gün.Az-ın ANS TV-yə istinadən verdiyi xəbərə görə, bu barədə ədliyyə nazirinin müavini, nazirliyin Penitensiar Xidmətin rəisi Mədət Quliyev məlumat verib.

Onun sözlərinə görə, 28 yaşlı Faiq Fərəcov axşam saatlarında polis işçilərinin əlinə keçib.
Azərbaycanda son həftə baş verən kriminal xəbərlərdən agah olaq.Bakı-Moskva aviareysinin sərnişinindən gizli yolla təyyarəyə keçirdiyi külli miqdarda valyuta götürülüb
Milli Təhlükəsizlik Nazirliyi və Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının birgə əməliyyat tədbirləri nəticəsində Bakı-Moskva aviareysi ilə hərəkət etmək istəyən Azərbaycan vətəndaşının üzərinə baxış keçirilib.

Gün.Az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən yaydığı məlumata görə, Azərbaycan vətəndaşı Emin Ramazanov gömrük nəzarətindən keçdikdən sonra təyyarənin bortunda saxlanılıb və qanunvericiliyə uyğun olaraq, hal şahidlərinin iştirakı ilə onun əl çantasına baxış keçirilib.

Baxış zamanı həmin çantadan 2538 ədəd - hər biri 100 ABŞ dolları nominalında olmaqla, cəmi 253800 ABŞ dolları aşkar olunaraq, protokol əsasında götürülüb.

İlkin araşdırma zamanı E. Ramazanov izahatında bildirib ki, çantasından aşkar olunan 253800 ABŞ dollarını ona Heydər Əliyev Beynəlxalq Aeroportunun məhdud girişli steril zonasındakı sanitariya qovşağında "Azərbaycan Hava Yolları" QSC Aviasiya Təhlükəsizlik İdarəsinin növbə rəisi müavini Rəşadət Vəliyev öz üzərində səhər saatlarında gömrük nəzarətindən gizli keçirdikdən sonra verib. Faktla bağlı təhqiqat aparılır.

Azərbaycanda son həftə baş verən kriminal xəbərlərdən agah olaq.Bakıda bankomatdan külli miqdarda pul oğurlanıb
Bakıda "Dəmir Bank"a məxsus bankomat qarət edilib.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Gün.Az-a verilən məlumata görə, hadisə dekabrın 9-da Bülbül prospektində qeydə alınıb.

Belə ki, həmin ünvanda yerləşən "Dəmir Bank"a məxsus bankomatdan 54 min 075 manat və 18 min 100 ABŞ dolları naməlum şəraitdə oğurlanıb.

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 22-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Məmməd Məmmədov dekabrın 10-da tutulub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Azərbaycanda son həftə baş verən kriminal xəbərlərdən agah olaq.Azərbaycanda universitet müəllimi rüşvət alarkən tutulub
Təfəkkür Universitetinin dosenti rüşvət alarkən tutulub.

Gün.Az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində Təfəkkür Universitetinin müəllimi, dosent Ruzbeh Rüstəmov rüşvət alarkən saxlanılıb.

Prokurorluqdan bildirilib ki, onun barəsində Cinayət Məcəlləsinin rüşvət alma maddəsi ilə cinayət işi başlanıb.

Azərbaycanda son həftə baş verən kriminal xəbərlərdən agah olaq.Saxta pulla qoyun alan Tovuz sakini tutulub
Saxta pulla qoyun alan Tovuz şəhər sakini polislər tərəfindən tutulub.

Bu barədə Gün.Az-a məlumat Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilib.

Məlumata görə, dekabrın 11-də Qazax rayonunun Düz Cırdaxan kənd sakini Vüqar Qasımov Rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək həmin gün rayon ərazisindəki bazarda naməlum qadının ondan 2 baş qoyun almasını və aldığı 260 manat pulun saxta olmasını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində V.Qasımova saxta pulları vermiş Tovuz şəhər sakini Türanə Cəfərova tutulub və ondan 4 ədəd 50, 10 ədəd 20 manatlıq saxta əsginaslar götürülüb.

Qadının evinə baxış zamanı 1 ədəd surətçıxaran aparat, 1 ədəd kağız kəsən bıçaq, xətkeş və kağızlar aşkar edilərək götürülüb.

Azərbaycanda son həftə baş verən kriminal xəbərlərdən agah olaq.Ötən həftə Bakı şəhərində 186 cinayət faktı qeydə alınıb
Ötən həftə Bakı şəhərində 186 cinayət faktı qeydə alınıb ki, onların da 83-ü "isti izlər"lə, həmçinin ötən günlərdən bağlı qalmış 11 cinayətin üstü açılıb.

Bakı şəhər Baş Polis İdarəsindən Gün.Az-a verilən məlumata görə, axtarışda olan 24 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Bakı şəhər avtomobil yollarında 16 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 4 nəfər ölüb, 19 nəfər isə yaralanıb.

Bakı şəhər polis orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli olduğuna görə 51 nəfər tutulub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 8256   Tarix: 17 dekabr 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245