Alim Qasımov qəzəbləndi: "Mən deməmişəm ki, Azərbaycanın muğamı yoxdur!"

Alim Qasımov qəzəbləndi: "Mən deməmişəm ki, Azərbaycanın muğamı yoxdur!"

Xalq artisti Alim Qasımov dediyi sözlərin bəzi jurnalistlər tərəfindən təhrif olunduğunu iddia edib.

BiG.AZ xəbər verir ki, muğam ustası özü bu haqda məlumat verib:

“Mən deməmişəm ki, Azərbaycanın muğamı yoxdur! Mənə zəng edib sual verirlər, danışandan sonra baxıram ki, tamamilə başqa sözlər yazılıb. Sözlərimi təhrif edibər. Mən muğamımızı danmışam?! Bir daha təkrarlayıram, biz Şərq ölkəsiyik. Hər ölkənin öz muğam tərzi var. Bizim də özümüzə məxsus muğamımız və onun tarixi var. Sizdən xahiş edirəm ki, fikirlərimi olduğu kimi yazın. Əlibaba müəllim də bu haqda danışıb. Demək istəyirəm ki, o, bizim ustadımızdır, nə deyibsə, düz deyib! ”

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1678 Tarix: 17.03.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Qaranliq_gunduz
Qaranliq_gunduz 18.03.2017
indi herseyi baw ayag yazirlar onsuzda


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər