Noutbukun ömrünü necə uzatmaq olar? - 9 MƏSLƏHƏT

Noutbukun ömrünü necə uzatmaq olar? - 9 MƏSLƏHƏTBütün noutbuklar 24 saat fasiləsiz işləmək üçün nəzərdə tutulub, lakin əsas şərt təlimata uyğun istifadədir.

Noutbuku düzgün söndürmək - əsas şərtlərdən biridir. Qeyri-düzgün, qəfil söndürmə noutbukun sərt diskini zədələyə bilər.
Noutbuku təcili söndürmək lazım gəlibsə belə, növbəti qoşma zamanı əməliyyat sistemini yoxlanışa vermək məqsədəuyğundur. Bu sistem səhvləri aradan qaldırmağa və həm əməliyyat sisteminin (Windows-un), həm də kompyuterin sabit işləməsinə kömək edəcək.
Noutbuk daşınmadığı və daha çox stasionar kompyuter kimi istifadə olunduğu təqdirdə batareyanı tam yükləmək və daha sonra onu noutbukdan çıxarmaq lazımdır. Onu ayda bir dəfə noutbuka taxıb təkrar yükləmək kifayətdir. Bu, noutbuk batareyasının ömrünü uzatmağa kömək edəcək.
Noutbuku masanın və ya başqa sərt və hamar səthin üzərinə yerləşdirmək lazımdır. Bu havalandırma sisteminin normal işləməsini təmin edəcək və laptopun həddən artıq isinməsinin qarşısını alacaq. Ayrıca noutbuku səthin üzərində elə yerləşdirmək lazımdır ki, adapterin naqilinə və usb-portlara gələn digər naqillərə təsadüfi toxunma ehtimalı minimum olsun.
"Yuxu" rejimində olan noutbuku daşımaq məsləhət deyil. Bu, sərt diskin vaxtından tez sıradan çıxmasına gətirib çıxara bilər. Noutbuku bir yerdən başqa yerə daşımaq lazım gəldikdə ya onu "işi bitirmək", ya da "hibernasiya" rejimlərində söndürmək lazımdır.
Zərurət olmadan işlək vəziyyətdə olan noutbukun qapağını örtmək də məsləhət deyil. Bunu müntəzəm etdikdə noutbukun şleyfi və ya ilmələri zədələnə bilər.
Noutbuku soyuq otağa gətirərkən ilk öncə 30 dəq gözləmək, otağın havasını aldıqdan sonra işə qoşmaq lazımdır.
Noutbukun ekranını işlək vəziyyətdə ikən təmizləmək olmaz. Bunun üçün laptopu söndürmək və adapteri şəbəkədən ayırmaq lazımdır. Ekranı silmək üçün xovsuz nəm parçadan istifadə edilməlidir. Təmizləyici mayeni ekranın üzərinə çiləmək olmaz. Oncə parçanı maye (adi su ilə də olar) isladıb ekranı silmək lazımdır. Bu məqsəd üçün nəmləndirici salfetlərdən də istifadə etmək olar. (deyerler.org)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1857   Tarix: 12 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424