Millət vəkilinin "Sevgi məktubları" kitabı noyabr ayında ən çox satılan kitab oldu

Millət vəkilinin "Sevgi məktubları" kitabı noyabr ayında ən çox satılan kitab oldu
“Əli və Nino” kitab mağazaları şəbəkəsi noyabr ayında çox satılan kitabların onluğunu açıqlayıb.

Gün.Az xəbər verir ki, siyahıya millət vəkili Qənirə Paşayevanın yenicə çapdan çıxan “Sevgi məktubları” kitabı başçılıq edir.

İkinci yerdə əfqan yazıçısı Xalid Hüseyninin “Çərpələng uçuran” romanıdır.

İlk üçlüyü bir qrup gəncin hazırlayıb nəşr etdirdiyi və qısa zamanda az qala bütün tirajı satılan “Fikir sexi” kitabı qapayır.

1.Qənirə Paşayeva, “Onun sevgi məktubları”
2. Xalid Hüseyni, “Çərpələng uçuran”
3. Fikir sexi
4. Q.Q.Markes, “100 ilin tənhalığı”
5. Qurban Səid, “Əli və Nino”
6. Frederik Beqbeder, “Məhəbbət üç il yaşayır”
7. Qan Turalı, “Mustafa”
8. Qismət, “Meqapolis hüznləri”
9. Pauli Koelyo, “On bir dəqiqə”
10. Den Braun, “Da Vinci şifrəsi”

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 5981 Tarix: 18.12.2011
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol