"14 ermənini evimdə gizlətmişdim..." - Afaq Bəşirqızı

"14 ermənini evimdə gizlətmişdim..." - Afaq BəşirqızıXalq artisti Afaq Bəşirqızı Sumqayıt hadisələrindən danışıb.

BiG.AZ femida.az-a istinadən Sumqayıt hadisələrinin canlı şahidi olan aktrisanın müsahibəsini təqdim edir:

- Afaq xanım, o gün Sumayıtda nə baş vermişdi?

- Sumqayıt Şəhər Partiya Komitəsinin birinci müavini mənə zəng etdi ki, şəhərdə ara qarışıb, insanlar aqressivdir, onları sakitləşdirmək üçün bizə köməyiniz lazımdır. Meydana Sumqayıtın bütün tanınan insanları, ziyalıları dəvət olunmuşdu. İnsanları sakitləşdirmək üçün ora getdim. Ora gedəndə ara qarışmışdı, dəhşətli mənzərə idi. Meydanda çoxlu insan vardı. Heç vaxt mitinqdə iştirak etməmişdim deyə sonradan analiz edəndə, bunun ermənilər tərfindən əvvəlcədən hazırlanmış qarşıdurma olduğunu bildim.

"Krunk"a kömək etməyən erməniləri öldürürdülər

- Hadisələrin ermənilər tərəfindən təşkil olunduğunu necə anladınız?

- Meydanda insanların qara paltoda və şotland şərfində olması diqqətimi çəkdi. Sumqayıt fəhlə şəhəri idi. O palto və şərfdə gəzən insalara çox nadir hallarda rast gəlmək olardı. Amma Sumqayıt hadisələri zamanı beş nəfərdən biri bu geyimdə idi. Əsas da hadisənin təşkilatçılarından biri, məhz o geyimdə tutulmuşdu. Onlarda ermənilərin böyük siyahısı var idi. Ermənilərin hamısına toxunmurdular. "Krunk" adlı təşkilata kömək etməyən erməniləri öldürürdülər. Təşkilata pul köçürən ermənilərin evinə isə girmirdilər. İlk vaxtlar bunu başa düşmək mükün deyildi.

Aqanbekyan güllələnməyimi istəyirdi

- Sizi də öldürmək istəyirdilər.

- O zaman Sumqayıt hadisələrinin səbəbkarı kimi göstərilmişdim. Akademik Aqanbekyan bu hadisəni dərinləşdirmək üçün mənim kimi məşhur insanın həbsni və güllələnməyini çox istəyirdi. Ona görə Aqanbekyan durmadan erməni təşkilatlarına teleqram vururdu. Hətta onlar klubun nəzdindəki afişalarımı götürüb aparmışdılar. Onlar mənə ölüm cəzası verməyə görə çox çalışdılar.

- Məhkəmə prosesiniz neçə ay çəkdi?

- Məhkəmə xüsusi nəzarət altında keçirilirdi. 9 ay 14 gün çəkdi. Cinayət işinin ilk 6 ayını Moskvanın xüsusi idarəsi aparırdı, sonra isə Ümumrusiya Xüsusi Kəfiyyat İdarəsi apardı.

- Necə oldu bu hadisədən sağ çıxıdınız?

- Məni həbs etmək və yaxud da güllələmək üçün əllərində heç bir sübut yox idi. Bunun üçün kimləri isə erməniləri öldürməyə səslədiyimi əks etdirən videogörüntülər olmalı idi. Əksinə hadisələr zamanı öz evimdə erməniləri saxlamışdım.

14 nəfər ermənini evimdə gizlətmişdim

- Belə bir gərgin zamanda evinizdə erməni saxlamışdınız?

- Sumqayıtdakı bir otaqlı mənzilimdə 14 nəfər ermənini və onlara gələn qonaqları gizlətmişdim. Edik, Şura, qızı, onun həyat yoldaşı və digər qonşumuz olan ər-arvad, oğlu, gəlini və nəvələr idi. İki gün evimdə qalandan sonra saat 01:30-da onları özüm şəxsən BTR -ə mindirib Füzulinin Tuğ kəndinə yola saldım.

- O ermənilərlə sonradan görüşə bildiniz?

- Yox, heç bir xəbərim olmadı. Tuğ kəndində idilər. Sadəcə Ediklə sonuncu dəfə söhbət edəndə dedi ki, "Krunk"a üzv olmayanların siyahısı bayaq adını çəkdiyim həmin qara paltolu şəxslərin əlində olub.

Ermənilərin yerini demək üçün pul təklif etmişdilər

- Onların yerini öyrənmək üçün sizə təzyiq göstərirdilər?

- Pul təklif etmişdilər ki, ermənilərin yerini deyim.

- Sizə pul təklif edənləri tanıyırdınız?

- Onları tanımaq qeyri-mümkün idi, amma onlar məni çox çətin tanıdılar. Erməni saxladığıma görə kimsə məni satmışdı. Erməniləri evimizdə gizlətdiyimiz bir vaxtda qapımız döyüldü. Qara paltolu, şotland şarflı iki nəfər və onlarla bərabər 2-3 uşaq da qapıda dayanmışdı. Qapı açılanda onlar məni tanımadı, amma yanlarındakı uşaqlar tanıdı və "Afaq xanımın evidir, evinizdə erməni var?" deyəndə hər iki şəxs təəccüblə biri-birilərinə baxdı. Məni tanıyırmış kimi salam verdilər. Elə bilirdim ki, onlar azərbaycanlıdır. Bizim dildə səlis danışırdılar. Təbii ki, onların azərbaycanlı olmadığını sonradan dərk etdim.

- Bəs, vəziyyətdən necə çıxdınız?

- Çox həyəcanlı idim. Ermənilərin bir hissəsini hamamda, yarısını da mətbəxdə gizlətmişdim. Qara paltolu şəxslərdən biri mənə dedi ki, eşitmişik evizində erməniləri saxlayırsınız. Əsəbiləşdim, dedim ki, utanmırsınız, əlinizdə pul tutmusunuz, bu nə deməkdir? Dedilər ki, ermənilərin yerini deyən adamlar mükafatlandırılır. Onlara bildirdim ki, siz səhv gəlmisiniz, mənim bir otaqlı evim var. Necə erməni gizlədə bilərəm?

- Ümumiyyətlə, bu hadisələr zamanı erməni meyitləri gördünüzmü?

- Xeyr, görmədim. Gizlətdiyim erməniləri evdə qoyub yenidən meydana gedəndə gördüm ki, meydan yenidən qarışıb. İnsanlar qışqırırdı ki, "dənizin sahilinə bir avtobus azərbaycanlı meyit gətirilib, ermənilər başlarını kəsib. Hətta qan avtobusun qapısından axıb yerə tökülür" kimi sözlərlə azərbaycanlıları ermənilərə qarşı qızışdırırdlar. Mən o zaman dedim ki, əgər burada mitinqdirsə, meyitləri dəniz qırağından götürüb meydana gətirək, onlar da bu vəhşiliyin şahidi olsun. Bu sözü demişdim ki, meydanda bayaqkı qışqırq səsləri kəsildi. Hadisələri qızışdıranlar başqası idi, qızışanlar isə bizmkilər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 6812   Tarix: 27 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Vəzifəli adamların övladlarından yekəxanalıq öyrənmişəm"

Müğənni İlqar Xəyal AzTV-də yayımlanan "Gün başladı" proqramında qonaq olub. BİG.AZ xəbər verir ki, ifaçı veriliş zamanı dostluq münasibətlərindən söz açıb:. "Bəzi insanlar var ki, mənfəət güddükləri insana salam verirlər. Yaxud düşünürlər ki, həmin insanla ünsiyyətdə olsalar onun vasitəsil

13.11.2019 2270
.

"Dağda ən təhlükəli heyvan dağ keçisidir" - Azərbaycanlı alpinistlə MÜSAHİBƏ

Çoxları qarlı zirvələri fəth etməyə səy göstərir. Bunu arzulayır. Lakin sərt küləkdə, 30 dərəcə şaxtada dağların hər saniyə uça bilən buz bağlamış çıxıntılarından, yumşaq qarla örtülü təhlükəli yamaclarından keçə bilmək hər kəsin bacara biləcəyi bir iş deyil. Bəs kimlər alpinist ola bilər?. Alpinizimi

20.02.2020 6876
.

"Yüksək bal toplayan abituriyentlərin bizim Akademiyanı seçmələri sevindiricidir" - Zeynab Kazımova ilə MÜSAHİBƏ

Dövlət Gömrük Komitəsinin Akademiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova -ın suallarını cavablandırıb. -Zeynab xanım, bilirik ki, bu il Dövlət Gömrük Komitəsinin Akademiyasına tələbə qəbulu artırılıb. Bundan əlavə, yeni bir ixtisas açılıb. Bu barədə məlumat verməyinizi istərdik

18.09.2019 2773
.

Azərbaycanlı model hovuzda istirahət görüntülərini yaydı - VİDEO

"Best fashion model 2017" və "Miss Europe 2018" gözəllik yarışlarının qalibi, gözəlliyi və cazibədarlığı ilə əks cinsin nümayəndələrini valeh edən Samirə Ağayeva istirahət görüntülərini yayıb. xəbər verir ki, o, görüntülərini "Instagram" hesabında paylaşıb. Bikinidə ola

07.07.2020 4695
.

"İş adamları hər şeyə pul tapsalar da, idmançılara qarşı çox biganədirlər"-Dünya çempionu ilə MÜSAHİBƏ

Bu günlərdə Türkiyənin Anlatya şəhərində Dünya Kikboksinq Assosiyasının təşkilatçılığı ilə keçirilən dünya çempionatında bürünc medala layiq görülən, Azərbaycan Kikboksinq Federasiyasının idarə heyətinin üzvü, dünya çempionu, veteran idmançı Həsən Hüseynovun -a müsahibəsini təqdim edirik:. 54 yaşını

30.12.2019 2610
.

"O mənə görə maşınını satıb müalicəyə göndərdi" - xərçənglə mübarizə aparan Zülfiyyədən heç yerdə eşitmədiyiniz ETİRAFLAR

ın növbəti müsahibi ağır xəstəliyə qalib gələn tanınmış aparıcı, hüquqşünas Zülfiyyə Bayramovadır. "Ölümdən heç vaxt qorxmadım" cümləsi ilə müsahibəyə başlayan aparıcı xəstəliklə sözün həqiqi mənasında var qüvvəsi ilə mübarizə aparıb. Zülfiyyə Bayramova ilə səmimi müsahibəni sizə təqdim edirik:

06.09.2019 4222
.

"Yeganə aparıcıyam ki, səsim göyün yeddinci qatından gəlir" - Səsini eşidib üzünü görmədiyiniz aparıcı ilə səmimi MÜSAHİBƏ

7 may dünyada Beynəlxalq Radio günü kimi qeyd olunur. Radio ixtira olunan ilk gündən insanlar xəbərləri bu vasitə ilə daha asan əldə ediblər. Bu gün də mətbuatın bu qədər inkişaf etməsinə baxmayaraq radio öz aktuallığını qoruyub saxlayır. Radioda işləmək mətbuatın digər qolları ilə müqayisədə daha çətindir

07.05.2020 8229
.

"Az qalıram stolu götürüb başına çırpım"- Kamil Zeynallı ilə SƏMİMİ MÜSAHİBƏ

tanınmış idmançı, peşəkar məşqçi Kamil Zeynallı ilə müsahibəni təqdim edir:. Bu gün kifayət qədər tanınırsınız. Hər bir kəsə maraqlı olardı Kamil Zeynalı necə məşhurlaşdı?. Ümumiyyətlə, heç vaxt keçmişimi danan insan olmamışam.Mənim keçmişimdə, kasıb vaxtımda əlimdən tutan adamı cəmiyyətdə, ictimaiyyətd

22.11.2019 8851
.

"Mənim ehtiyacım yox idi, aparmadım" - Xatun "Maşın Şou"da danışdı

Yeni mövsümü başlayan "Maşın Şou"nun iştirakçılarından biri olan Xatun maraqlı açıqlama verib. ölkə.az-a istinadən bildirir ki, ifaçı "Maşın Şou"nun daha öncəki mövsümü barədə bunları deyib:. "İstərdim ki, maşını layiq olan və ehtiyacı olan aparsın. Mənim ehtiyacım yox idi, aparmadım

02.10.2019 2215