"Azercell" 3G xidmətinin tətbiqinə start verib.!

"Azercell Telekom" MMC nəhayət öz abunəçilərinə 3G xidmətlərinin göstərilməsinə start verir. Xatırladırıq ki, şirkətə 3G xidmətləri göstərilməsi üçün lisenziya hələ bu ilin noyabr ayının 2-də RİTN tərəfindən təqdim olunmuşdu. Sadəcə olaraq, keçən müddət ərzində 3G xidmətlərinin göstərilməsi üçün "Azercell Telekom" MMC–yə müvafiq tezliklərin ayrılması barədə Radiotezliklər üzrə Dövlət Komissiyasının 27.08.2011-ci il tarixli, 65 saylı protokol qərarının icrası ilə bağlı bəzi məqamlar həllini tapmadığı üçün 3G xidmətlərinin göstərilməsinə məhz 18.11.2011 tarixdən başlamaq qərara alınıb və bu fakt rəsmən RİTN ilə də razılaşdırılıb.

Onu da qeyd edək ki, dünyada ilk dəfə olaraq 4G xidmətini təqdim etmiş TeliaSonera şirkətlər qrupu ailəsinə daxil olan "Azercell" artıq uzun müddət 3G xidmətlərinin tətbiqinə hazır idi. Hələ 2009-cu il "BakuTel" Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisində şirkət ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmişdi. "Azercell" ondan sonra dəfələrlə bəyan edib ki, şirkət yalnız texnoloji baxımdan deyil, həm də müvafiq cihazların təminatı baxımından yeni texnologiyanın tətbiqinə hazırdır.

3G texnologiyasının tətbiqi üçün lisenziyanın verilməsi "Azercell"in 15 illik yubileyi üçün əvəzedilməz və xoş bir hədiyyə olub. Qeyd edək ki, 3G vasitəsilə abonentlər 7,2 mbit/s qədər sürətə malik mobil internetdən istifadə edə bilərlər. Bu isə hazırda istifadə edilən 2G texnologiyasından 20 dəfə artıq sürət deməkdir. Bakı və Azərbaycanın bəzi ərazilərində 3G sürəti, hətta, 21 mbit/s qədər çatacaq.

Bu sistemin köməyilə videozənglər etmək, cib telefonundan televiziyaya baxmaq, hadisə yerindən canlı yayım aparmaq, hətta, böyük həcmli video faylları da telefon vasitəsilə göndərmək mümkün olacaq. Bundan əlavə, 3G sayəsində uzaqdan səhiyyə xidmətləri göstərmək, nağd pul daşımadan hər cür alış-veriş aparmaq, kommunal xərclərin ödənilməsi və bir çox bank əməliyyatlarını da telefondan həyata keçirmək imkanı yaranacaq.

Ən əsası isə odur ki, bu sistemə qoşulmaq üçün "Azercell" abonentlərinə öz Sim kartlarını yeniləmək lazım gəlməyəcək. "Azercell"in 3G sistemindən faydalanmaq üçün yalnız 2525 qısa nömrəsinə "3G" mətnli sms göndərmək kifayətdir. Bu cür sadə qoşulma sistemi daim öz abonentlərinin rahatlığını düşünən "Azercell"in təqdim etdiyi üstünlüklərdən biridir.

Beləliklə, "Azercell" bütün ölkə ərazisini 3G xidmətləri ilə əhatə edəcək. Həm paytaxt, həm də regionlarda "Azercell" abonentləri keyfiyyətli, sərfəli və ən önəmlisi yüksək sürətli rabitə və mobil internetə çıxış imkanını qazanmış olacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2709   Tarix: 24 noyabr 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Almaniyada avtobus avtomobil yolunda aşıb

Almaniyanın Leypsiq şəhərində avtobus magistral yolda aşıb. BİG.az xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həyatını itirib. 20-dən çox adam yaralanıb. Avtobusun İsveçrənin Sürix şəhərinə getdiyi bildirilib. Avtobusun hansı səbəbdən aşdığı məlum deyil. Sözügedən yolda nəqliyyat vasitələrinin hərəkət

13:09 0
.

Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO

Azərbaycanın Əməkdar artisti Rahib Əliyev vəfat edib. xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Əməkdar artist bu gün 78 yaşında vəfat edib. Xatırladaq ki, Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildən indiyə qədər Azərbaycan Dövlə

17:48 0
.

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur

12:44 0
.

İftar süfrəsi üçün dadlı reseptlər

İftar menyusunu təqdim edirik:. Pendirli əriştə şorbası. Ərzaqlar:. Süd - 2,5 st. Yumurta - 3 ədəd. Duru pendir - 3 st. Kərə yağı - 1 x Ət bulyonu. Duz zövqə görə. Un apardığı qədər. Soğan - 1 ədəd. Hazırlanması:. Süd, yumurta, 2 stəkan pendir və undan ibarət xəmir yoğur. Xəmirləri əriştə formasınd

17:16 0
.

Narkotikə anası ilə birgə başlayan Tupakın müəmmalı ölümü - VİDEO

Baku TV-də yayımlanan "Retro Baku" verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayı tarixin ən böyük hip-hop sənətçilərindən biri olan Tupak Amaru Şakura həsr olunub. Tupak Amaru Şakur 16 iyun 1971-ci ildə Nyu-Yorkda anadan olub. Doğulanda adı LesEyn Periş Kruks olub. Bu a

23:45 0
.

"Ermənistanın KTMT təlimlərdə iştirak etməyəcəyi gözlənilən idi" - Politoloq

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bu il "Rubej 2024" adlı birgə təlim də daxil olmaqla yeddi təlim keçirəcək.Bu barədə təşkilatın baş katibi İmanqali Tasmaqambetov "Milli Müdafiə" jurnalına müsahibəsində deyib.Hazırda KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan

15:38 0
.

Liftdəki ölümə görə yüksəkvəzifəli şəxsə şiddətli töhmət verildi - FOTO

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı ilə əlaqədar ümumi lift təsərrüfatının vəziyyəti təhlil edilib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyətind

14:11 0
.

İsrail 7 oktyabrdan etibarən 212 məktəbə zərbə endirib

İsrail 7 oktyabrdan etibarən Qəzzaya hücumları davam edir. BİG.AZ xəbər verir ki, İsrail 212 məktəbə zərbə endirib. Bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) və bəzi qeyri-hökumət təşkilatlarının hazırladığı hesabatda bildirilib. Həmin məktəblərdən 53-ü tamamilə məhv edilib

14:47 0
.

Albaniyanın Azərbaycandan qaz idxal etmək istəyi haqqında

"Bu istək təzə deyil. Hələ 16 il əvvəl Albaniya bu istəyini 2008-ci ildə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş zirvə görüşündə bildirmişdir. Bunun üçün əla fürsət var. Çünki, Yunanıstanın Türkiyə ilə sərhədində yerləşən Kipoi kəndindən başlayan TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 21

16:37 0