Eurovision haqda 4 yeni xəbər

Eurovision haqda 4 yeni xəbər

Nazir: ""Eurovision-2012"-nin dövlət maliyyələşdirməsinin məbləği hələ müəyyən edilməyib"

2012-ci ildə Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsinin təşkilinin dövlət maliyyələşdirməsinin məbləği hələ müəyyən edilməyib. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycanın maliyyə naziri Samir Şərifov müsabiqənin təşkilinə bir milyard manat vəsait ayrılacağı barədə KİV-də yayılan məlumatları şərh edərkən deyib.

"Hələlik müsabiqəyə hazırlıq işləri gedir. Bizə dövlət büdcəsi vəsaiti hesabına zəruri xərclər üzrə məlumat daxil olanda, onları maliyyələşdirəcəyik", - Şərifov bildirib.

Onun sözlərinə görə, dünyada "Eurovision" müsabiqəsini təkcə dövlət deyil, həm də çoxlu sayda özəl sponsorlar, o cümlədən turizmin inkişafında maraqlı olan müxtəlif təşkilatlar və başqaları maliyyələşdirir.

"Azərbaycan dövləti bu tədbirin keçirilməsinə zəruri dəstəyi də göstərəcək", - Şərifov qeyd edib.

57-ci "Evrovision" mahnı müsabiqəsi Azərbaycanda keçiriləcək. Müsabiqənin yarımfinalları 2012-ci il mayın 22-də və 24-də, finalı isə mayın 26-da keçiriləcək.


Eurovision haqda 4 yeni xəbər
İqtisadi İnkişaf Nazirliyi "Eurovision-2012" ilə bağlı təkliflərin qəbuluna başlayıb

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) "Eurovision-2012" mahnı müsabiqəsinin gələn il Bakıda təşkil olunacağını nəzərə alaraq, ölkənin milli, mənəvi və mədəni dəyərlərini özündə əks etdirən suvenir və xatirə əşyalarının istehsalı üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə dair təkliflərin qəbuluna başlayıb.

Nazirliyin mətbuat xidmətindən son dövrlərdə Azərbaycanda çoxsaylı beynəlxalq tədbirlərin, idman yarışlarının, musiqi festivallarının keçirildiyini, Azərbaycana gələn turistlərin ildən-ilə artdığını, eləcə də "Eurovision–2012" mahnı müsabiqəsinin 2012-ci ildə Bakıda keçirilməsini nəzərə alaraq, SKMF Azərbaycanın milli, mənəvi və mədəni dəyərlərini özündə əks etdirən suvenir və xatirə əşyalarının (tikiş, toxuma, heykəltəraşlıq, oyma sənəti nümunələri, aksesuarlar və s.) istehsalı üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə dair təkliflərin qəbulunu elan edib.

İnvestisiya layihəsi çərçivəsində görüləcək işlərə dair tövsiyələrə Azərbaycanın milli, mənəvi və mədəni dəyərlərini özündə əks etdirən suvenir və xatirə əşyalarının istehsalının, qablaşdırılmasının və satışının təşkil olunması, investisiya layihəsi çərçivəsində suvenirlərin istehsalında yüksək dizayn xidmətlərinin təşkili daxildir.

Sahibkarlıq subyektləri investisiya layihələrini müvəkkil kredit təşkilatlarına təqdim edə bilər. Təqdim edilmiş investisiya təkliflərinə qanunvericiliyə uyğun olaraq SKMF-da baxılacaq. Sahibkarların istəyinə əsasən, investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilə bilər.


Eurovision haqda 4 yeni xəbər
"Eurovision" milli seçim turunun münsiflər heyətinin üzvü Natəvan Şeyxova: "Uşaqlardan, daha çox qızlar xoşuma gəldi"

Azərbaycanın xalq artisti, estrada korifeylərindən biri və pedaqoq Natəvan Şeyxova "Eurovision 2012" mahnı müsabiqəsinin milli seçim turu üzrə ilkin dinləmələr haqqında Trend-ə danışıb. Milli seçim turunda iştirak etmək üçün 119 gənc ifaçı ərizə verib.

"Mən iki mərhələdə iştirak etdim və 80-ə yaxın iştirakçını dinlədim. Onların arasında ötənilki müsabiqənin iştirakçıları da var idi. Hər bir ifaçı iki mahnı – "minusovka" və "a-kapella" oxudu, biz isə onları vokal və səhnə bacarıqlarına görə qiymətləndirirdik. Hələlik "Eurovision 2012"-nin milli seçim turunda kimin iştirak edəcəyi dəqiq məlum deyil. Qeyd etmək istərdim ki, istedadlı və maraqlı ifaçılar var idi. Mənə daha çox qızlar xoş gəldi, onlar daha hazırlıqlı və artistlik bacarığına malik idilər. İlkin dinləmələrdə ölkəni "Eurovision" mahnı müsabiqəsində təmsil etmək istəyən peşəkar və populyar müğənnilər iştirak etməlidirlər. Bilmirəm, onlar nə üçün bunu etmirlər? Ümumilikdə isə "Eurovision" müsabiqəsi çox gözlənilməzdir - Eldar Qasımov və Nigar Camal peşəkar deyildilər, lakin ölkəyə qələbə gətirdilər", - Natəvan Şeyxova deyib.

Milli seçim turunun əsas mərhələsindən keçən iştirakçılar haqqında rəsmi məlumat veriləcək. Növbəti mərhələyə keçənlər əsas milli seçim turunda iştirak edəcəklər və birincilik uğrunda İctimai Televiziyanın birbaşa efirində yarışacaqlar.

Milli seçim turunun münsiflər heyətində İctimai Televiziyanın aparıcıları, "Eurovision" müsabiqəsinin şərhçiləri Leyla Əliyeva və Hüsniyyə Məhərrəmova, musiqiçi Zəhra Bədəlbəyli, müğənnilər Natəvan Şeyxova və Tünzalə Ağayeva təmsil olunurlar.

Xatırladaq ki, 57-ci "Eurovision" mahnı müsabiqəsi Azərbaycanda keçiriləcək. Müsabiqənin yarımfinalı 2012-ci il mayın 22 və 24-də, final isə mayın 26-da Bakıda keçiriləcək.


"Eurovision-2012" üçün milli seçim turunun dinləmələri başa çatıb (Fotosessiya)

"Eurovision-2012" mahnı müsabiqəsi üçün milli seçim turunun ilkin dinləmələri başa çatıb. Məlumata görə, sənədləri qəbul olunmuş 119 nəfər iştirakçı dinləmələr zamanı səs və səhnə imkanlarını nümayiş etdirib.

Milli seçimin dinləmələrində münsiflər heyətində İctimai Televiziyanın aparıcıları, "Eurovision" mahnı müsabiqəsində şərhçilər Leyla Əliyeva, Hüsniyə Məhərrəmova, müsiqiçi Zəhra Bədəlbəyli, müğənnilər Natəvan Şeyxova və Tünzalə Ağayeva olub.

Eurovision haqda 4 yeni xəbərEurovision haqda 4 yeni xəbərEurovision haqda 4 yeni xəbərEurovision haqda 4 yeni xəbərEurovision haqda 4 yeni xəbərEurovision haqda 4 yeni xəbərEurovision haqda 4 yeni xəbərEurovision haqda 4 yeni xəbərEurovision haqda 4 yeni xəbərEurovision haqda 4 yeni xəbərEurovision haqda 4 yeni xəbərEurovision haqda 4 yeni xəbərEurovision haqda 4 yeni xəbərEurovision haqda 4 yeni xəbərEurovision haqda 4 yeni xəbərEurovision haqda 4 yeni xəbərEurovision haqda 4 yeni xəbərEurovision haqda 4 yeni xəbərEurovision haqda 4 yeni xəbərEurovision haqda 4 yeni xəbərEurovision haqda 4 yeni xəbərEurovision haqda 4 yeni xəbərEurovision haqda 4 yeni xəbərEurovision haqda 4 yeni xəbərEurovision haqda 4 yeni xəbərEurovision haqda 4 yeni xəbərEurovision haqda 4 yeni xəbərEurovision haqda 4 yeni xəbərEurovision haqda 4 yeni xəbərEurovision haqda 4 yeni xəbərEurovision haqda 4 yeni xəbərEurovision haqda 4 yeni xəbərEurovision haqda 4 yeni xəbər


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 7471   Tarix: 19 noyabr 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sosial medianın zərərli təsirlərindən necə qorunmalıyıq ?

"Təssüflər olsun ki, sosial şəbəkələr həyatımızın ayrılmaz parçasına çevrilib.Son zamanlar cəzbedici, mistik platforma istifadəçilərini intihar və depresiyaya aparır.Az qala oradakı virtual dostlarımız ailə üzvlərimiz qədər yaxın olmağa başlayıb". Bu sözləri BİG.AZ-A deputat Ceyhun Məmmədo

19.04.2024 192
.

Pensiyaya yalnız bu qadınlar daha tez çıxacaq

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. report-a istinadən xəbər verir ki, bu barədə məsəl

19.04.2024 622
.

Britaniya şahzadəsi ABŞ vətəndaşı oldu

Kral II Çarlzın oğlu və Böyük Britaniya taxtının növbədə beşinci varisi olan Sasseks hersoqu, şahzadə Harri ABŞ rezidenti olduğunu rəsmən təsdiqləyib. Məlumata görə, onun nəzarət etdiyi səyahət şirkəti bu həftə Britaniya səlahiyyətlilərinə şahzadənin köçdüyünü və hazırda ABŞ-də yaşadığını bildirən sənədlə

19.04.2024 237
.

İndoneziyada vulkan püskürməsi - VİDEO

İndoneziyada Rvanq vulkanı püskürüb. BİG.AZ xəbər verir ki, partlayışlardan sonra yüzlərlə insan ərazidən çıxarılıb. Həmin videonu təqdim edirik:

19.04.2024 273
.

Əməkdar artist vəfat etdi

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru, Əməkdar artist Yuri Omelçenko vəfat edib. Axşam.az xəbər verir ki, bu barədə teatr feysbuk səhifəsində paylaşım edib. Sənətçi 48 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb

11:19 199
.

Faktiki hava açıqlandı

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Göygöl, Gədəbəy, Şahdağ, Daşkəsən, Xınalıqda şimşək çaxır, arabir yağış yağır. Saat 16:14 radələrində Xınalığa diametri 9-12 mm olan dolu düşüb

19.04.2024 312
.

"Efirdə qısa geyinməyi yaraşdırmıram"

Aparıcı Xoşqədəm Hidayətqızı qısa geyinən aparıcılardan danışıb. Axşam.az xəbər verir ki, o, bu haqda sosial şəbəkədə canlı yayımda danışıb. Hidayətqızı bildirib ki, efirdə qısa geyinməyi aparıcıya yaraşdırmır:. "Efirdə qısa, açıq geyinmək. Qonağım geyinə bilər. Amma mən aparıcı, junalist olara

12:16 99
.

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib. APA xəbər verir ki, iclasda Azərbaycanı komissiyanın həmsədri Şahin Mustafayev, Ermənistanı isə Mqer Qriqoryan təmsil edib

19.04.2024 196
.

Rusiyada təyyarə qəzaya düşdü - VİDEO

"Tu-22M3" strateji təyyarəsi cümə günü səhər Rusiyanın Stavropol vilayətinin cənubunda qəzaya uğrayıb. BİG.AZ xəbər verir ki, bu barədə "İnterfaks" informasiya agentliyi Rusiya müdafiə nazirliyinə istinadən məlumat yayıb. "Stavropol vilayətində döyüş tapşırığını başa vurduqda

19.04.2024 224