Rəqsanə sevgilisi tərəfindən döyülüb?

Rəqsanə sevgilisi tərəfindən döyülüb?Müğənni Rəqsanə İsmayılova sevgilisi Faiq tərəfindən döyülüb. ANS PRESS-in məlumatına görə, insident noyabrın 7-də axşam saatlarında Heydər Əliyev adına Hava Limanında saat 17:15-də baş verib. Kiyev - Bakı reysi ilə vətənə qayıdan Rəqsanə hava limanında insidentlə rastlasib.

Hadisənin şahidlərindən birinin dediyinə görə, Rəqsanənin yanında tanınmış rejissor-prodüser Zorik və iki cangüdən olub. Onları daha iki nəfər qarşılayıb və dava-dalaş da bu zaman başlayıb. Söhbətlərindən məlum olub ki, qarşılayanlardan birinin adı Faiqdir, digəri isə onun qardaşıdır. Çünki Rəqsanə tez-tez Faiqin adını çəkirmiş. Faiq və qardaşı camaatın içində Rəqsanəni və Zoriki nalayiq söyüşlərlə təhqir edərək döymək istəyərkən müğənninin cangüdənləri buna mane olublar. Cangüdənlərin müdaxiləsi ilə müğənni və prodüser canlarını onların əlindən qurtara biliblər. Bu zaman Elməddin və Elvin adlı cangüdənlərlə Faiq və qardaşı arasında əlbəyaxa dava baş verib.

Şahidin dediyinə görə, səs-küyə hava limanının polisləri gəlib və hər iki tərəfi polis məntəqəsinə aparıblar. Tərəflər izahatları alındıqdan sonra sərbəst buraxılıblar. 5-6 saat polis məntəqəsində saxlanılan cangüdənləri isə Rəqsanə ilə olan müqavilələri polis idarəsinə gətirildikdən sonra azad ediblər.

Qeyd edək ki, Hava Nəqliyyatında Polis İdarəsinin növbətçi hissəsindən ANS PRESS-ə faktı təsdiqləyiblər. İdarədən müğənni ilə bağlı insident baş verdiyi bildirilsə də, ətraflı məlumat verilməyib.

Müğənni Rəqsanə isə ANS PRESS-ə açıqlamasında baş verənləri təkzib edib. Sevgilisi ilə münasibətlərinin çox yaxşı olduğunu deyən müğənni Elməddin və Elvinin onun cangüdənləri yox, dostları olduğunu söylədi. Daha sonra isə ümumiyyətlə, bu barədə məlumat yaymamağı istəyib.

Müğənninin köməkçisi Təranə Səmədovanıntelefonuna anası cavab verib və Rəqsanənin başına gələnlərdən xəbərsiz olduqlarını bildirib.

Yalnız bir saatdan sonra Təranə ilə danışmaq mümkün olub. İnsidentdən xəbərsiz olduğunu söyləyən Təranə deyib: "Bildiyimə görə, Faiq, ümumiyyətlə, Rəqsanəni qarşılamağa getməyib. Mən yalnız bunu deyə bilərəm".

Zöhrab Ağayev isə nəinki xəbəri təsdiqləməyib, hətta bu xəbərin yayılmasında kimlərisə günahlandırıb: "Mən bilirəm bu xəbərləri kim yayıb. Belə bir şey olmayıb. Bircə onu deyə bilərəm ki, bəli, mən srağagün Kiyev-Bakı reysi ilə gələn Rəqsanəni qarşılamışam".

Qeyd edək ki, 6 noyabrda Xarkovda azərbaycanlıların toy mərasiminə dəvət alan müğənni Rəqsanə İsmayılova müəyyən səbəblər üzündən 5 noyabrda bilet aldığı Bakı - Kiyev reysi ilə uça bilməyib. Müğənni təxirə salınan uçuşunu 6 noyabrda səhər reysi ilə reallaşdıra bilib və 7 noyabrda Bakıya dönüb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 15261   Tarix: 12 noyabr 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

Toyunda ürəkdən "hə" deməsi minlərlə baxış sayı topladı - VİDEO

4 ilə yaxındır sevgili olan tanınmış müğənni Ece Seçkin və pilot Çağrı Terlemez cütlüyü özünə toy edib. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında bildirib. Seçkinin toyda geyindiyi iki fərqli gəlinlik böyük marağa səbəb olub. Bundan başqa, müğənninin nikah mərasimində "Çağrı Terlemezl

16.09.2021 1693
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"

"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə

16.09.2021 3763