"Mədinə tərbiyəsiz, əxlaqsız idi..." - Zabratda oğlu tərəfindən güllələnən gəlinin anası/FOTOLAR

"Mədinə tərbiyəsiz, əxlaqsız idi..." - Zabratda oğlu tərəfindən güllələnən gəlinin anası/FOTOLARDekabrın 18-də Sabunçu rayonunun Zabrat qəsəbəsində yaşadığı yataqxanada oğlu tərəfindən qətlə yetirilən 1979-cu il təvəllüdlü Qurbanova Mədinə Nurəddin qızının valideynləri hadisəylə bağlı yeni iddialar səsləndiriblər.

BiG.AZ lent.az-a istinadən məlumatına görə, oğlu tərəfindən güllələnərək öldürülən M.Qurbanovanın atası Nurəddin Qurbanov bildirib ki, qızı Eldar Əliyevlə evli olduğu müddətdə daim əziyyət çəkib: "Biz bu işin belə qalmasına imkan verməyəcəyik. Qızım 20 il idi, zülm çəkirdi. Bu illəri dözdük. Axırda da belə bir vəziyyətə gətirib çıxardılar. Düşmən düşmənə bunu etməzdi. Yuxuda olarkən tüfəngi başına dirəyib atəş açıb. Heç bir yerdə qadına qarşı belə şey görülməyib".

"Mədinə tərbiyəsiz, əxlaqsız idi..." - Zabratda oğlu tərəfindən güllələnən gəlinin anası/FOTOLARMərhumun anası Elmira Qurbanova isə bildirib ki, qızının ailəsində daim problemlər olub:"Mənim nər kimi balamı onlar qətlə yetirib. Yoldaşının ayıq olduğu gün olmurdu. Həmişə içirdi, ailəyə baxmırdı. Neçə dəfə qızımı bıçaqlamışdılar da. Amma Mədinə gizlədirdi, hər dəfə nəyəsə görə ehtiyatsızlıqdan xəsarət aldığını deyirdi. Artıq təngə gəlmişdi, məhkəməyə boşanmaq üçün müraciət etmişdi. Bu ayın 19-u məhkəmə olacaqdı. Amma bir gün qabaq, yəni ayın 18-i öldürdülər. Gör, onların necə sirri, necə bir zibil işi olub ki, qızı boşanmağa imkan vermədən öldürdülər. Həm də qızım bacısına deyibmiş ki, məktublar yazmışam, şkafa qoymuşam. Əgər mənə nə isə olsa, bilin ki, məni öldürüblər. Həm də hadisəni gizlətməyə çalışırdılar. Lap mənim balam tərbiyəsiz idi, əxlaqsız idi, buraxardınız gəlsin mənim yanıma. Mən onu gözümün içində saxlayacaqdım. Neçə dəfə polisə zəng edilib, amma gəlmirdilər. Mən istəyirəm, tələb edirəm ki, qızımın üstündən o söz götürülsün. Çünki mənim qızım qeyrətli qadın olub. İstəyirəm ki, bu işi təşkil edənlər - uşağın atası da, babası da tutulsun".

"Mədinə tərbiyəsiz, əxlaqsız idi..." - Zabratda oğlu tərəfindən güllələnən gəlinin anası/FOTOLAROğlu tərəfindən qətlə yetirilən qadının qardaşı Elməddin Qurbanov da valideynlərinin dediklərini təsdiqləyib və bu cinayətin tək bacısı oğlu Maarif Əliyev tərəfindən törədilmədiyini deyib: "Orda qurğu qurulub. Bacıma da, uşaqlarına da yəqin, nə isə içirdiblər ki, onlar hələ axşam saat 8-9-da yuxuya gedib. O vaxt kim yuxuya gedər ki?!. Əgər elə bir hal var idisə, Mədinənin binamusluğunu görmüşdülərsə, gəlib bizə deyərdilər, biz özümüz tədbir görərdik".

Hadisənin şahidi olan ailənin böyük övladı, mərhum M.Qurbanovanın böyük qızı Fatimə Əliyeva da hadisənin əvvəlcədən planlaşdırıldığını iddia edib: "Hadisədən bir gün əvvəl atamla anam dalaşmışdı. Anam çıxıb getmək istəyirdi, atam qolundan tutub kresloya atdı. Yenə durub qaçmaq istəyəndə də imkan vermədi. Səhəri gün hər şey normal idi. Qardaşımla babam nə isə danışırdılar. Qardaşım dedi ki, zəhər versək ölməyə bilər, həkimlər mədəsini yuyub sağaldacaqlar. Sonra dedi, "bıçaqlamağa da qorxuram ki, qan görərəm, tüfəngi nə vaxt verə bilərsən?". Amma söhbətin dəqiq nədən getdiyini həmin vaxt bilmirdim. Nəyin baş verəcəyini, nə planlaşdırıldığını bilmirdim. Həm də həmin gün qardaşım ancaq gülürdü, səhərdən həmin hadisəyədək ancaq gülürdü".

Fatimə hadisəni belə nəql edib: "Hadisə vaxtına gəlincə, anamla kiçik bacım divanda yatmışdılar. Bacımı ayağının altında uzandırmışdı, özü də yuxuya getmişdi. Anama dedim ki, dur get, razı olmadı, mən də kresloda oturduğum yerdə yuxuya getmişəm. Qardaşım kresloda oturmuşdu, babam da həmin otaqda uzanmışdı. Bir də yuxudan ayılanda gördüm kimsə qapıdan qaçdı. Anama baxdım elə bildim yatıb, yerdə də tüfəng vardı. Bir də baxanda gördüm hər tərəf qandı, qışqırıb qaçdım".

Söhbətə müdaxilə edən Elmira Qurbanova: "Hadisədən 2-3 gün əvvəl Mədinənin kiçik oğluna babası silahını təmizlətdirib yağlatdırıb. Çünki istəmirmiş silahda öz əlinin izi qalsın. Bu hadisəni uşaq özbaşına törətməyib. Onu kim başa salıbsa, silahı kim veribsə, hamısının cəzalandırılmasını tələb edirəm".

Qeyd edək ki, dekabrın 18-də Füzuli rayon sakini, 1979-cu il təvəllüdlü Mədinə Qurbanovanın oğlu 16 yaşlı Maarif Əliyev tərəfindən güllələnərək qətlə yetirilməsi faktı ilə bağlı Sabunçu rayon Prokurorluğunda cinayət məcəlləsinin 120.1-ci maddəsi ilə iş başlanılıb, araşdırma aparılır. Hadisəni törətmiş M.Əliyev həbs edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 15564   Tarix: 22 dekabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ukrayna: "Rusiya PUA və raketlərlə Kiyev və 3 bölgəyə hücum edib"

Rusiya Ukraynanın paytaxtı Kiyevə, həmçinin Mikolayiv, Odessa və Çerkassı bölgələrinə pilotsuz uçuş aparatları və ballistik raketlərlə hücum edib. xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığından verilən açıqlamada Rusiyanın bu gecə 2 ədəd "İskəndər-M" ballistik raketi və 16 ədə

23.04.2024 175
.

" ABŞ Konqresdə bu işə əl qoyan konqresmenlərin erməni diasporası ilə əlaqələrinin olması şübhəsizdir" - Politoloq

ABŞ Konqresi Azərbaycanın bir sıra məmurlarına qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır. Dina Tinus başda olmaqla, bir qrup konqresmenin təqdim etməyə hazırlaşdığı qanun layihəsində "ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulması"nda fəal rol oynadığ

23.04.2024 332
.

"Oğluma Ali Baş Komandanın adını verəcəyik" - Fotolar

Xəbər verdiyimiz kimi, bu gün işğaldan azad edilmiş Xankəndidə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, Səadət Namazlı və Abbas Abdullayevin ilk övladı olan körpə Xankəndi şəhərindəki tibb müəssisəsində doğulub. Körpənin atası saytımıza açıqlamasında bildirib ki, onların oğla

23.04.2024 651
.

Məleykə Əsədovanın 58 yaşı tamam olur

Bu gün Xalq artisti Məleykə Əsədovanın 58 yaşı tamam olur. BİG.az xəbər verir ki, aktrisa bununla bağlı İnstaqram sosial şəbəkəsində paylaşım edib. "Bu yaşımı da eyni əqidədə, dəyişməyən xarakterimlə, sağlam vicdanla yaşayıb gördüyüm üçün Allahıma sonsuz şükür və təşəkkür edirəm. Nə yaxşı kı, dünyay

23.04.2024 420
.

Xankəndidə silah gizlədən vəzifəli şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub. DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, şəhər polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə 1960-cı il təvəllüdlü Cavid Əliye

23.04.2024 296
.

Mən öz puluma süni ada yaradıramsa... - Deputat

"Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" qanun layihəsində qeyd olunur ki, süni torpaq sahəsi yaradılandan sonra o dövlətin mülkiyyətinə keçir. -a istinadən bildirir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasınd

23.04.2024 292
.

"Azərbaycan və Rusiya rəhbərləri arasındakı şəxsi münasibətlər sistemi iki ölkə münasibətlərinin inkişaf etməsinə böyük təkan verib"

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü keçirilib. Mövzu ilə bağlı -a danışan politoloq Tura

23.04.2024 257
.

"16 yaşımda səhv etdim, dodağımdan narahatam..."

"Mən bir tək dodağımdan narahatam, uzun illərdir ki, problem yaşanır". bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Mina Hüseyn "Yaşamaq naminə" verilişində deyib. İllər öncə dodaq dolğusu etdirən ifaçı bu addımına görə peşman olub:. "Bir dəfə 16 yaşımda səhv etdim

23.04.2024 707
.

Bütün sosial ödənişlər bu tarixdə veriləcək

Aprelin 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib

23.04.2024 637