Gözəlliyini və sərvətini ərinin pələng ehtirasına qurban verən milyarder - FOTOLAR

Gözəlliyini və sərvətini ərinin pələng ehtirasına qurban verən milyarder - FOTOLARPələng qadın kimi tanınan 76 yaşlı milyarder Coselin Vildenşteyn şam yeməyi zamanı 49 yaşlı dizayner sevgilisi Lloydun Kleynə qəfil hücum çəkib.

BiG.AZ xəbər verir ki, Coselin sevgilisini döyməsinin səbəbi Kleynin yemək zamanı sosial şəbəkədə xəbərlərlə maraqlanması olub. Hirsi soyumayan Coselin sevgilisinin üzünü cırmaqlayıb, ərimiş şamın mumunu onun üstünə töküb, üstəlik desert bıçağı ilə iki dəfə sinəsinə vurub. Kleyn dərhal polisə müraciət edib. Məhkəmə cütlüyə bir-birinə 900 metrdən çox yaxınlaşmasına, həmçinin məktublaşamasına və zəngləşməsinə qadağa qoyub. Onların polis məntəqəsində və məhkəmə zalında çəkilən şəkillər bütün dünya mətbuatında yayılıb.
Lakin hekayə burada bitməyib. Keçmiş sevgililər yenidən əlbəyaxa olub. Ötən bazar günü Lloyd öz əşyalarını götürmək üçün Coselinlə uzun illər yaşadığı mənzilə gəlib. Pələng qadın bu zaman evdə olub və dizayneri görən kimi ona yumruqla yenidən hücum edib. Kleyn mənzili tərk edən kimi Coselin öz vəkillərinə zəng edib və bildirib ki, keçmiş sevgilisi özü ilə bir neçə qiymətli əşya aparıb. Kredit kartlarını və iPhone telefonu oğurlamaqda təqsirləndirilən Kleyn dərhal həbs olunub və yalnız vəkillərin müdaxiləsindən sonra böyük girov müqabilində buraxılıb.

Həbsdən çıxdıqdan sonra Kleyn jurnalistlərə açıqlama verib. Modelyer jurnalistlərə keçmiş sevgilisinin həyatının acı təfərrüatlarını danışıb. Dizayner bildirib ki, özü ilə götürdüyü telefon və kredit kartı onun firmasında qeydiyyatdan keçib və onlardan biznes məqsədləri üçün istifadə edir. Bütün hesabları isə son illərdə Coselinin deyil, Kleynin ödədiyi məlum olub.
Modelyerin yaxınlarının sözlərinə görə, Coselin 1999-ci ildə Alek Vildenşteynlə boşandıqdan sonra 2,5 milyard dollar təzminat alıb. O, ərindən aldığı pulların hamısını zinət əşyalarına, qarderobuna və plastik əməliyyatlarına xərcləyib. Elə bu səbəbdən də ömrünün sonuna yaxın müflis olub. Cütlüyə yaxın mənbə bildirib ki, Coselini neçə illərdir ki, Kleyn saxlayır: "Kleyn Coselindən 27 yaş kiçikdir. Buna görə də cəmiyyətdə elə fikir formalaşıb ki, Kleyn guya Coselinin pulları hesabına yaşayır. Əslində, Kleyn çox istedadlı insandır. Coselin isə bu illər ərzində pullarını göyə sovurmaqla məşğul olub və indi pulsuz qalıb. Lloyd onu sevirdi, lakin indi hər şey bitib. Bu yaxınlarda o, xərçəng xəstəliyindən müalicə olunub və bu hekayə onu çox yorub. Kleyn düz üç gecə dalbadal yatmayıb".

Dizaynerin hekayəsi boş böhtan və özünü qurtarmaq cəhdi kimi görünə bilərdi. Axı bir neçə il ərzində iki milyard yarımı necə xərcləmək olar?! Bununla belə, Kleynin dostları bildiriblər ki, Coselin həmişə bütün pullarını sağa-sola xərcləmək yolunu tapırdı.

Amerikalı jurnalistlər isə Coselinin ödənilməmiş hesablarını tapıb. O, vəkillərinə 124 min dollar, mənzili təmir edən şirkətə isə 98 min dollar borcludur. Xarici KİV-in yazdığına görə, Coselinin indi nağd pulu yoxdur, hətta onun mənzili də kreditləri üzündən çoxdan girov qoyulub.
Mənbələr qadının öz uşaqları, oğlu və qızı ilə də görüşmədiyini bildirib.

Qeyd edək ki, Coselin illər əvvəl ərinin çox sevdiyi pələnglərə bənzəməkdən ötrü plastik cərraha müraciət edib. Qadın müsahibələrinin birində etiraf edib ki, milyarder həyat yoldaşı ehtiraslı ovçu olub və pələngləri sevib. Odur ki, o, ərini təəccübləndirmək və sevgisini qazanmaq məqsədilə öz razılığı ilə çoxsaylı plastik əməliyyatlar keçirib. Lakin nəticədə bütün əməliyyatlar uğursuz alınıb. Ona bu əməliyyatlardan sadəcə, "Pələng qadın" ləqəbi qalıb.

Ümumiyyətlə, onun bədənində keçirdiyi əməliyyatların sayı-hesabı dəqiq bilinmir. İstədiyi görünüşə sahib ola bilməyən Pələng qadınının nikahını qorumaq təşəbbüsləri boşa çıxıb və milyonçu həyat yoldaşı Alek Vildenşteyn ondan ayrılıb. O, daha sonra L.Klyanla tanış olub. 76 yaşlı Coselinin yeni sevgilisi isə onun bu görünüşünü qəbul edirdi./publika/

Gözəlliyini və sərvətini ərinin pələng ehtirasına qurban verən milyarder - FOTOLARGözəlliyini və sərvətini ərinin pələng ehtirasına qurban verən milyarder - FOTOLARGözəlliyini və sərvətini ərinin pələng ehtirasına qurban verən milyarder - FOTOLARGözəlliyini və sərvətini ərinin pələng ehtirasına qurban verən milyarder - FOTOLARGözəlliyini və sərvətini ərinin pələng ehtirasına qurban verən milyarder - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 13484   Tarix: 14 dekabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554